3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

263 
 
XXI əsrin birinci onilliyində dünya ölkələrinin ümumi 
daxili məhsulunda (ÜDM) ayrı-ayrı sahələrin xüsusi 
çəkisi (faizlə) 
 
Ölkə qrupları 
Kənd 
təsərrüfatı 
Sənaye 
Xidmət 
dairəsi 
Yüksək inkişaf etmiş 
ölkələr 
2-3 
33-35 
72-75 
İnkişaf etməkdə olan ölkələr 
10-15 
34-36 
46-55 
Zəif inkişaf etmiş ölkələr 
32-35 
26-28 
41-49 
 
Cədvəldə  qrup  ölkələr  üzrə  verilmiş  ümumiləşdiril-
miş  orta  göstəricilər  belə  bir  meylin  qanunauyğunluğunu 
təsdiq edir ki, bütövlükdə dünyanın ümumi  daxili  məhsu-
lunda (ÜDM) tədricən maddi istehsal sahələrinin (sənaye-
nin, kənd təsərrüfatının və digərlərinin) mütləq rəqəmlərlə 
artımı  müşahidə  olunsa  da,  lakin xüsusi çəki  (faiz)  etiba-
rilə  payı  isə  həm  mütləq  rəqəmlərlə,  həm  də  payı  aşağı 
düşür.  Əksinə,  xidmət  dairəsinin  payı  isə  həm  mütləq 
rəqəmlərlə, həm də faiz etibarilə getdikcə artmaqdadır. Bu 
mütərəqqi  meyl  özünü  müstəqillik  yolu  ilə  irəliləyən 
Azərbaycan  Respublikası  təsərrüfat  həyatının  sosial-iqti-
sadi inkişaf parametrlərində, habelə ölkənin ümumi daxili 
məhsulunun  (ÜDM)  sahə  (bölmə)  quruluşunda  baş  verən 
dəyişikliklərdə aydın göstərir. 
Bazar  münasibətləri  şəraitində  xidmət  dairəsinin 
kommersiyalaşdırması  və  tədricən  bu  sahədə  genişlənən 
pullu  xidmətlərə  keçilməsi  prosesi  təbii  bir  hal  kimi  qiy-
mətləndirilməlidir.  Lakin  aydındır  ki,  bütün  dünyada  cə-
miyyət və onun üzvləri üçün elə vacib məsələlər vardır ki, 
onların  həyata  keçirilməsini  sırf  pulla  bağlamaq  doğru 


264 
 
sayıla  bilməz.  Bu  BMT-nin  İnsan  Hüquqları  Bəyannamə-
sinə və ölkə Konstitusiyasının tələblərinə zidd olardı. 
Müəyyən istisnalarla xidmət dairəsi sahələrində əha-
liyə sosial zəmanət verən minimum səviyyədə pulsuz xid-
mətlər göstərilməsi prinsipi, cəmiyyətdə sosial ədaləti qo-
ruyub  saxlamaq  naminə  hamı  üçün  təmin  edilməlidir.  Bu 
səviyyədə  xidmətlərin  göstərilməsini  hər  bir  sivil,  demo-
kratik  və  ədalətli  cəmiyyət  hökmən  öz  üzərinə  götürmə-
lidir.  Eyni  zamanda,  sosial  zəmanət  səviyyəsindən  əlavə, 
cəmiyyət  üzvlərinə  göstərilən  xidmətlər  pullu  şərtlərlə, 
yəni  haqqı  ödənilməklə  yerinə  yetirilə  bilər.  Bütün  dün-
yada  əhaliyə  sosial  xidmət  dairəsi  dövlətin  qayğısı  və 
nəzarəti altındadır. Əlbəttə, ölkənin iqtisadi yüksəlişi nəti-
cəsində  əhalinin  hər  nəfərinə  düşən  gəlirlərin  miqdarı 
artdıqca,  insanların  rifahı  yüksəldikcə,  pullu  xidmətlərin 
dairəsi, şübhəsiz genişlənə bilər. Dövlət büdcəsi vasitəsilə 
cəmiyyətin gəlirlərinin düşünülmüş surətdə bölüşdürülüb-
tənzimlənməsi  nəticəsində,  ölkə  əhalisinin  zəruri  sosial 
ehtiyacları  onların  maliyyə  imkanlarına  görə  deyil,  ölkə 
vətəndaşı  kimi  real  surətdə  hiss  etdikləri  ehtiyaclarının 
minimum səviyyədə ödənilməsi yolu ilə həyata keçirilmə-
lidir. 
Bazar münasibətləri şəraitində, pulsuz sosial xidmət-
lərlə yanaşı, qeyri-istehsal sahəsi obyektlərində, mülkiyyə-
tin  özəlləşdirilməsi,  müəssisələrin  icarəyə  verilməsi,  koo-
perasiya, fərdi əmək fəaliyyəti, şərikli müəssisələrin geniş-
lənməsi reallığında, haqqı ödənilən xidmətlər də olmalıdır. 
Aydındır  ki,  əhalinin  rifahının  yaxşılaşdırılması,  onların 
nominal  və  real  gəlirlərinin  durmadan  artması,  şübhəsiz 
insanların  zövq,  habelə  fərdi  arzularına  uyğun  pullu  xid-
mətlər  şəbəkəsinin  genişləndirilməsini  şərtləndirir.  Lakin 


265 
 
belə bir cəhət unudulmamalıdır ki, xidmət dairəsində pul-
suz  və  pulla  göstərilən  xidmətlər  arasında  elə  nisbət  və 
hədlər  olmalıdır  ki,  əhalinin  geniş  təbəqələri  həqiqətən 
azad,  demokratik,  ədalətli  cəmiyyətdə  yaşadıqlarına  əmin 
olsunlar. 
e) Ümumi bir anlayış olan gəlir, təsərrüfatçılıq təcrü-
bəsində  müxtəlif  variant  və  formalarda,  o  cümlədən  də 
faiz  dərəcəsi  kimi  meydana  çıxır.  İstehsalın  torpaq  və 
əmək  kimi  amillərinin  mülkiyyətçiləri  (sahibləri)  bunları 
müəyyən  qiymətə  sataraq,  yaxud  icarəyə  verərək,  gəlir 
(renta,  əmək  haqqı)  əldə  edirlərsə,  pul  formasında  olan 
kapital sahibləri də faiz şəklində gəlir əldə edirlər. Deməli, 
istər  maddi  (torpaq,  bina,  obyekt,  avadanlıq,  müəssisə), 
istərsə  də  pul  şəklində  olan  kapital  öz  mülkiyyətçisinə 
müəyyən gəlir verməlidir. Torpaq və əməkdən fərqli ola-
raq,  istehsalın  törəmə  amili  sayılan  kapital  bu  prosesdə 
həm iqtisadi resurs, həm də məhsul rolunu oynayır. 
Həmişə  hərəkətdə  olan  kapital  öz  ilkin  pul  forma-
sından  məhsuldar  formaya  keçərək,  müxtəlif  təyinatlı  əm-
təələrin-xidmətlərin  hazırlanmasında  iştirak  edir  və  həmin 
məhsullar  reallaşdırılaraq,  yenidən  müəyyən  məbləğdə  pul 
kapitalına  çevrilir.  Bu  halda  bazarda  həm  satıcı,  həm  də 
alıcı  kimi  iştirak  edən  müxtəlif  bazar  subyektlərinin  (ev 
təsərrüfatlarının,  dövlətin,  şirkətlərin,  korporasiyaların) 
əlində  müəyyən  məbləğdə  "artıq"  pul  kapitalı  toplamaqla 
yanaşı, eyni zamanda başqalarının xammal almaq, istehsa-
lı genişləndirmək, habelə digər səbəblərlə bağlı, pul kapi-
talına, borc götürməyə, kreditə ehtiyacı yaranır. Alınan 
borc  və  götürülən  kredit  üçün  isə  müəyyən  məbləğdə 
haqq, yaxud faiz ödənilir. 
Uzun  bir  tarixə  malik  olan  borc  kapitalı  və  faiz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə