3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

17 
 
insanların  müxtəlif  təyinatlı  maddi-mənəvi  tələbatlarının 
ödənilməsinə  yönəldilməsi  –  mikroiqtisadi,  mezoiqtisa-
di, makroiqtisadi, meqoiqtisadi səviyyələrdə tədqiq edi-
lə bilər. Müəyyən qeyd-şərtlərlə bu bölmələr prinsipi, bü-
tün  dünyada  qəbul  olunur.  Lakin  son  dövrlərdə  iqtisadi 
nəzəriyyə  kursunun  mikroiqtisadiyyat  və  makroiqtisadiy-
yat  kimi  iki  bölməyə  ayrılaraq  tədris  olunması  daha 
məqsədəuyğun sayılır. 
Mikroiqtisadiyyat  istehsal  və  xidmət  dairəsi  müəs-
sisələrinin,  şirkətlərin,  korporasiyaların,  ev  təsərrüfatla-
rının öyrənilməsi, təhlili, təşkili və idarə edilməsi məsələ-
ləri ilə məşğul olur. 
“Mikro” sözü yunan dilindən götürülmüşdür və kiçik, 
xırda, ilkin  mənasında  işlədilir. Ayrı-ayrı şirkət,  müəssisə, 
təsərrüfat  birlikləri  nə  qədər  iri,  hətta  nəhəng  olsalar  da, 
lakin  ölkənin  milli  iqtisadiyyatı  çərçivəsində  onlar  böyük 
bir  təsərrüfat  kompleksinin  kiçik  hissələri,  sanki  canlı  or-
qanizmin “hüceyrələri” səviyyəsində fəaliyyət göstərirlər. 
Mikroiqtisadiyyat,  istehsal-xidmət  dairəsinin  müxtə-
lif  təyinatlı  təsərrüfat  subyektlərinin  timsalında,  onların 
iqtisadi  fəaliyyətinin  öyrənilməsi,  hərtərəfli  təhlili,  işin 
təşkilinin  yaxşılaşdırılması  və  səmərəliliyinin  yüksəldil-
məsi yollarının araşdırılması ilə məşğul olur. 
İqtisadi fəaliyyətin başlanğıc nöqtəsi və özəyi sayılan 
ev  təsərrüfatları,  şirkətlər,  müəssisələr,  korporasiyalarda 
istehsalın  səmərəli  aparılması  haqqında  qərarlar  qəbul 
olunması, nisbətən az xərclə yüksək keyfiyyətli məhsullar 
hazırlanması,  xidmətlər  göstərilməsi  əsasında  daha  çox 
mənfəət  əldə  edilməsi,  mikroiqtisadiyyatın  mahiyyətini 
təşkil edir. Ona görə də mikroiqtisadi təhlildə tələb-təklif, 
istehsal  xərcləri,  qiymət,  mənfəət,  əmək  haqqı,  alıcı 


18 
 
davranışı,  bazar  rəqabəti  və  onun  müxtəlif  formaları, 
ümumi  tarazlıq,  habelə  iqtisadi  sistemin  konkret  subyekt-
lərinin -  obyektlərinin  fəaliyyəti ilə bağlı  məsələlərə daha 
dərindən diqqət yetirilir. 
Mikroiqtisadiyyat  ilk  növbədə  bazar  münasibətləri 
iqtisadi  sistemi  şəraitində,  orada  fəaliyyət  göstərən  təsər-
rüfat subyektləri arasında istehsal, bölgü, mübadilə və is-
tehlak münasibətlərini öyrənir. Eyni zamanda mikroiqti-
sadiyyat  dövlət  və  hakimiyyət  orqanları  ilə    istehsalçılar,  
sahibkarlar, işgüzar-biznes fəaliyyətilə məşğul olanlar, ha-
belə  insanlar  arasında  istehsal  prosesində  formalaşan  və 
həyata  keçirilən  istehsal  münasibətlərini  öyrənir.  Bununla 
yanaşı  iqtisadi  proseslərə  və  münasibətlərə  yanaşmada, 
mikroiqtisadi təhlil, iqtisadi resursların məhdudluğu, habe-
lə onlardan daha səmərəli istifadə olunması problemlərinə 
üstünlük verir. 
 
Bu mənada mikroiqtisadiyyat, mülkiyyət hüququ (is-
tifadəçisi) əsasında sahibkarlarla (prinsipial) işçilər (agent) 
arasındakı; rəqabət mübarizəsi əsasında sahibkarlıq fəaliy-
yəti  ilə  məşğul  olanların  özləri  arasındakı;  tələblə-təklifin 
dəyişkən  nisbəti  əsasında  formalaşan  bazar  qiymətlərinə 
uyğun  alıcılarla  satıcılar  arasındakı  münasibətləri  tədqiq 
edib  müəyyən  ümumiləşdirmələr  aparır;  real  vəziyyətin 
təkmilləşdirilməsi istiqamətində praktik məsləhətlər, əməli 
tövsiyələr verir. 
Mikroiqtisadiyyatın  ayrı-ayrı  problemləri  vaxtilə 
A.Smit, D.Rikardo, J.Sey, C.Mill kimi klassik iqtisadi nə-
zəriyyə  məktəbinin  görkəmli  nümayəndələrinin  əsərlərin-
də irəli sürülsə də, lakin onun müasir iqtisadi nəzəriyyənin 
tərkib  hissəsi  və  mühüm  bir  bölməsi  kimi  formalaşması 
prosesi,  şübhəsiz  XIX  əsrin  ikinci  yarısından  başlayaraq, 


19 
 
bu  sahədə  öz  tədqiqatları  ilə  seçilən  T.Hossenin,  K.Men-
gerin, A.Marşallin, L.Valrasın, V.Paretonun adları ilə bağ-
lıdır. 
İqtisadi nəzəriyyənin müşahidə, müqayisəlik, ümu-
miləşdirmə,  pozitiv,  normativ,  qrafik  təsvirlər,  sxem-
lər,  cədvəllər  kimi  metod  və  yanaşma  üsullarından 
mikroiqtisadiyyatın  müxtəlif  problemlərinin,  konkret  mə-
sələlərinin  izahı,  habelə  tədqiqində  geniş  istifadə  olunur. 
Pozitiv  analiz  mikroiqtisadi  proseslərin  real  təsvirini  və 
onların  ümumiləşdirilməsini  öyrəndiyi  halda,  normativ 
analiz  iqtisadi  proseslərin,  hadisələrin  necə  inkişaf  etməli 
olması sualına cavab verir. Maraqlıdır ki, cəmiyyətin iqti-
sadi  həyatında  və  müxtəlif  təyinatlı  şirkətlərin  təsərrüfat 
fəaliyyətində baş verən proseslərin pozitiv mövqedən təh-
lili  o  qədər  də  ciddi  mübahisələr  doğurmasa  da,  lakin  bu 
proseslərin  necə  davam  etməli  olacağı  haqqındakı  fikirlər 
həmişə bir-birindən xeyli fərqlənmişdir. 
Məsələn,  ölkədə  enerji  daşıyıcılarının  yaxud  taxıl 
məmulatlarının qiymətlərinin artırılması zərurəti meydana 
çıxdıqda,  bu  iqtisadi  siyasət  xətti  tədbirinin  yaradacağı 
müsbət və mənfi cəhətlər hərtərəfli düşünülməlidir. Çünki 
qiymətlər  və vergi dərəcələrindəki enib-qalxmalar həmişə 
mikroiqtisadiyyatın  obyektlərinin,  subyektlərinin  təsərrü-
fat fəaliyyətinə öz təsirini bilavasitə, yaxud dolayı yollarla 
göstərmiş  olur.  Təsadüfi  deyildir  ki,  bəzən  mikroiqtisa-
diyyatı  şirkətlər  və  qiymətlər  nəzəriyyəsi  kimi  səciyyə-
ləndirirlər. Milli iqtisadiyyatın hər hansı bir sahəsində baş 
verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, bu proseslərin 
qiymətlər  vasitəsilə  tələb-təklifdəki  enib-qalxmaları,  tez-
gec  öz  təsirini  iqtisadi  sistemin  başqa  sahələrində  də 
göstərəcəkdir. Ona görə də iqtisadi siyasət xəttinin, məsə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə