3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

247 
 
tərəqqisi və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlişinin 
göstəricisi olduğu halda, tənzimlənməyən iqtisadiyyat, in-
flyasiya,  real  əmək  haqqının  aşağı  düşməsi  meylləri  cə-
miyyətdə  sosial  narazılıq,  hökumətin  iqtisadi  siyasətinə 
qarşı inamsızlıq, ictimai gərginlik yaradır. 
b)  Dövlət,  xüsusi  (özəl),  bələdiyyə,  qarışıq,  şirkət, 
korporativ kimi əsas və törəmə mülkiyyət əsasında fəaliy-
yət  göstərən  müxtəlif  istehsal-xidmət  dairəsi  obyektlərin-
də, əmək haqqının bütün dünyada tarixən geniş yayılmış 2 
forması olmuşdur. Bu formalardan biri vaxta görə (vaxta-
muzd), digəri isə işə görə (işəmuzd) adlanır. 
Ayrı-ayrı istehsal və xidmət dairəsi sahələrinin miq-
yasından,  məhsul  həcmindən,  quruluşundan,  texniki-tex-
noloji  xüsusiyyətlərindən  asılı  olaraq,  həmin  əmək  haqqı 
formalarından biri, yaxud konkret şəraitlə bağlı, müəyyən 
hallarda hər ikisindən istifadə olunur. 
Əvvəllər işə görə əmək haqqı forması üstünlük təşkil 
etdiyi  halda,  müasir  inkişaf  mərhələsində  isə  vaxta  görə 
əmək haqqı forması daha geniş yayılmışdır. Belə ki, kon-
veyer-axın  xətləri  ilə  işləyən  istehsal-xidmət  sahələrındə 
son  məhsul  həcmi  ayrı-ayrı  işçilərdən  deyil,  müəyyən  bir 
qrupdan, briqada üzvlərindən, kollektivdən asılıdırsa, şüb-
həsiz orada vaxta görə əmək haqqı formasının tətbiqi daha 
məqsədəuyğun  və  səmərəlidir.  İstehsal  olunan  məhsulun 
kəmiyyət və keyfiyyət göstəriciləri ayrı-ayrı işçilərin şəxsi 
qabiliyyət,  xüsusi  bacarıq  səviyyəsindən  asılı  olduqda  isə 
əmək  haqqının  işə  görə  formasından  istifadə  etmək  daha 
faydalıdır. 
Dünya ölkələrinin istehsal-xidmət dairəsi sahələrinin 
tarixi  inkişaf  təcrübəsi  göstərir  ki,  maşınqayırma,  kimya, 
avtomobil, metallurgiya sahələrində vaxta görə əmək haq-


248 
 
qı forması daha yüksək xüsusi çəkiyə (80 faiz) malik oldu-
ğu  halda,  tikintidə,  yaradıcılıq  sahələrində,  elmdə,  mədə-
niyyət  və  incəsənətdə  əmək  haqqının  işə  görə  forması 
özünü daha çox doğruldur. Tanınmış fizikin, məşhur bəs-
təkarın,  görkəmli  ixtiraçının,  böyük  alim  və  sənətkarların 
uzun  illərin  əzablı  axtarışlarının  son  nəticələrini  sırf  vaxt 
amili  ilə  ölçüb  qiymətləndirmək,  şübhəsiz  düzgün,  eyni 
zamanda iqtisadi-sosial baxımdan səmərəli sayıla bilməz.
 
Vaxtilə  Paris  kafelərindən  birində  məşhur  ispan 
rəssamı Pablo Pikasso ilə rastlaşan amerikalı turist, ondan 
öz  xanımının  portretinin  eskizini  çəkməyi  xahiş  edərək, 
haqqını ödəməyə hazır olduğunu bildirir. Rəssam bir neçə 
dəqiqə ərzində sifarişi yerinə yetirərək deyir: 
-
 
Buyurun,  xanımınızın  portretinin  eskizi,  sizə 
10.000 franka (2.000 dollara) başa gələcəkdir...  
Belə  yüksək  qiyməti  gözləməyən  turist,  əsəbləşərək 
etiraz edir: 
-
 
Axı, siz bu işi görmək üçün cəmisi bir neçə dəqiqə 
vaxt sərf etdiniz, baha deyilmi? 
Pablo Pikasso təmkinini pozmadan cavab verir: 
- Yox  cənab,  bu  işi  bir  neçə  dəqiqəyə  yerinə  yetir-
mək  üçün  bütün  əvvəlki  həyatım  və  təcrübəm  lazım  ol-
muşdur. 
Vaxta  görə  (vaxtamuzd)  və  işə  görə  (işəmuzd)  əmək 
haqqı formalarının, real həyat, habelə təsərrüfatçılıq fəaliy-
yətində bir sıra sistemləri tətbiq olunur. Ötən əsrin əvvəl-
lərində  əməyin  intensivliyinin  sürətləndirilməsi  və  onun 
məhsuldarlığının  yüksəldilməsinə  əsaslanan  teylorizm, 
fordizm  sistemləri  ABŞ-da  geniş  yayılmışdı.  Müəyyən 
müsbət cəhətlərinə baxmayaraq, sonralar dünyanın müxtə-
lif  sənaye  ölkələrində  yayılmış  əmək  haqqının  bu  sistem-


249 
 
ləri,  yaxud onun  müəyyən ünsürləri, əslində işçilərin sağ-
lamlığının  pozulması,  fiziki-mənəvi  imkanlarının  tükən-
məsi, nəhayət işçinin texniki proseslərin "mexaniki əlavə-
sinə"  çevrilməsi  prinsipi  üzərində  qurulmuşdu.  Təsadüfi 
deyildir  ki,  əmək  haqqının  yüksəldilməsinə  yönəldilmiş 
sistemlər,  onun  həvəsləndirici  vasitələri,  "tərtökdürücü" 
sistem adını almışdı. 
XX  əsrin  ikinci  yarısından  etibarən,  az  səmərəli  və 
işçini  (insan  amilini)  istehsal  vasitələrinin  adi  əlavəsinə 
çevirməyə yönəlmiş əmək haqqının bu sistemləri, yeniləri 
ilə  əvəz  olunmağa  başlamışdı.  Müasir  mərhələdə,  işçinin 
istehsal-xidmət  sahələrindəki  şəxsi  marağını  artırmaq  və 
onu  həvəsləndirmək  üçün  yeni  vasitələrdən  istifadə  olu-
nur. Həmin vasitələr arasında işçilərin şirkətin səhmlərinə 
sahib olmaqla onun "mülkiyyətçisinə" çevrilməsi ("iqtisa-
di  demokratiya");  onların  şirkətin  maliyyə-təsərrüfat 
fəaliyyətinə  cəlb  olunması  ("mənfəətdə  və  nəzarətdə  işti-
rak"); şirkətin vəziyyəti haqqında  işçilərə  ətraflı məlumat 
verilməsi  ("analitik  təhlil")  işçilərin  peşə-sənət  hazırlıq 
səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi ("əməyin 
humanistləşdirilməsi") sistemləri mühüm yer tutur. 
c) Bəşəriyyətin həyatı və çoxcəhətli təsərrüfat fəaliy-
yəti  həmişə  torpaqla,  onun  yeraltı-yerüstü  sərvətləri  ilə 
bilavasitə  yaxud  dolayı  yollarla  bağlı  olmuşdur.  Qədim 
dövrlərdən  əsas  istehsal  vasitəsi  sayılan  Torpaq,  müqəd-
dəslik rəmzi kimi Ana və Vətən anlayışları ilə eyni məna-
da  işlənmişdir.  Təsadüfi  deyildir  ki,  klassik  siyasi  iqtisad 
məktəbinin  banilərindən  U.Pettinin  "sərvətin  atası  əmək, 
anası isə torpaqdır" fikri müdrik aforizmə çevrilmişdir. 
Nadir və bərəkətli təbii sərvət olan torpağı yaratmaq, 
artırmaq, təkrar istehsal etmək mümkün deyildir. Planetin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə