41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


Wi MAX texnologiyasının inkişaf perspektivləri



Yüklə 263,92 Kb.
səhifə8/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

50. Wi MAX texnologiyasının inkişaf perspektivləri
WiMAX-ın növbəti nəsli İEEE 802.16 - 802.20 stan­dar­tının sonrakı inkişafı ilə bağlı olacaqdır. Bu standartın əsas isti­qaməti mobilliyin təmin edilməsinə yönəldilmişdir. Fiziki sə­viy­yə (radiodaxilolmanın və tezlik zolağının idarəedilməsi sə­viyyəsi) və verilənlərin ötürülməsi səviyyəsi (mühitin idarə edil­məsi protokolu - Medium Access Control protocol) xüsusi ola­raq mobil avadanlıqlar üçün işlənib hazırlanır, məsələn – adap­tiv antena qurğuları. Adaptiv (“ağıllı”) smart antenaların əsa­sında duran konsepsiyanın mahiyyəti - interferensiyanı mini­mallaşdırmaq məqsədilə dərhal bir neçə antenadan daxil olan siqnalın emalının təmin edilməsidir. 802.20 spesifikasiyası - bu ilk İEEE standartıdır ki, tam olaraq mobil müştərilərin tə­ləbatlarını ödəyə bilir (onların nəqliyyatda olarkən hərəkət sü­rətlərini də nəzərə almaqla - 155 mil/saat). Burada verilənlərin ötü­rülməsi sürəti 2 Mbit/san-dən az deyildir. Bu cür şərtlər bü­tün dünya üzrə təmin edilməlidir. İEEE 802.16e standartı rou­minqi regional səviyyədə dəstəkləyir, 802.20 standartı isə 3G tex­nologiyasında olduğu kimi, qlobal rouminqi təmin edə bilir. Arxitekturası məxfiliyin yüksək səviyyəsini bütün trafik növləri üçün təmin edə bilən 3G sistemindən fərqli olaraq, 802.20 standartı müxtəlif növ trafiklər üçün müxtəlif etibarlılıq nə­zərdə tutur. Məsələn, səs və videoyayım siqnalları üçün yük­sək keyfiyyət, lakin az etibarlılıq; verilənlərin ötürülməsində isə yüksək etibarlılıq təmin edilməsi nəzərdə tutulur.
802.20 standartlı WiMAX texnologiyasının digər vacib xü­susiyyəti həm “yuxarı”, həm də “aşağı” xətlər üzrə yüksək­sü­rətli simmetrik kanalın verilməsidir. 3G sistemlərində isə (CDMA - Code Division Multiple Access, WCDMA- Wideband Code Division Multiple Access, GSM) asimmetrik rejim təmin edilir və “yuxarı” xətt kanalına xeyli az sürət təklif olunur. Bu “yuxarı” xətt üzrə yüksəksürətli kanallardan istifadə edə bil­mək, bir çox biznes-istifadəçiləri üçün həm magistral şəbə­kəsinə daxilolma nöqteyi-nəzərindən, həm də uzaqdan öz mo­bil terminalından digər korporativ şəbəkələrə daxilolma üçün kifayət qədər cəlbedicidir. İEEE 802.20 standartı 802.16e və 3G-nin bir çox cəlbedici görünən keyfiyyətlərini özündə cəmləməyə, həm də məhdudiyyətləri azaltmağa çalışır. Bundan başqa, İEEE 802.20 standartının imkanlarının, layihələndirilən 4G standartları ilə UMT 2000-nin təklifləri ilə müqayisəsi gös­tərir ki, İEEE 802.20 standartının üstünlükləri daha çoxdur. Ədə­biyyatlarda belə bir fikrə də rast gəlmək mümkündür ki, İEEE 802.20 standartı, 4G sistemləri üçün əsas kimi də götürülə bilər.
Gələcək inkişafı üçün WiMAX texnologiyasının pers­pek­tivli hesab olunan əsas diapazonları kimi aşağıdakılar qeyd olunur: 2,4 QHS; 3,5 QHs və 5,6 QHs. Bu diapazonların xüsusiyyətlərini nəzərdən keçirək.

Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə