41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


Wi MAX şəbəkəsinin arxitekturası



Yüklə 263,92 Kb.
səhifə6/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

45. Wi MAX şəbəkəsinin arxitekturası
WiMAX şəbəkəsi öz arxitekturasına görə şanvari şəbə­kəyə oxşar olaraq qurulur. Şəhər boyunca baza stansiyaları şə­bə­kəsi quraşdırılır. Hər bir BS “nöqtə-çoxnöqtə” sxemi üzrə hər tə­rəfə istiqamətli antenaların köməyilə radius 6 - 8 km olan öz əra­zisinə xidmət göstərə bilir. Uzaqda yerləşən manqalar ara­sında rabitə yaradılması zərurəti yarandıqda baza stansiyalarında istiqamətlənmiş antenalar quraşdırıla və radiokanalla “nöqtə-nöqtə” sxemi üzrə 50 km-ə qədər məsafələrə ret­rans­lyator rolunu yerinə yetirə bilər. Retranslyatorların kö­məyilə lokal şəbəkələr adacıqlarından ibarət olan regional şə­bəkələr yaratmaq mümkündür. Qlobal şəbəkələrə (məsələn, Ümu­mişəhər, regional və internet-şəbəkələr) daxilolma onunla əldə edilir ki, ya hər bir BS, ya da onlardan biri (hansına ki, ret­rans­lyatorlar və ya istiqamətlənmiş antenalar vasitəsilə yerdə qa­lan BS-lər daxil ola bilmək imkanına malik olurlar) naqilli bir­ləş­mə yolu ilə və yaxud optik kabellə magistral şəbəkəyə qo­şulur. Bu cür BS-nı - Backhaul magistralına daxilolma nöq­təsi adlandırırlar. Bu cür arxitekturanın sxemi şəkil 9.4 – də gös­tə­rildiyi kimi ola bilər. BS-nın antenaları yalnız qüllələrdə dey­il, hündür binaların üstündə quraşdırıla bilər. Birinci mər­hələdə xidmət göstərilən binalarda qeyd olunmuş xarici an­tenalar quraşdırılır.

Bu antenalar transiver blokuna - müştərilər stansiyasına (SS) qoşulurlar. SS - stansiyası binanın daxilində yerləşdirilir. Transiver blokunda standart naqilli Ethernet-interfeysləri var­dır ki, bunlar müştərilərin avadanlığını qoşmaq üçün nəzərdə tutulmuşdur. Binanın daxilində olan və 802.11 standartını dəstəkləyən noutbuklar, binada ümumi daxilolma nöqtəsinə (hotspot) malik olurlar. Xarici şəbəkəyə çıxışı təmin etmək üçün müxtəlif avadanlıqlardan olan istifadəçi trafikləri multip­lek­sorun köməyilə birləşdirilir ki, bu multipleksorun çıxışı müş­tərilərin transiver blokuna qoşulmuşdur, daha sonra bu tra­fik WiMAX şəbəkəsi ilə ötürülür. Binanın daxilində ava­dan­lığın WiMAX şəbəkəsinə müştərilərin baza stansiyası (SS) vasitəsilə qoşulması sxemi şəkil 9.5 - də göstərilmişdir.





Baza stansiyasından trafik Ethernet və ya SDH vasitəsilə kabel və yaxud optik xətt vasitəsilə şəhər magistral şəbəkəsinə qoşulur. Şəbəkənin strukturu manqa şəkilli ola bilər. Bu halda magistrala qoşulmuş yalnız bir baza stansiyası lazım gələ bilər və uzaqdakı istifadəçi stansiyalarından informasiyanın ötürül-məsi ardıcıl olaraq yerinə yetiriləcəkdir: istifadəçi stansiya-sından yaxınlıqdakı qonşu stansiyaya, oradan növbətiyə və daha sonra baza stansiyasına qədər ardıcıl olaraq ötürüləcəkdir.
İstifadəçi stansiyaları bu cür şəbəkədə özlərinin müştəriyə xidmət etmək kimi əsas funksiyaları ilə yanaşı, retranslyatorlar funksiyasını da yerinə yetirə bilər. Qonşu stansiya məşğul olduqda, trafik digər marşrutla - azad tezlik resursu olan başqa istifadəçi stansiyaları ilə göndərilə bilər. Azad marşrutların axtarışı şəbəkədən daha geniş imkanların olmasını tələb edir, ona görə də şəbəkənin qurulmasının bu cür variantı opsiya variantı kimi nəzərdən keçirilir.


Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə