3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

250 
 
1/3  hissəsini  təşkil  edən  quru  ərazilərin  heç  də  hamısı 
təsərrüfatçılıq  fəaliyyəti  üçün  əlverişli  hesab  olunmur. 
Xüsusilə son 200 ildə dünya əhalisi sayının 7 dəfə artması 
və yeni şəhərlərin salınması, sənaye obyektlərinin tikilmə-
si,  magistral  yolların  çəkilməsi,  istehsal-xidmət  təyinatlı 
geniş  infrastruktura  şəbəkəsinin  yaradılması  nəticəsində, 
ümumiyyətlə torpaq sahələrinin, o cümlədən də əkin-biçin 
üçün  yararlı,  münbit  torpaqların  azalması  meyli  bəşəriy-
yəti  düşündürməyə  bilməz.  İlkimiz  və  sonumuz,  qida  və 
xammal  mənbəyimiz,  havamız  və  suyumuz,  həyatımız  və 
rifahımız  sayılan  Torpağın  qədri  bilinməli,  əvəzsizliyi 
dərk  edilməli,  qayğıkeşliklə  istifadə  olunmalı,  hər  qarışı 
qeyrət-şərəflə qorunmalıdır. Müdriklər  demişlər ki, torpa-
ğı  əkib-biçməsən  qorumağa  və  qorumasan  əkib-becərmə-
yə dəyməz... 
Milli  iqtisadiyyatın  ən  mühüm  sahələrindən  biri  – 
torpaq və onunla istifadə ilə bağlı kənd təsərrüfatı, aqro-
biznes,  aqrar  bölmədir.  Bu  sahə  ölkənin  və  beynəlxalq 
bazarın müxtəlif təyinatlı xammala olan ehtiyaclarını ödə-
məklə  yanaşı,  eyni  zamanda  istər  daxili,  istərsə  də  xarici 
bazarlarda əhalinin ərzaq-sənaye, gündəlik tələbat məhsul-
ları ilə təmin olunmasında mühüm rol oynayır. 
Torpaq və ondan istifadə ilə bağlı problemlər, bütöv-
lükdə ölkənin təsərrüfat həyatının, habelə iqtisadi təhlükə-
sizliyin tərkib hissəsi olub, aqrar bölmədə baş verən isteh-
sal münasibətlərini əhatə edir. Ümumiyyətlə maddi nemət-
lərin  istehsalı  prosesində  torpaq  mülkiyyətçisi,  torpağa 
sahiblik etmək, onun haqqında sərəncam vermək, tor-
paqdan  istifadə  hüquqlarının  reallaşdırılması  gedişində 
yaranan qarşılıqlı, çoxcəhətli münasibətlər sistemi, tam bir 
kompleks halında aqrar münasibətlərə daxildir. 


251 
 
Torpaq  üzərində  ağalıq  və  mülkiyyət  hüququ  məsə-
ləsi  həmişə  insanların,  sosial  qrupların,  hətta  dövlətlərin 
mənafeyi  ilə  bağlı  olmuşdur.  Ona  görə  də  torpaq  və  ona 
sahib  olmaq  uğrunda  aşkar-gizli  mübarizə  təkcə  ayrı-ayrı 
şəxslər  arasında  deyil,  hətta  dövlətlər  arasında  da  uzun 
mübahisələrə,  diplomatik  danışıqlara,  gərgin  münaqişələ-
rə, qanlı müharibələrə səbəb olmuşdur. 
Torpaq  üzərində  mülkiyyətin  -  dövlət,  xüsusi,  bələ-
diyyə kimi əsas formaları ilə yanaşı, eyni zamanda şərikli, 
kollektiv, payçı, ictimai kimi törəmə formaları da vardır. 
İbtidai icma cəmiyyətində torpaq üzərində ümumi mülkiy-
yət olduğundan, heç kəs müəyyən sahəni özününkü hesab 
edib, tam istifadəsinə keçirə bilməzdi. Lakin ictimai əmək 
bölgüsü nəticəsində, cəmiyyətdə qeyri-bərabərlik meylləri 
yarandıqca,  insanların  torpağa  olan  münasibətləri  də  də-
yişmişdir. 
Quldarlıq  və  feodalizm  cəmiyyətlərində  torpaq  üzə-
rində  quldarın,  feodalın  tam  ağalığı  yaxud  mülkiyyətçisi 
hüququ hökm sürmüşdü. Qul öz əməyinin məhsulunun ha-
mısını, kəndli isə öz  məhsulunun müəyyən hissəsini "ağa 
torpağının"  haqqı  kimi  feodala,  mülkədara,  xana,  bəyə 
verməyə məcbur idi. 
Sərbəst rəqabət bazarı şəraitində, cəmiyyət həyatının 
bütün  sahələrində  alqı-satqı  münasibətləri  adi  hala  çevril-
dikdən  sonra,  torpaqla  bağlı  əvvəlki  məcburi,  qeyri-iqti-
sadi  hökmranlıq  və  şəxsi  asılılıq  münasibətləri  aradan 
qaldırıldı. Azad sahibkarlıq fəaliyyəti mühitində, torpaq da 
digər  əmtəələr  kimi  bazarda  yaranmış  tələb  və  təklif  me-
yarlarına  uyğun,  alınıb-satılmağa  başlandı.  Eyni  zamanda 
torpaq  üzərində  mülkiyyət  hüququ  qalmaqla,  onun  müəy-
yən müddətə və konkret şərtlər əsasında icarəyə verilməsi 


252 
 
geniş yayılmışdıDeməli, bazar münasibətləri iqtisadi sis-
temi  şəraitində,  torpaq  bir  təsərrüfat  obyekti  kimi  hüquqi 
cəhətdən  öz  mülkiyyətçisinin  tabeliyində  qalsa  da,  həmin 
torpaq sahəsinin əsl istifadəçisi və müvəqqəti də olsa "sa-
hibi"  icarəyə  götürən  şəxs  sayılır.  Bu  proses,  iqtisadi  nə-
zəriyyədə mülkiyyətin öz əsl sahibindən yaxud mülkiyyət-
çisindən "ayrılması" kimi səciyyələndirilir. Buna səbəb əsl 
torpaq  mülkiyyətçinin  sahəsinin  genişliyi,  torpaqdan  isti-
fadə  imkanlarının  məhdudluğu,  pula  olan  ehtiyacı,  başqa 
işlə məşğul olması, nəhayət öz torpağını becərməklə deyil, 
onu icarəyə verməklərenta hesabına yaşamaq arzusudur. 
Bazar  münasibətləri  mühitində  ayrı-ayrı  torpaq  sahə-
ləri  kəmiyyət  və  keyfiyyətindən,  satış  bazarlarına  yaxın-
uzaqlığından, münbitlik göstəricilərindən asılı olaraq, müx-
təlif  şərtlərlə,  fərqli  qiymətlərlə  alınıb-satılır.  Öz  torpaq 
sahələrini  satıb,  mülkiyyət  hüququnu  itirmiş  dünənki 
kəndlilər isə ya şəhərlərə üz tutub muzdlu işçilərə çevrilir, 
ya  da  iri  torpaq  sahiblərinin  yanında  çalışmağa  məcbur 
olurlar.  Eyni  zamanda  yaranmış  yeni  şəraitə  uyğunlaşan 
müəyyən qrup işgüzar adamlar, xüsusi mülkiyyətə əsasla-
nan  ailə  və  fermer  təsərrüfatlarını  formalaşdıraraq,  aqro-
biznes fəaliyyəti yolu ilə getmişlər. 
Sosializm  cəmiyyətində,  torpağın  milliləşdirilməsin-
dən başlayaraq, sonralar kolxoz, sovxoz, aqrar-sənaye bir-
likləri  kimi  müxtəlif  təsərrüfatçılıq  formalarının  meydana 
çıxmasına baxmayaraq, iqtisadi maraq, şəxsi təşəbbüs, rə-
qabət  prinsiplərinin  pozulduğu  bir  sistemdə,  aqrar  müna-
sibətlər  iflasa  uğradı.  Həmin  iqtisadi  sistem  dağıldıqdan 
sonra  postsosialist  və  postsovet  məkanında  formalaşmış 
yeni  müstəqil  dövlətlərdə,  o  cümlədən  də  Azərbaycan 
Respublikasında  həyata  keçirilən  aqrar  islahatları  nəticə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə