3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

256 
 
 
Torpaq sahəsinin qiyməti =
Torpaq sahəsının il ərzində 
verdiyi gəlir (renta) 
Bankın əmanətlər üzrə 
ödəniş faizi
        
 
Fərz  etsək  ki,  satılan  torpaq  sahəsinin  illik  gəliri 
(rentası) 10.000 manat (dollar, avro) və bankın əmanətlər 
üzrə ödənişi 5 faizdirsə, o zaman bu torpaq sahəsinin qiy-
məti aşağıdakı məbləğdə olacaqdır: 
 
T=
                           
  
                                       
 
Deməli,  yuxarıdakı  şərtlər  daxilində,  həmin  torpaq 
sahəsinin  satış  qiyməti  200.000  manatdır  (dollardır,  avro-
dur). 
Şübhəsiz, burada göstərilən konkret bir torpaq sahə-
si,  bazarda  yaranmış  real  tələb  və  təklifdən  asılı  olaraq, 
daha yüksək yaxud nisbətən ucuz qiymətə satıla bilər. Ta-
nınmış yazıçı, Nobel mükafatı laureatı C.Steynbek (ABŞ) 
"Həyacanlarımızın  qışı"  romanında,  əyalətlərdən  birində 
adi  torpaq  sahəsinin,  hərbi-strateji  məqsədli  obyekt  tikin-
tisi  üçün  zəruri  olduğundan,  son  dərəcədə  baha  qiymətə 
satışı prosesinin dramatik səhnələri, yüksək bədii ustalıqla 
təsvir olunmuşdur. 
Eyni zamanda bəzən zərurət, bəzən də hərtərəfli dü-
şünülməmiş,  ölçülüb-biçilməmiş  addımlar  nəticəsində 
vaxtilə  dəyər-dəyməzə  satılmış  torpaq  sahələrinin,  ata-
baba  mülklərinin  sonralar  insanlarda  necə  acı  təəssüf  və 
nisgilli həsrət hissləri doğurduğu yaxşı məlumdur. 
Maraqlıdır ki,  hələ  250 il bundan  əvvəl, fiziokratlar 


257 
 
iqtisadi  məktəbinin  banisi  F.Kene  (Fransa)  müəyyən  bir 
torpaq  sahəsinin  satış  qiymətinin,  həmin  sahənin  20  illik 
gəlirinə bərabər olduğu fikrini söyləmişdi. 
Müasir  dövrdə  qlobal  problemə  çevrilmiş  torpaq 
qıtlığı və əkin üçün yararlı sahələrin getdikcə məhdudlaş-
dığı  şəraitdə,  istehsal-xidmət  dairəsini  müxtəlif  xammal, 
əhalini isə kifayət qədər ərzaq məhsulları ilə təmin etmək 
üçün ən mükəmməl elmi-texniki nailiyyətlər əsasında, tor-
paq  resurslarından  səmərəli  faydalanmaq  xətti,  mühüm 
əhəmiyyət kəsb edir. 
d) Bəşər cəmiyyətində baş verən və fasiləsiz surətdə 
davam edən istehsal prosesləri istər istehsalın sonrakı inki-
şafı, istərsə də insanların müxtəlif təyinatlı  maddi (çörək, 
mebel, ət, maşın, paltar) və mənəvi (tamaşa, musiqi, rəsm 
əsəri,  kinofilm)  nemətlərin  (məhsulların  -  xidmətlərin) 
yaradılması ilə nəticələnir. 
Şübhəsiz, həm  maddi,  həm də  mənəvi sahələrin hər 
ikisi cəmiyyətin və onun üzvlərinin normal yaşayıb fəaliy-
yət  göstərmələri  üçün  zəruridir.  İnsana  ərzaq  məhsulları 
ilə  yanaşı,  kitab,  təhsil,  xidmət  dairəsi  də  vacibdir.  Çünki 
insan  ayrı-ayrılıqda  nə  maddi  nemətlərlə,  nə  də  mənəvi 
nemətlərlə tox ola bilməz. Sanki bunlar uçmağa hazırlaşan 
quşun iki qanadıdır. 
Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir 
ki, maddi və qeyri-istehsal sahələrinin düşünülmüş, tarazlı 
nisbətlər  əsasında  bir-birini  məntiqi  ardıcıllıqla  tamamla-
yan  inkişafı  olmadan,  cəmiyyətin  əsl  tərəqqisi  mümkün 
deyildir. Qeyri-istehsal sahələrinin normal inkişafı, iqtisa-
di  sistemin  ictimai  əmək  məhsuldarlığının  yüksəldilməsi-
nin, onun son sosial-iqtisadi nəticələr baxımından səmərəli 
fəaliyyətinin  və  cəmiyyətdəki  qarşılıqlı  münasibətlərin 


258 
 
humanistləşdirilməsi səviyyəsinin meyarlarını şərtləndirir. 
Bu  mənada  dünya  miqyasında  qeyri-istehsal  dairəsinin 
maddi  istehsal  sahəsinə  nisbətən  üstün  templərlə  artması 
meyli,  getdikcə  özünü  qanunauyğunluq  kimi  daha  aydın 
bir tərzdə göstərməkdədir. 
Lakin  hər  halda  etiraf  etmək  lazım  gəlir  ki,  cəmiy-
yətin  və  insanların  həyatında  maddi  nemətlər  istehsalı 
həlledicidir.  Doğrudur,  hər  şey  deyil,  amma  onsuz  yaşa-
maq  da  mümkün  deyildir.  Nizami  Gəncəvinin  «İsgəndər-
namə» əsərində belə bir mənzərə təsvir olunur ki, İsgəndə-
rin  anası  torpaqlar  fəth  edən  oğlunun  torpağa  tapşırılma-
sına razı olmur. Lakin vəzirin məsləhəti ilə oğlunun tabutu 
ilə  bir  otaqda  ac-susuz  qalan  ana,  tavandan  asılmış  bir 
parça quru çörək üçün doğma balasının sinəsindən basır... 
İqtisadi nəzəriyyə maddi istehsal sahəsinə - sənayeni
kənd təsərrüfatını, tikintini, hasilat dairəsini, energetikanı, 
meşə təsərrüfatını, balıqçılığı, ovçuluğu daxil edir. Qeyri-
istehsal,  yaxud  xidmət  sahəsinə  isə  təhsil,  elm,  səhiyyə, 
elmi müəssisələr, təminat xidməti (bank, sığorta, pensiya), 
əhaliyə  məişət  xidməti,  mənzil-kommunal  müəssisələri, 
sərnişin  nəqliyyatı,  mədəniyyət,  incəsənət,  turizm,  idman, 
qeyri-istehsal  xarakterli  rabitə,  ticarət,  dövlət  idarəetmə 
orqanları və əhalinin asayişini qoruyan orqanlar daxildir. 
Milli iqtisadiyyat çərçivəsində maddi istehsal və qeyri-
istehsal  sahələri  bir-birinin  inkişafı,  habelə  fəaliyyətinə 
qarşılıqlı  təsir  göstərirlər.  Eyni  zamanda  belə  bir  cəhətə  də 
diqqət  yetirilməsi  vacibdir  ki,  maddi  istehsal  sahələrindən 
fərqli  olaraq,  qeyri-istehsal  sahələri  təbii  nemətlərin  və 
istehsalın  ciddi  dəyişdirici  təsirinə  məruz  qalmır.  Bu  sahə 
bilavasitə  əmək  alətləri,  dəzgahlar,  maşınlar,  istehsal 
vasitələri  kimi  şeylər  yaratmaqla  məşğul  olmur.  Qeyri-
istehsal  sahələrinin  bilavasitə  təsir  obyekti  insan  və  onun 


259 
 
həyat fəaliyyətinin müxtəlif sosial şərtləri, amilləridir. 
Lakin  həmin  amillər  olmazsa,  həyatın  sonrakı  tam 
mənasında  davamı  mümkün  sayıla  bilməz.  Qeyri-istehsal 
dairəsində  çalışan  həkim  bizim  sağlamlığımızı  qoruyur, 
müəllim- tərbiyyəçilər yeni nəslin yetişdirilməsində iştirak 
edir, müğənni öz sənəti ilə dinləyicilərə mənəvi qida verir, 
aktyor  yaradıcılığı  ilə  tamaşaçıları  ruhlandırır.  Vaxtilə 
müqəddəs kitablarda öz əksini tapmış «insan təkcə bir qis-
mət çörəklə kifayətlənə bilməz» müdrikliyi, həmişə maddi 
və  mənəvi  nemətlərin  həyatda  bir-birini  üzvü  surətdə  ta-
mamladığını təsdiq edir. 
Təsadüfi  deyildir  ki,  tanınmış  iqtisadçı  U.Rostau 
(ABŞ)  bəşəriyyətin  inkişafının  ən  yüksək,  zirvə  mərhələ-
sini  "keyfiyyətli  həyat  səviyyəsi"  kimi  səciyyələndirərək, 
orada insanların mənəvi-intellektual inkişafını şərtləndirən 
xidmət  dairəsinin  cəmiyyətin  maddi  istehsal  sahələrinə 
nisbətən daha üstün templərlə irəliləməsi zəruriliyinin qa-
nunauyğun, təbii bir proses olmasını elmi-nəzəri cəhətdən 
əsaslandırmışdır. Bu mənada müasir dövr, əvvəllər dəbdə 
olmuş  "əşya-şey  üstünlüyü"  mərhələsindən,  "insana  xid-
mət"  mərhələsinə  dönüş  kimi  səciyyələndirilərək,  cəmiy-
yətin maddi imkanlarının onun ən qiymətli sərvəti sayılan 
"insan  amilinə  -  kapitalına",  onun  mənəvi-intellektual  sə-
viyyəsinin  yüksəldilməsinə  yönəldilməsi  zəruriliyi  irəli 
sürülür. 
Hazırda dünya ölkələrinin iqtisadi-sosial göstəriciləri 
Birləşmiş  Millətlər  Təşkilatının  tövsiyə  etdiyi  Milli  He-
sablamalar  Sistemi  (MHS)  əsasında  aparılır.  Hesablama 
sistemində ölkənin istehsal etdiyi  məhsullar (maddi isteh-
sal) və göstərdiyi müxtəlif təyinatlı xidmətlər (qeyri-isteh-
sal) eyni əsaslarla (pul ifadəsində) nəzərə alınaraq, ölkənin 
ÜDM-na (ümumi daxili məhsuluna), MG-nə (milli gəlirinə) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə