3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


dərəcəsi məsələləri ilə müasir bazar münasibətləri iqtisadi  sistemi şəraitində əsasən banklar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

266 
 
dərəcəsi məsələləri ilə müasir bazar münasibətləri iqtisadi 
sistemi şəraitində əsasən banklar, habelə müxtəlif maliy-
yə-kredit qurumları məşğul olurlar. 
Banklar,  kommersiya  müəssisəsi  olduğundan,  onla-
rın  geniş  şəbəkəli  xidmət  sistemi  müəyyən  gəlir  əldə  et-
mək  prinsipi  əsasında  qurulmuşdur.  Onlar  bazar  münasi-
bətləri mühitində apardıqları müxtəlif əməliyyatları ilə bü-
tövlükdə  istehsal-xidmət  dairəsinin  inkişafına  əməli  yar-
dım və böyük təsir göstərirlər. İndiki inkişaf mərhələsində 
bankların öz  müştərilərinə müxtəlif, o cümlədən əmanət-
ləri  saxlamaq  və  kredit  (borc)  vermək  kimi  faydalı, 
etibarlı,  fasiləsiz  əməliyyatları  olmadan,  təsərrüfat  həya-
tının tarazlı gedişini, habelə uğurlu perspektivlərini təmin 
etmək çətindir. 
Banklar,  fiziki  və  hüquqi  şəxslərdən  qəbul  etdikləri 
əmanətlər  üçün  müəyyən  faiz  ödədikləri  kimi,  eyni  za-
manda  verdikləri  borc  pul,  kredit  üçün  haqq  tələb  edirlər 
ki, buna faiz dərəcəsi deyilir. 
Faiz dərəcəsi - kreditə götürülmüş (borc alınmış) pul 
üçün  ödənilən  haqdır,  yaxud  həmin  məbləğin  qiymətidir. 
Məsələn,  kreditə  verilən  hər  1.000  manat  (dollar,  avro) 
üçün ildə 50  manat (dollar, avro) haqq ödəmək tələb olu-
nursa,  deməli  faiz  norması  yaxud  dərəcəsi  5%  olacaqdır. 
Faiz dərəcəsi belə hallanır: 
 
             
 
                              
                          
                         
        
 


267 
 
    
        
            
             
Şübhəsiz  bankların  faiz  dərəcələri  dəyişkən  bir  kə-
miyyət  olub,  milli  iqtisadiyyatın  ümumi  vəziyyətindən, 
borc kapitalına olan tələb-təklifdən, sosial-iqtisadi inkişa-
fın  perspektiv  proqnozlarından  bilavasitə,  yaxud  dolayı 
yollarla asılıdır. 
Dünya miqyasında kreditlər üçün faiz dərəcəsi 1-8% 
arasındadır. Postsosialist və postsovet ölkələrində, o cüm-
lədən  Azərbaycan  Respublikasında  faiz  dərəcəsi  nisbətən 
daha yüksəkdir. 
Qeyd etmək lazımdır ki, faiz dərəcəsi kredit götürə-
nin  borc  verənin  alıcılıq  qabiliyyətinin  bir  hissəsini  indi-
dən  gələcəyə  keçirdiyi  üçün  ödədiyi  qiymətdir.  Başqa 
sözlə, faiz dərəcəsi 1 manatdan (dollardan, avrodan) il ər-
zində istifadə etmək üçün borc alanın, borc verənə ödə-
diyi məbləğdir. 
Borc  üçün  faiz  (haqq)  almaq,  sələmçiliklə  məşğul 
olmaq  peşəsi  müqəddəs  kitablardan  başlamış  sosialistlərə 
qədər müxtəlif dövrlərdə tənqid olunsa da, lakin bu proses 
bazar  münasibətləri  sisteminin  danılmaz  reallığıdır.  Faiz 
dərəcəsinin  mahiyyətini  aydınlaşdırmaq  üçün  tanınmış 
ABŞ  iqtisadçısı  İrvinq  Fişerlə  bağlı  belə  bir  hadisəni 
nümunə göstərirlər. 
Masaj  salonunun  xidmətçisi  İ.Fişerə  deyir  ki,  o  əqi-
dəcə  sosialist  olduğundan,  kredit  üçün  faiz  ödəməyi 
"oğurluq hesab edir". İqtisadçı ona göstərdiyi xidmət üçün 
çatacaq 30 dolların əvəzinə həmin məbləğdə veksel (borc 
öhdəliyi) verməyi və bu pulu 100 ildən sonra heç bir faiz 
artımı olmadan almağı təklif edir. Xidmətçi razılaşmadıq-
da, İ.Fişer soruşur: “Yaxşı, bəs 10 il müddətinə, bu məb-


268 
 
ləği müəyyən faiz artımı ilə almağa razısanmı?" Xidmətçi 
ona çatacaq haqqın müəyyən vaxtdan sonra müəyyən faiz 
artımla qaytarılması şərti ilə razılaşdıqda, iqtisadçı gülüm-
səyərək  demişdi:  "Elə  faiz  dərəcəsinin  mahiyyəti  də 
bundan ibarətdir!". 
Doğrudur, kreditlər üçün faiz dərəcələrinin müxtəlif-
liyi,  xüsusilə  həmin  dərəcələrin  yüksək  olması  iş  adamla-
rına,  biznes-sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlara  bir 
sıra  çətinliklər  yaratsa  da,  lakin  ümumi  makroiqtisadi  sa-
bitlik  və  inflyasiyanın  nəzarətdə  saxlanması  baxımından, 
bu yol məqsədəuyğun sayılır. 
İqtisadiyyatda  inflyasiya  prosesi  ilə  bağlı  nominal 
və  real  faiz  dərəcələri  anlayışları  vardır.  Nominal  faiz 
dərəcəsi  borclar  üzrə  cari  məzənnə  (kursla),  yaxud  qiy-
mətlərlə  ölçülür.  Real  faiz  dərəcəsi  isə  müqayisəli  qiy-
mətlərlə, inflyasiya səviyyəsi nəzərə alınmaqla hesablanır. 
Əgər  bankın  faiz  dərəcəsi  10%  və  ölkədə  illik  inflyasiya 
səviyyəsi də 10%-dirsə, deməli real faiz dərəcəsi sıfıra (0) 
bərabərdir.  Əksinə,  faiz  dərəcəsi  6%  və  inflyasiyanın  sə-
viyyəsi 3%-dirsə, o zaman real faiz dərəcəsi (6%-3%) = 3 
faiz olacaqdır. 
Faiz  dərəcələrinin  müəyyənləşdirilməsi  və  ayrı-ayrı 
fiziki-hüquqi şəxslərə tətbiqində, kreditlə bağlı risq ami-
li,  borcun  müddəti,  onun  həcmi,  hökumətin  və  yerli 
hakimiyyət orqanların vergi siyasəti, banklar arasında 
rəqabət  mübarizəsi,  qeyri-mükəmməl rəqabət bazarının 
xüsusiyyətləri kimi öz təsirini göstərir. Sivil bazar münasi-
bətləri  şəraitində  faiz  dərəcəsinin  müəyyənləşməsi,  pul 
kapitalının  (saxta,  fiktiv)  real  kapitala  (məhsuldar)  çev-
rilməsi prosesində mühüm rol oynadığından, bu işi cəmiy-
yət üçün səmərəli hesab etmək lazımdır. 


269 
 
ə)  Gəlirin bir forması  (növü)  olan  mənfəət  anlayışı 
bazar münasibətləri iqtisadi sisteminin fərqləndirici xüsu-
siyyətlərindən sayılan sahibkarlıq və işgüzar biznes fəaliy-
yəti ilə bağlıdır. Müasir anlamda sahibkar dedikdə, xüsu-
si  iqtisadi  qabiliyyətə,  təşəbbüskarlıq  səylərinə,  təşkilat-
çılıq bacarığına malik, mürəkkəb bazar münasibətləri mü-
hitində  düzgün  və  səriştəli  qərarlar  qəbul  etməyə  qadir, 
yenilik naminə ağıllı-düşünülmüş risqə gedən şəxs (qrup) 
başa düşülür. Sahibkar mülkiyyətçisi olduğu hər hansı bir 
istehsal-xidmət  obyektini  şəxsən  özü,  yaxud  bu  işi  onun 
meneceri  idarə  edə  bilər.  Mülkiyyət  obyektinin  idarəçili-
yindən  asılı  olaraq,  əldə  edilən  sahibkar  gəlirinin  ümumi 
məbləği, istifadə  istiqamətləri, bölgü prinsipləri,  şübhəsiz 
fərqlənəcəkdir. 
Müəyyən  qanun  və  prinsiplər  əsasında  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olanların  öz  mülkiyyətləri,  kapital-
ları,  imkanları,  şəxsi  qabiliyyətləri  sayəsində  gəlir, 
mənfəət əldə etməsi təbii sayılmalıdır. Bir qrup iqtisadçı, 
xüsusilə  marksist  iqtisadi  məktəbin  baniləri  və  bu  yolun 
doqmatik  davamçıları,  kapitalist  adlandırdıqları  sahibkar-
lara,  işgüzar  biznes  fəaliyyəti  ilə  məşğul  olanlara  sinfi, 
habelə  siyasi  rəqib  mövqeyindən  yanaşaraq,  cəmiyyətin 
həmin  təbəqəsini  "tüfeyl,  istismarçı,  başqasının  haqqını 
tapdalayan,  qanını  soran"  qrup  kimi  ittiham  etmişlər.  On-
lar  bəşəriyyətin  gələcəyini  xüsusi  mülkiyyətsiz,  kapita-
listlərsiz, istismarsız və vahid bir mərkəzdən idarə olu-
nan "kamil cəmiyyət" kimi təsəvvür etmişlər. 
Lakin,  qədim  yunan  müdriklərinin  dediyi  kimi  "dü-
şüncə tərzi cəzalandırıla bilməsə" də, iqtisadiyyatdan baş-
lamış  mənəviyyata  qədər  hər  şeyin  "axdığı,  dəyişdiyi" 
dünyada,  müxtəlif  elmi-nəzəri  konsepsiyalara,  doqmatik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə