41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları


Mobil obyektlərlə rabitənin təmin edilməsi



Yüklə 263,92 Kb.
səhifə7/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50

49. Mobil obyektlərlə rabitənin təmin edilməsi
WiMAX texnologiyasının inkişafının ikinci mərhələsində İEEE 802.16e standartı əsasında sistemin qurulması məsələsi gün­dəmdə olmuşdur. 2005 ci ildən İEEE 802.16e standartını dəs­təkləyən avadanlıqların işlənib hazırlanmasına başlanılmış­dır. Burada əsas məqsədlərdən biri - istifadəçilərin mobil termi­nal­larını genişzolaqlı rabitə ilə təmin etmək idi. Bu terminallara WiMAX texnologiyasını dəstəkləyən idarəetmə prosessorunun mik­rosxemi ilə miniatür transiverlər quraşdırılması qərara alın­mış­dır. Bundan başqa, xüsusi genişzolaqlı miniatür antena da ol­malıdır. NEC və Anten şirkətləri tərəfindən hazırlanan Rosedale mikrosxemi, Texas İnstru-ments transiveriUWB - antenası vasitəsilə müştəri terminallarının mobilliyi təmin olu­na bilir. Mobil rabitə ilə təmin etməyin başlanğıc mərhə­lə­sində yalnız “öz” baza stansiyasının əhatəsində rabitəni təmin et­­­mək mümkün olurdu. Sistem təkmilləşdirildikcə, şəbəkədə es­ta­fet ötürülmənin sayəsində mobil terminallar trafiki itir­mə­dən öz şəbəkəsi daxilində yerini dəyişə bilər. İEEE 802.16e stan­­dartı spesifikasiyası mobil müştərilər üçün genişlən­dir­mədir və öz şanı ərazisi daxilində yüksəksürətli genişzolaqlı ra­bitəni təmin edə bilir (potensial olaraq, 30 milə qədər). Bu stan­dartda provayderin ərazisinə daxilolma və çıxma məsələləri, həm­çinin lokal və regional rouminq məsələləri öz həllini tap­mışdır. Bu cür səviyyəyə malik servis, qurulmuş olan 802.16 - 2004 standartının təbii inkişafının nəticəsi kimi qiymət­ləndi­rilir. Magistral rabitə xətlərinə və İnternetə naqilsiz daxilolma mə­sələsi, ofislərdəki qeyd olunmuş antenalı müştərilər üçün və şəhər ərazisindəki mobil abonentlər üçün təmin edilmiş ola­caqdır. 802.16e standartının vacib xüsusiyyəti odur ki, ötürülən müx­təlif növ verilənlər üçün yüksək, dinamiki idarə oluna bilən keyfiyyət səviyyəsi (QoS) təmin oluna bilir. Sistem avto­matik olaraq rabitənin növünü təyin etməyə, müxtəlif tezlik zo­lağı verməyə və keyfiyyət səviyyəsi təmin etməyə qadirdir. Mə­sələn, VoİP üçün, radio və videoyayımı üçün paketlərin itkiləri səviyyəsi, verilənlərin ötürülməsi üçün olan qiymətdən çox ola bilər. Lakin xeyli dərəcədə az gecikmə və ləngimə müd­dətinin qeyri-stabilliyi tələb olunur.
Məlum olduğu kimi, hal-hazırda üçüncü nəsil şəbəkələri üçün İMT-2000 (İnternational Mobile Telephone), Avropada isə UMTS (Universal Mobile Telecommunications Services) adı qəbul edilmişdir. İMT-2000 üçün radiointerfeysin işlənib ha­zır­lanmasında veriliş sürətinə görə aşağıdakı məqsədlər müəy­yə­nləşdirilmişdir:
• xidmət zonasının tam örtülə bilməsi və mobil abonentlər üçün
144 Kbit/san (arzu olunan təklif isə 384 Kbit/san-dir) veriliş
sürətinin təmin edilməsi;
• məhdud zonalar və məhdud mobillik üçün 2 Mbit/san veriliş
sürətinin təmin edilməsi.
Bu sürətlər İSDN - xidmətlərin inteqrasiyasına malik olan rə­qəmli şəbəkələrdəki sürətlərə analoji olaraq seçilmişdir. 144 Kbit/san-dən 384 Kbit/san-yə qədər olan sürətlər məhdud zo­nada mütəhərrikliyin az olduğu şəraitdə GSM EDGE tex­nolo­gi­yası ilə təmin edilə bilər. Daha böyük sürətlər (2 Mbit/san-yə qədər) - ayrılmış tezlik zolaqlarının genişləndirilməsini tələb edir. Bir neçə növ texnologiya təklif edilmişdir. Nəticədə bu və ya başqa dərəcədə bir-birilə uzlaşdırılmış bir neçə seriya stan­dartlar seçilmişdir. Seçilmiş standartlar əsasən WCDMA (Wideband CDMA) genişzolaqlı CDMA texnologiyasına əsas­la­nırlar. Bu cür yanaşma və təkliflər bir neçə ölkə tərəfindən ol­muş­­dur. Təəssüflə qeyd etmək lazımdır ki, bu təkliflər çip sü­rətinə, tezlik zolağını genişləndirmə üsuluna, modulyasiya nö­vünə görə tam şəkildə bir-birilə uzlaşdırılmamışdır. İMT-2000 şə­bəkələri üçün 2 QHs diapazonunda ümumi zolağı 230 MHs olan tezlik zolağı ayrılmışdır. WCDMA - da bir kanalın zolağı 5 MHs təşkil edir (CDMAone - də isə 1,25 MHs). Burada spek­trin genişləndirilməsinin müxtəlif metodları tətbiq edil­mə­si nəzərdə tutulur:
DS-CDMA - bir daşıyıcı tezlikli, psevdotəsadüfi ardıcıllıqla spek­trin düz genişləndirilməsi;
MC-CDMA - bir neçə daşıyıcı tezlikli və tezlik dupleksinə ma­lik sistem;
TD-CDMA - bir daşıyıcı tezlikli və zaman dupleksinə ma­lik sis­­tem (zamana görə sıçrayışlara malik sistem) və yaxud bu me­tod­ların kombinasiyası. Eni 10 və 20 MHs olan zo­laq­ların isti­­fa­də edilməsi nəzərdə tutulur.
WiMAX texnologiyası ilə müqayisədə qeyd etmək olar ki, 3G nəsil şanvari rabitə sistemləri, verilənlərin ötürülməsi məsələsində WiMAX-ın imkanlarından geri qalır. OFDM əsa­sın­dakı WiMAX (OFDMA - mobil rabitəni dəstəkləyə bilmək üçün) texnologiyası spektrdən daha effektiv istifadə edilməsinə ma­likdir, çoxşüalı yayılma şəraitində veriliş daha yaxşı mühafizə­yə malikdir, verilənlərin ötürülməsi sürəti daha yüksəkdir, hər iki istiqamətdə simmetrik veriliş sürətini təmin edir və s.
Naqilsiz daxilolmaya malik olan mobil abonentlərlə rabitə­ni təmin etmək imkanına malik olan yüksək sürətli sistemlər tex­nologiyasının baxılan qısa xülasəsi, WiMAX texnologiyası­nın bir çox üstünlüklərə malik olduğunu göstərir.


Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə