3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79

14 
 
zərə alınır. Proqnozlaşdırma vəzifəsi perspektivdə iqtisa-
di, hadisə və proseslərin aparıcı meyllərini müəyyənləşdir-
məyə  imkan  yaradır.  Təcrübi  vəzifə,  dövlətin  iqtisadi  si-
yasətinin əsaslandırılması və konkret şəraitin tələbləri əsa-
sında  təsərrüfatçılıq  fəaliyyətinin  daha  səmərəli  yollarını 
müəyyənləşdirmək üçün lazımdır. İdeoloji vəzifə, iqtisadi 
inkişaf istiqamətlərinin işlənib hazırlanması və həyata ke-
çirilməsi  gedişində,  fikir  müxtəlifliyi  şəraitində,  ümum-
milli mənafe baxımından ən optimal variantın seçilməsini 
nəzərdə tutur. Metodoloji vəzifə, iqtisadi-sosial məsələlə-
rin  daha  səmərəli  həlli  üçün  etibarlı  elmi-nəzəri  baza  ro-
lunu oynayır. 
 
Bu  elmi  hərtərəfli  öyrənmək:  əvvələn,  insanların, 
xüsusilə də yetişməkdə olan gənc nəslin, o cümlədən iqti-
sadçı kadrların dünyagörüşünü formalaşdıraraq, onun dün-
yada  baş  verən  qlobal  mürəkkəb  və  ziddiyyətli  prosesləri 
dərk  etməsinə  kömək  edir,  sonra  insanların  həyatda  rast-
laşdıqları  müxtəlif  iqtisadi-sosial  problemlərin  həllində 
daha düzgün seçim əsasında, ən səmərəli (optimal variant-
da)  qərarlar  qəbul  etmələrinə  şərait  yaradır;  nəhayət,  in-
sanlarda  sərbəst  düşünmək,  ağıllı  riskə  getmək,  müstəqil 
hərəkət etmək qabiliyyətini inkişaf  etdirir. 
 
İqtisadi  nəzəriyyənin  məqsəd  və  vəzifələrini  kom-
pleks halında aşağıdakı kimi müəyyənləşdirmək olar: 
-
 
mikro və makro səviyyədə bazar münasibətləri iqti-
sadi sisteminin fəaliyyət prinsipləri və qanunları haqqında 
ümumi təsəvvür yaratmaq
-
 
əsas  iqtisadi  kateqoriyaların  (əmək,  əmtəə,  bazar, 
pul, tələb, təklif, qiymət, rəqabət, tarazlıq, inhisar, səmərə-
lilik,  inhisar,  bank,  inflyasiya,  kredit,  işsizlik,  böhran) 
məzmununu açmaq; 


15 
 
-
 
iqtisadi  təhlil  aparmaq  və  ən  mühüm  göstəricilərin 
və indekslərin hesablanması vərdişlərinə yiyələnmək;  
-
 
müxtəlif  əmtəə-xidmət  bazarlarında  və  ayrı-ayrı 
bazar strukturlarında qiymətyaranmanın xüsusiyyətləri ilə 
tanış olmaq; 
-
 
müasir  inteqrasiya  və  qloballaşma  şəraitində  bey-
nəlxalq  və  daxili  bazarlarda  əlavə  məlumat  -  informasiya 
mənbələri ilə işləməyi öyrənmək. 
Deməli,  iqtisadi  nəzəriyyənin  məqsəd  və  vəzifələri 
(funksiyaları)  kompleksinə,  cəmiyyətin  təsərrüfat  həyatı-
nın  ümumi  inkişaf  qanunauyğunluqlarının  müxtəlif  təhlil 
metodları  vasitəsilə  öyrənilməsi,  ictimai  istehsalın  ayrı  - 
ayrı  sahə  və  bölmələrinin  strukturunda  baş  verən  kəmiy-
yət-keyfiyyət  dəyişikliklərinin  dinamikasının  izlənməsi, 
eyni  zamanda  iqtisadiyyatın  gələcək  inkişaf  istiqamətləri 
perspektivlərinin  müəyyənləşdirilməsində  ölkənin  milli 
mənafeyi  ilə  qlobal  maraqların  düşünülmüş  tarazlığının 
gözlənilməsi xətti daxildir.  
Qarşılıqlı  təsir  və  əlaqədə  olub,  kompleks  şəkildə 
həyata keçirilməsi tələb olunan bu müxtəlif vəzifələrin sə-
mərəliliyinin  təmin  edilməsi  üçün  unudulmamalıdır  ki, 
“gələcək illərin hadisələri, şübhəsiz cəmiyyətin siyasi hə-
yat  səthinin  dəyişkən  dalğaları  üzərində  fasiləsiz  surətdə 
davam etsə də, lakin onun nəticələri təkcə dövlət xadimlə-
rinin şüurlu hərəkətləri ilə deyil, ilk baxışda heç kəsin görə 
bilmədiyi  gizli  dərinliklərdəki  iqtisadi  axınlarla  müəyyən 
olunacaqdır. Bu gizli axınlara, yaxud iqtisadi meyllərə isə 
təsir  göstərməyin  bir  yolu  vardır:  həmin  yol  -  bilik  və 
təfəkkürün  imkanlarından  istifadə  edərək,  insanların  keç-
miş təsəvvürlərini, düşüncə tərzini dəyişdirməkdən ibarət-
dir.  Deməli,  əsl  həqiqəti  söyləmək,  xülyaları  dağıtmaq, 


16 
 
nifrəti məhv etmək, insanların hiss və ağlını maarifləndir-
mək, - bizim ən etibarlı vasitələrimizdir” (C.Keyns). 
Bəşəriyyətin  çoxəsrlik  enişli-yoxuşlu  inkişaf  yolu, 
hay-küylü  yüksəliş  və  kəskin  böhran  illəri,  nəhəng  bey-
nəlxalq  korporasiyaların  formalaşması  və  dünyanı  əhatə 
edən  maliyyə-bank  sarsıntıları,  xüsusilə  də  XXI  əsrin  ilk 
onilliyində  dünya  təsərrüfat  sisteminin  rastlaşdığı  sosial- 
iqtisadi problemlər, bu fikri tamamilə təsdiq edir. 
c)  Vahid  sistem  kimi  kompleks  halında  formalaşan 
iqtisadiyyatı və  onun istehsal-xidmət dairələrində  baş  ve-
rən  bölgü,  mübadilə,  istehlak  mərhələlərindəki  qanuna-
uyğun  prosesləri  müxtəlif  səviyyələrdə  öyrənmək  müm-
kündür. 
 
Cəmiyyət  və  iqtisadi  sistemlərin  təsərrüfat  həyatı 
canlı bir orqanizmi xatırlatdığından, orada sanki “hər şey 
axır, hər şey dəyişir”, bəzən isə hətta ən gözlənilməz pro-
seslər baş verir. Nobel mükafatı laureatı P.Samuelson haq-
lı olaraq yazmışdır: “Dünyada baş verən iqtisadi proseslər 
(iqtisadi sistemlərin dağılması, böhranlar, inflyasiyalar, in-
teqrasiya  meylləri,  iqtisadi-ticarət  əlaqələrinin  genişlən-
məsi, elmi-texniki tərəqqi) bəşəriyyətin yaşadığı bir tama-
şa və dramadır”. 
Bu  həyatı  tamaşanın  isə  müəllifi  də,  rejissoru  da, 
aktyoru  (oyunçusu)  da,  təbiət  və  istehsalla,  eyni  zamanda 
bir-birləri ilə mürəkkəb əlaqələr sistemi qurub, ardıcıllıqla 
həyata  keçirən  insanlardır.  Doğrudan  da  “insan  amili” 
onun  maraq və təşəbbüsü, tələb və təklifi, ideya və əməl-
ləri olmadan heç bir iqtisadi sistem formalaşıb yüksələ bil-
məz. 
İqtisadi sistem və onun obyektiv inkişaf qanunlarını 
hərtərəfli  öyrənib  dərk  edərək,  bu  prosesin  nəticələrini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə