41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları



Yüklə 263,92 Kb.
səhifə1/11
tarix22.06.2022
ölçüsü263,92 Kb.
#89924
növüYazı
  1   2   3   4   5   6   7   8   9   10   11
41, 42, 43, 44, 45, 49, 50


41. Steqanoqrafiyada məlumatı gizlətmə metodları
İnformasiyanın ötürülməsi faktını gizlədilməklə rabitənin təşkili metodlarının işlənilməsi ilə steqanoqrafiya məşğul olur. Maraqlıdır ki, steqanoqrafiya sözü yunan dilində «gizlədilmiş yazı» mənasını (steganos - gizlədilmiş), kriptoqrafiya isə «gizli yazı» mənasını verir. İnformasiyanın steqanoqrafik qorunması metodlarının spektri olduqca rəngarəngdir. Ona görünməyən mürəkkəb, mikrofotosurət, şərti işarələr düzülüşü, gizli kanallar və sürüşkən tezlikli rabitə vasitələri və s. aid edilir.
Steqanoqrafik metodların ilk izləri çox qədimlərə gedib çıxır. Steqanoqrafiyanın tarixi bəşəriyyətin yaranması ilə eynidir.
Steqanoqrafiya informasiyanın təhlükəsizliyinin təminatında kriptoqrafiyanı əvəz və inkar etmir, əksinə onu tamamlayır. Steqanoqrafiya vasitəsi ilə gizlədilmiş informasiya çaparlı dərəcədə məlumatın ötürülməsi faktının aşkar olunması ehtimalını azaldırsa, həmin məlumatın şifrələnməsi mühafizə üçün daha bir səviyyəsi əlavə etmiş olur. Ötürlən məlumatın şifrəlnməsini qarşı tərəflərin yəqin etməsinin mümkün olduğu kriptoqrafiyadan fərqli olaraq steqanoqrafiya vasitələri məxfi məlumatları zərərsiz məkublara elə yerləşdirməyə imkan verir ki, gizli məlumatların əlavə olunması şübhə dogurmur.
Hal-hazırda ən aşağı əhəmiyyətli bitlərin əvəz olunması ilə məlumatı gizlətmə metodu steqodayanıqlığı kiçik olsa da geniş yayılmışdır. Onun mahiyyəti rəqəmləşdirilmiş təsvirlərdə, auido- və videofayllarda həmişə mövcud olan diskretləşdirmə xətalarının istifadə olunmasından ibarətdır. Bu xəta təsvir elementinin (pikselin) rəng tərkibinin qiymətini göstərən ədədin ən aşağı əhəmiyyətli mərtəbəsinə bərabərdir. Ona görə də kiçik mərtəbələrin modifikasiyası əksəriyyət hallarda təsviri çarpacaq dərəcədə transformasiya etmir və vizual aşkar olunmur.
Məlumatı gizlətmə üçün geniş yayılmış steqanoqrafiya metodlarından biri də itkili sıxlaşdırma alqoritmlərinin tətbiq edildiyi fayllar formatının (məs., JPEG) istifadə olunmasıdır. Məlumdur ki, itkili sıxlaşdırma alqoritmlərinin mahiyyəti verilənlərin məzmununa təsir göstərməyəcəyi və ya oxuyucuların qəbul etməyəcəyi hissələrin fayldan çıxarılmasından ibarətdir. Keyfiyyətini geniş diapazonda müxtəlif cür təmin etmək mümkün olduğu üçün şıxılmış təsvirin təhrif olunması müəyyən edilmir. Ona görə də bu metod həndəsi çevirmələrə və rabitə kanalının aşkar olunmasına daha dayanıqlıdır.
Steqolara elektron su nişanlarının əlavə olunması üçün daha mürəkkəb metodlardan istifadə edilir.
Müasir elektron su nişanlarının tərtibi sistemlərində təsvirlər nişanlanan (markalaşdırılan) geniş tezliklər diapazonunda darzolaqlı siqnalı təsvir edən işarənin (nişanın) qoyulması prisipi istifdaə olunur. Bu metod iki müxtəlif metodun və onların mümkün modifikasiya edilmiş variantlarının vasitəsi ilə reallaşdırılır. Birinci halda məlumat psevdotəsadüfi ədədlər ardıcıllığına malik faydalı siqnalların faza modulyasiyası ilə gizlədilir. İkincisində isə mövcud tezlik diapazonu bir neçə hissəyə ayrılır və məlumat bu kanalların arasında ötrürlür. İlkin təsvirə (fayla) nəzərən nişan müəyyən əlavə küy hesab olunur. Siqnalda həmişə mövcud olan küyün nişan əlavə edilməsi hesabına cüzi artması təhrifin nəzərə çarpasına yol vermir. Bundan əlavə su nişanı bütün ilkin təsvir (fayl) üzrə yayıldığı üçün kəsib çıxarılmağa daha dayanıqlıdır.


Yüklə 263,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə