3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

51 
 
yətini  edən  və  bu  işi  mənəvi  insanlıq  borcu  kimi  dəyər-
ləndirən şair: 
 Dünyaya gəlmədik zövqə, işrətə, 
           Borcumuz qatlaşmaq hər cür zəhmətə - 
inamı ilə “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün 
tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olma-
ğı, hər işdə “nisbətlərə riayət etməyi”, “haqq-hesab bilmə-
yi”, “ölçü-biçi gözləməyi” tövsiyə etmiş, ədalətsiz vergilə-
rə  və  rüşvətxorluğa  qarşı  çıxmış,  “yetimlərin  malına  qəsd 
edilməsini”  və  “qocaların  olub-qalanının  çapılıb-talanma-
sını”  qəzəblə  lənətləmişdir.  İnsanların  əsl  güc-qüvvətini, 
bəşəriyyətin  xoşbəxtliyini  elmdə,  bilikdə  olduğunu  və  cə-
miyyətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə 
yönəldilməsinin  arzulayan  mütəfəkkir  sənətkar  qəti  bir 
əminliklə yazmışdı: 
Qüvvət elmdədir, ayrı cür heç kəs, 
Hər kəsə üstünlük göstərə bilməz. 
Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azər-
baycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya 
və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edə-
rək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları 
birləşdirən  quruluşun  yaranması  zəruriyyəti  meydana  çı-
xar,  çünki  insanlar  öz  təbiəti  etibarilə  inkişafa  meyl  edən 
bir  varlıq  kimi  yaradıldığından  məhz  belə  birləşməyə 
möhtacdırlar” (N.Tusi). 
XIX  əsrin  əvvəllərində  Azərbaycanın  parçalanaraq 
Rusiya tərəfindən işğalından başlayaraq, XX əsrin ilk iyir-
minci illərinə qədər olan dövrdə burda gedən ictimai-siya-
si  iqtisadi-sosial,  mədəni-mənəvi  proseslər  xalqımızın 
M.F.Axundov,  A.Bakıxanov,  Q.B.Zakır,  H.B.Zərdabi, 
N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rə-


52 
 
sulzadə,  N.Nərimanov,  Ü.Hacıbəyli,  Ə.Hüseynzadə  ki-
mi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların 
bədii əsərlərində, mətbuatdakı yazılarında, publisist məqa-
lələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyət-
lərində  çar  Rusiyasının  müstəmləkə  siyasəti,  xalqın  hü-
quqsuz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiy-
yətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kənd-
linin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq 
və  hüquqlarının  tapdalandığı,  sələmçiliyin  yaratdığı  bəla-
lar,  ölkənin  səriştəsizliklə  idarə  olunması,  əhalinin  savad-
sızlığı,  dini-xürafat  mühitinin  formalaşdırdığı  həyat  tər-
zinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti möv-
qeyindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbay-
canın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi mü-
nasibətlərin özünə yol açmasını, ölkənin daxili-xarici iqti-
sadi əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial və-
ziyyətindəki  dəyişiklikləri  və  ümumi  inkişaf,  habelə  milli 
şüurun  formalaşması  istiqamətindəki  obyektiv  meylləri 
düzgün dəyərləndirmişlər. 
Bütün  Şərqdə  ilk  parlamentli  demokratik  respublika 
kimi  tarixə  daxil  olmuş  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
1918-1920-ci  illəri  əhatə  etmiş  23  aylıq  hakimiyyəti  dövrü, 
onun  M.Ə.Rəsulzadə,  Ə.M.Topçubaşov,  F.X.Xoyski, 
H.B.Ağayev, H.B.Usubbəyov və digər xadimlərinin iqti-
sadi-sosial  görüşləri,  Musavat  hökumətinin  hazırladığı 
iqtisadi siyasət tədbirləri platforması, bu xəttin özünəməx-
sus  xüsusiyyətləri,  həyata  keçirilən  ilk  uğurlu  addımlar, 
xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşma-
sı prosesində mühüm mərhələ olmuşdur. 
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkə-
lərinin  xüsusiyyətlərini  nəzərə  alan  çevik  iqtisadi  siyasət 


53 
 
taktikası,  bir  neçə  variantda  hazırlanmış  aqrar  proqramı, 
sənayenin  inkişaf  yolları  xətti,  maliyyə-valyuta  siyasəti, 
inflyasiyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələ-
rinin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzim-
lənməsi istiqamətindəki addımları, əhalinin həyat səviyyə-
sini  yaxınlaşdırmaq,  təhsil,  səhiyyə  və  digər  sahələrdəki 
dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi, 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  lideri  M.Ə.Rəsulza-
dənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlal-
dır” ideyasına söykənmişdir. 
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik  reji-
mi  şəraitində  müəyyən  istisnalarla  Azərbaycanda  iqtisad 
elmi  və  iqtisadi  fikrin  inkişafı,  hakim  ideologiya  olmuş 
marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı 
iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olun-
masına  tabe  edilmişdi.  Lakin  həyat  sübut  etdi  ki,  xüsusi 
mülkiyyət  hüququnu  qadağan  edən,  sahibkarlıq-biznes 
fəaliyyətinə  yol  verməyən,  insanların  iqtisadi  maraq  və 
təşəbbüslərini  boğan,  rəqabət  prinsiplərinə  əməl  etməyən 
bir təsərrüfat sistemi məhvə məhkumdur. 
Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məh-
dudiyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin 
nəzəri-praktik  məsələlərinə  dair  Məmmədhəsən  Vəlili 
(Baharlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fə-
rəcov,  Bəhmən  Axundov,  Əlisöhbət  Sumbatzadə,  Əhməd 
Mahmudov,  Mədət  Allahverdiyev,  Muxtar  Mustafayev, 
Ələsgər  Qasımov,  Mahmud  Tağıyev,  Yusif  Məmmədov, 
Mirağa  Musayev,  Balaca  Əbdürrəhmanov,  Əbdülqafur 
Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəli-
yev, Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqamət-
lərdə  tədqiqatlar  aparmış,  monoqrafiyalar,  dərsliklər,  ki-
tablar,  məqalələr  nəşr  etdirmiş,  iqtisadçı  kadrların  hazır-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə