3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   79

54 
 
lanmasına xidmət göstərmişlər. 
XX  əsrin  90-eı  illərində  keçmiş  Sovet  İttifaqının  si-
yasi-ictimai və iqtisadi-sosial sistem kimi iflasından sonra 
imperiya  ərazisində  formalaşmış  müstəqil  dövlətlərdən 
biri  olan  Azərbaycan  Respublikasında  iqtisad  elminin,  o 
cümlədən  də  onun  tərkib  hissəsi  sayılan  iqtisadi  nəzəriy-
yənin,  habelə  təlimlər  (fikir)  tarixinin  obyektiv  sürətdə 
öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır. 
Sinfi  mübarizə  zəruriliyi,  ideoloji  təzyiq,  inqilabi 
çevrilişlərin labüdlüyü konsepsiyalarından, mərkəzləşdiril-
miş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə, 
müasir  mərhələdə  qarşıya  çıxan  mürəkkəb  və  ziddiyyətli 
problemləri,  nisbətən  qısa  müddət  ərzində  daha  az  itki-
lərlə,  yüksək  sosial-iqtisadi  səmərəlilik  meyarları  ilə  həll 
etmək üçün iqtisad elminin həm elmi-nəzəri, həm də əmə-
li-praktik axtarışlarına, tövsiyələrinə ciddi ehtiyac vardır. 
Müstəqil  Azərbaycan  Respublikasının  rastlaşdığı 
gündəlik cari qayğılar ilə hökmən məşğul olmaqla yanaşı, 
müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlə-
rindən  yaradıcılıqla  faydalanmaq  əsasında  milli  iqtisadiy-
yatımızın  gələcək  uzunmüddətli  inkişaf  perspektivtərini 
işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə 
kimi durmaqdadır. 
İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin 
yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili--
xarici  bazarın  tələblərinə  uyğun  prioritet  istiqamətlərini 
milli  təhlükəsizlik,  beynəlxalq  iqtisadi-ticarət  əlaqələri, 
istehsal-xidmət  dairələrinin  son  səmərəliliyi  baxımından, 
yalnız  iqtisad  elminin  müxtəlif  sahələrinin  ahəngdar  inki-
şafı,  alim-mütəxəssislərin  peşəkar  məsləhətləri  təməlində 
aparmaq mümkündür. 
 


55 
 
MÖVZU 3. 
 
İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ 
METODLARI 
 
a)
 
İqtisadi nəzəriyyənin predmeti. 
b)
 
İqtisadi nəzəriyyənin metodları. 
c) İqtisadi kateqoriyalar, anlayışlar. 
ç) İqtisadi qanunlar və onların fəaliyyəti. 
 
a)
 
Müxtəlif  elm  sahələri  öyrəndiyi  obyektinə  və 
predmetinə  görə  bir-birindən  fərqlənirlər.  Fizika  elminin 
öz predmeti, biologiyanın digər, riyaziyyatın isə tamamilə 
başqa bir obyekt kimi özünəməxsus predmeti vardır. 
«İqtisadi nəzəriyyə» fənninin öyrənib araşdırdığı ob-
yekt,  yaxud  sahə-iqtisadiyyatdır,  təsərrüfat  həyatıdır.  İqti-
sadiyyat  isə  cəmiyyətin  yaşayıb  inkişaf  etməsi  üçün  mü-
hüm bir sahə olmaqla yanaşı, eyni zamanda mürəkkəb, də-
yişən, yeni meyllərlə səciyyələnən geniş əhatəli obyektdir. 
Qarşılıqlı  əlaqəli  vahid  bir  sistem  kimi  iqtisadiyyat, 
insan  fəaliyyətinin  istehsal,  xidmət,  mənəvi  sahələri  ilə 
bilavasitə,  yaxud  dolayı  yollarla  bağlıdır.  Cəmiyyətin  və 
insanların  müxtəlif  təyinatlı  tələbləri  əsasında  formalaşıb 
inkişaf  edən  iqtisadiyyat,  öz  tərəqqisində  ciddi  uğurlarla 
yanaşı, xeyli çətinliklərlə də rastlaşır. Həmin problemlərin 
və  qayğıların  aradan  qaldırılmasının  səmərəli  yollarının 
axtarışında  iqtisadi  nəzəriyyə  (economics)  mühüm  əhə-
miyyətə malikdir. 
İctimai (sosial) elmlərin bir sahəsi kimi iqtisadi nəzə-
riyyənin  predmetinin  müəyyənləşdirilməsi  və  ona  tərif 
verilərək,  məzmununun  açılması  yolunda  müxtəlif  dövr-


56 
 
lərdə  səylər  göstərilmişdir.  Xüsusilə,  XVII-XVIII  əsrdən 
başlayaraq  iqtisad  elminin  müstəqil  bir  sahə  kimi  forma-
laşması prosesi, alim və mütəxəssislərin bu məsələyə diq-
qətini xeyli artırmışdır. 
İqtisadi  nəzəriyyənin  predmetinə  dair  A.Smit  və 
D.Rikardo,  marksistlər,  keynsçilər,  habelə  digərləri  müx-
təlif  fikirlər  söyləmişlər.  İqtisad  elminin  klassiklərinin 
mövqeyinə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi mü-
nasibətlərini  və  onların  inkişaf  qanunauyğunluqlarını  öy-
rənən elmdir. 
Marksistlərin fikrincə, iqtisadi nəzəriyyənin predme-
tini «bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal 
və  mübadiləsini  idarə  edən  qanunlar  haqqında  elm»  kimi 
səciyyələndirmək lazımdır. 
İngilis  iqtisadçısı  A.Marşall  iqtisadi  nəzəriyyənin 
predmetini «insan cəmiyyətinin normal həyat fəaliyyətinin 
öyrənilməsi»ndə görmüşdür. 
Amerika iqtisadçısı L.Robbinson göstərir ki, iqtisadi 
nəzəriyyənin  predmetinə  «məhdud  vasitələr  şəraitində  in-
sanların  qarşıya  qoyduqları  iqtisadi  məqsədlərinə  çatmaq 
səyləri» daxildir. 
Nobel  mükafatı  laureatı  P.Samuelson  «Economics» 
dərsliyində  qeyd  edir  ki,  iqtisadi  həyatda  başlıca  məsələ 
«nə istehsal etmək, nə qədər istehsal etmək, kimin üçün və 
hansı vasitələrlə istehsal etməkdən ibarətdir». Deməli, iq-
tisadi  nəzəriyyənin  predmetinə  «məhdud  resurslardan  se-
çib  istifadə  etmək,  istehsal  olunan  məhsulları  cəmiyyət 
üzvləri  arasında  bölmək  və  alıcıların  istehlakını  öyrən-
mək» daxildir. 
K.Makkonnell  və  S.Bryu  (ABŞ)  iqtisadi  nəzəriyyə-
nin  predmetini  belə  müəyyənləşdirirlər:  bu  elm  «insanın 


57 
 
maddi tələbatlarının ən yüksək səviyyədə ödənilməsi məq-
sədi  ilə  məhdud  istehsal  ehtiyatlarından  səmərəli  istifadə 
olunması, yaxud onların idarə edilməsi problemlərini təd-
qiq edir». Həmin müəlliflər eyni zamanda yazırlar ki, iqti-
sad  elmi  «məhdud  ehtiyatlar  şəraitində  maddi  nemətlərin 
və  xidmətlərin  istehsal,  bölgüsü  və  istehlakı  prosesində 
insanların davranışının (münasibətlərinin) təhlilidir». 
Türk  iqtisadçısı  Orxan  Oğuz  «Ümumi  iqtisadi  nəzə-
riyyə»  kitabında  yazır:  «İqtisad  elminin  mövzusu  (pred-
meti) insanların iqtisadi fəaliyyətidir». 
«İqtisadi  nəzəriyyə»  dərsliyinin  müəllifləri  qeyd 
edirlər  ki,  bu  elm  «bütövlükdə  iqtisadiyyatın  inkişafının 
başlıca  qanunauyğunluqlarını  və  prinsiplərini  müəyyən-
ləşdirir». 
Ümumiləşdirilmiş şəkildə iqtisadi nəzəriyyənin (eco-
nomicsin) predmetinə belə tərif vermək olar: iqtisadi nəzə-
riyyə müəyyən dövr ərzində, konkret tarixi şəraitdə, iqtisa-
di resursların məhdudluğu və cəmiyyətin tələblərinin son-
suzluğu reallığında daha yüksək mənfəət əldə etmək məq-
sədilə insan fəaliyyətinin elmi təhlilidir. 
İqtisadi  nəzəriyyə  elminin  tədqiq  edib  ümumiləş-
dirdiyi qanunauyğunluq və  prinsiplərdən faydalanan  kon-
kret  iqtisad  elmləri  istehsala,  habelə  xidmət  dairəsinə  öz 
təkliflərini, məsləhətlərini, tövsiyələrini verə bilirlər. 
b)Hər bir elm öz predmetini və əhatə etdiyi müxtəlif 
problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq 
edib,  hərtərəfli  öyrənir.  İqtisadi  nəzəriyyə  elmi  də 
cəmiyyət həyatında və insanların iqtisadi münasibətlərində 
baş verən prosesləri aydınlaşdırıb izah etmək üçün bir sıra 
metodlardan istifadə edir. 
Elmin  predmeti  ilə  onun  metodları  arasında  üzvi  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə