3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

260 
 
daxil  edilir.  Şübhəsiz,  bu  üsulla  hesablamalarda  müəyyən 
təkrar  və  qüsurlara  yol  verilə  bilir.  Lakin  dünya  təcrübə-
sində və bazar münasibətləri şəraitində BMT-nin tövsiyəsi 
ilə  ölkələrin  əksəriyyəti  hesablamaları  məhz  bu  metodika 
ilə aparırlar. 
BMT-nin  məsləhəti  ilə  tətbiq  olunan  Milli  Hesab-
lamalar Sisteminə görə, hazırda hər hansı bir ölkənin iqti-
sadiyyatı (xalq təsərrüfatı) 2 sahəyə (maddi istehsal sahə-
sinə və qeyri-istehsal sahəsinə); 3 bölməyə (maddi nemət-
lər istehsalına, maddi xidmətlər istehsalına və qeyri-maddi 
xidmətlər,  mənəvi  nemətlər  istehsalı)  ayrılır.  Bu  cür  böl-
günü aşağıda verilmiş cədvəl aydın əks etdirir: 
 
Xalq təsərrüfatının (iqtisadiyyatın) 2 sahəsi və 3 
bölməsi. 
            I sahə   
 
 
II sahə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İqtisadiyyatın 
ikinci bölməsi: 
Sənaye sahələri  
Hasilat sənayesi 
Emal sənayesi 
Energetika 
 
İqtisadiyyatın 
birinci  bölməsi: 
Kənd təsərrüfatı 
Aqrar istehsal 
Balıqçılıq 
Ovçuluq 
Meşə təsərrüfatı 
 
 
 
 
 
İqtisadiyyatın üçüncü bölməsi: 
Xidmət dairəsi – nəqliyyat və rabitə, tic-
arət,  mənzil-kommunal  təsərrüfatı,  təhsil 
elm, səhiyyə və sosial  təminat, mədəniy-
yət  və  incəsənət,  bədən  tərbiyəsi  və 
idman, turizm, maliyyə-kredit sisteminin, 
dövlət və ictimai təşkilatların xidmətləri 
 
 
 
 
Qeyri - istehsal sahəsi 
 
Qeyri-maddi xidmətlər, 
mənəvi nemətlər istehsalı 
 
 
Maddi istehsal sahəsi 
 
Maddi nemətlər       Maddi xidmətlər  
      istehsalı  
       istehsalı    
 
 


261 
 
Cədvəldən  aydın  olur  ki,  I  sahə  -  maddi  istehsal  sa-
hələrini;  II  sahə  -  qeyri-istehsal  sahələrini  əhatə  edir.  İs-
tehsalın bu 2 sahəsi aşağıdakı 3 bölməyə - maddi nemətlər 
istehsalına; maddi xidmətlər istehsalına; qeyri-maddi xid-
mətlər,  yaxud  mənəvi  xidmətlər  istehsalına.  Maddi  və 
qeyri-maddi  xidmətlər  istehsalının  texnologiya  oxşarlığı, 
idarəçiliyi  və  əhalinin  rifahına  yönəldilməsi,  üçüncü  böl-
məyə  -  birləşdiricı  təsərrüfat  kompleksi  kimi  baxmağa 
imkan verir. Eyni zamanda xidmət sahələrinə tam şəkildə 
baxılması, qeyri-maddi (mənəvi) xidmətlər yaradan isteh-
sal sahəsini, xalq təsərrüfatının 3-cü bölməsindən ayırma-
ğa imkan verir. 
Qeyri-istehsal,  yaxud  xidmət  dairəsində  (sferasında) 
olan iqtisadi münasibətlər, müəyyən mənada maddi isteh-
sal  sahəsindəki  münasibətlərə  bənzəsə  də,  lakin  buranın 
özünəməxsus  bir  sıra  xüsusiyyətləri  vardır.  Həmin  xüsu-
siyyətlər kimi aşağıdakıları göstərmək olar: 
Əvvələn,  maddi  istehsal  fəaliyyəti  prosesində  insan 
təbiətə və ümumiyyətlə ətraf mühitə (ekoloji məkana) də-
yişdirici təsir göstərərək, onu öz tələbatlarına uyğunlaşdı-
rır. İnsanlar bütövlükdə cəmiyyətin və özünün şəxsi ehti-
yaclarını  ödəmək  üçün  meşələrdən  faydalanır,  onun  bitki 
və  meyvələrindən  istifadə  edir,  mədənlərdən  daş-kömür, 
filiz  hasil  edir,  yataqlardan  neft-qaz  çıxarır,  torpaqları 
əkib-becərir. 
Mənəvi  istehsalda  (qeyri-istehsal  dairəsində,  xidmət 
sahəsində)  isə  insan  fəaliyyətinin  nəticələri  başqa  meyar-
larla  ölçülür.  Bu  sahə  cəmiyyətin,  onun  ayrı-ayrı  qrupla-
rının,  hətta  fərdlərinin  də  mənəvi  tələbatlarını  ideyalar, 
bədii obrazlar, musiqi əsərləri, rəssamlıq və heykəltəraşlıq 
nümunələri,  elmi  kəşflər,  müəllimlik  və  həkimlik  fəaliy-


262 
 
yəti ilə ödəyir. Deməli, maddi istehsal prosesinin sonunda 
insan  əməyinin,  onun  iş  qüvvəsinin  nəticələri  konkret  əş-
yalar  timsalında  maddiləşir.  Qeyri-istehsal  və  xidmət 
dairəsində  isə  bu  hadisə  elmi  biliklər,  ideyalar,  bədii  ob-
razlar,  incəsənət  nümunələrində  öz  əksini  tapır.  Eyni  za-
manda bu prosesdə nəticələr maddi istehsala nisbətən daha 
uzun bir müddətə başa gəlir. 
Sonra,  qeyri-istehsal  dairəsində  maddi  istehsaldan 
fərqli olaraq, xidmətin göstərilməsi və onun istehlakı pro-
sesi çox zaman eyni vaxtda baş verir. Bu həkimin, müəlli-
min, artistin əməyinə aid edilə bilər. Həmin xidmət növləri 
«qorunub  saxlana  bilmədiyindən»,  o  maddi  əşya,  yaxud 
konkret şey şəkli ala bilmir. Bəzən bu xidmətləri bir yer-
dən başqa ünvanlara aparmaq da mümkün olmur. Çox za-
man qeyri-istehsal və xidmət dairəsi məkan etibarilə daha 
məhdud bir xarakter daşıyır. 
Daha  sonra,  qeyri-istehsal  sahəsində  yaradılmış 
məhsullardan  və  göstərilən  xidmətlərdən,  yaxud  bu  sahə-
lərin  son  nəticələrindən  bir  çox  hallarda,  elə  o  dairədə  də 
istifadə  olunur.  Müəllimin,  həkimin,  idmançının  əməyi 
buna misal ola bilər. Lakin eyni zamanda unutmaq olmaz 
ki,  qeyri-istehsal  dairəsində  çalışanların  əməyi,  şübhəsiz 
maddi  istehsal  sahəsi  və  orada  işləyənlərin  öz  fəaliyyət-
lərini normal surətdə həyata keçirmələri üçün zəruridir. 
Təsadüfi deyildir ki,  müasir  mərhələdə hər hansı bir 
ölkənin  ümumi  iqtisadi-sosial  göstəriciləri  arasında  xalq 
təsərrüfatında çalışanların istehsal və qeyri-istehsal sahələr 
üzrə bölgüsü mühüm əhəmiyyət kəsb edir. Yüksək inkişaf 
etmiş  ölkələrdə  qeyri-istehsal  və  xidmət  dairəsində  çalı-
şanların  sayı  sürətlə  artmağa  doğru  meyl  edir.  Bu  meyli 
aşağıda verilmiş cədvəldən görmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə