3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

244 
 
rin, mühəndislə restoran xidmətçisinin əmək haqqı dərəcə-
ləri və səviyyələri arasında müəyyən fərq olmalıdır. 
İqtisadi nəzəriyyədə iş verən, işə götürən (prinsipial); 
işə qəbul olunan, işə götürülən (agent); əmək haqqı dərə-
cəsi;  minimum  əmək  haqqı;  nominal  əmək  haqqı;  real 
əmək haqqı anlayışları vardır. 
Prinsipial - iş verən sahibkar və hər hansı bir isteh-
sal-xidmət  sahəsində  fəaliyyət  göstərən  şirkətdir,  müəssi-
sədir, təşkilatdır. 
Agent  -  işə  qəbul  olunan  yaxud  götürülən  işçidir, 
qulluqçudur. 
Prinsipial  -  agent  münasibətləri  şifahi  razılaşma  və 
rəsmi  əmək  müqaviləsi  əsasında  formalaşıb,  müəyyənləş-
dirilə bilər. 
Əmək haqqı dərəcəsi - vaxt vahidi (saat, gün, həftə, 
ay, il) ərzində işçinin əməyindən (iş qüvvəsindən) istifadə-
nin qiymətidir. 
Minimum  əmək  haqqı  -  əmək  haqqı  səviyyəsinin 
ən  aşağı  dərəcəsidir  ki,  ölkə  qanunvericiliyinə  əsasən  iş 
gününün  hər  saatı,  həmin  həddən  aşağı  məbləğdə  ödənilə 
bilməz.  Bu  məbləğ  isə  ölkədəki  orta  aylıq  əmək  haqqının 
35-50 faizi həcmində müəyyənləşdirilə bilər.        
Nominal  əmək  haqqı  -  işçinin  və  qulluqçunun 
müəyyən vaxt (saat, gün, ay, il) vahidi ərzində öz zəhməti-
nə  görə  aldığı  pulun  konkret  məbləğidir.  Təhsil,  ixtisas, 
bacarıq  və  şəxsi  qabiliyyəti    səviyyəsində,  eyni  zamanda 
müəyyən  şərtlər-hüdudlar  dairəsində  çilingərin,  poladəri-
dənin, sürücünün, müəllimin, şirkət başçısının bir-birindən 
fərqli nominal əmək haqqı alması, tamamilə təbiidir.  
Dünyanın müxtəlif ölkələrində təşkil olunan və fəaliy-
yət  göstərən  həmkarlar  təşkilatları  işçilərin  hüquqlarını 


245 
 
müdafiə edərək, onların nominal əmək haqqının yüksəldil-
məsi,  yaşayış səviyyəsinin yaxşılaşdırılması, sahibkarlarla 
işçilər  arasında  baş  verən  münaqişələrin  nizama  salınma-
sında mühüm rol oynayırlar. Həmkarlar təşkilatları müəy-
yən  istisnalarla  ölkəyə  xaricdən  iş  qüvvəsi  axınını  məh-
dudlaşdıran  qanunları  dəstəkləyir,  kiçik  yaşlı  uşaqların 
əməyindən  istifadənin  əleyhinə  çıxır,  müəyyən  yaş  həd-
dində  işçinin-qulluqçunun  pensiyaya  çıxmasını  nəzərdə 
tutur, iş həftəsinin qısaldılması istiqamətində səy göstərir-
lər. Öz üzvlərinin mənafeyini qorumağa xidmət edən həm-
karlar təşkilatları bu  yolda  müxtəlif üsul və taktikalardan, 
o cümlədən barışıq, razılaşma, vasitəçilik, arbitaj məh-
kəməsi,  piketlər  və  narazılıq  nümayişləri,  etiraz  mi-
tinqləri, tətillər, boykot kimi vasitələrdən, yaranmış kon-
kret vəziyyətə, habelə əmək münaqişəsinin xarakterinə uy-
ğun olaraq istifadə edirlər. 
Qeyd  etmək  zəruridir  ki,  nominal  əmək  haqqı  hər 
bir  işçinin,  onun  ailəsinin  və  yaşadığı  cəmiyyətin  ümumi 
inkişaf  səviyyəsini  müəyyənləşdirmək  üçün  mühüm  bir 
amil olsa da, lakin istər işçinin, istərsə də ailəsinin sosial-
iqtisadi  vəziyyəti  haqqında  dolğun  təsəvvür  yaratmır.  İs-
tehsal-xidmət  dairəsinin  müxtəlif  sahələrində  çalışan  hər 
bir işçi, nominal əmək haqqından vergi ödəməli, müxtəlif 
təyinatlı  ödənişlər  etməli,  ərzaq-paltar  almalı,  sağlamlığı, 
istirahəti,  rahatlığı  üçün  müəyyən  xərclər  çəkməlidir.  İşçi 
və qulluqçuların, onların ailə üzvlərinin yaşayış səviyyəsi, 
təhsil-peşə  hazırlığı,  gündəlik  həyat-məişət  qayğıları  real 
əmək haqqı ilə bağlıdır.  
Real  əmək  haqqı,  nominal  əmək  haqqının  alıcılıq 


246 
 
qabiliyyəti olub, işçinin nominal əmək haqqına ala biləcə-
yi  müxtəlif  istehlak  şeyləri  və  xidmətlərin,  yaxud  yaşayış 
vasitələrinin cəmidir. Bu mühüm göstərici ilk növbədə no-
minal  əmək  haqqının  kəmiyyəti  (məbləği)  və  ölkədə  qiy-
mətlərin  enib-qalxması  dəyişikliyi  (indeksi)  ilə  bağlıdır. 
Deməli,  real  əmək  haqqı  nominal  əmək  haqqı  göstəricisi 
ilə düz, qiymətlərin dəyişməsi ilə tərs mütənasibdir. 
Məsələn,  ölkədə  qiymətlərin  sabit  qaldığı  şəraitdə, 
nominal əmək haqqı il ərzində 5 faiz artmışsa, deməli real 
əmək  haqqının  da,  5  faiz  yüksəldiyini  söyləmək  olar. 
(Əmək  haqqı  5%>Qiymətlərin  orta  səviyyəsi  0).  Əgər  il 
ərzində işləyənlərin əmək haqqı 7 faiz və ölkədə qiymətlə-
rin  də  orta  səviyyəsi  7  faiz  artmışsa,  o  zaman  real  əmək 
haqqı sabit qalmışdır. (Əmək haqqı 7% = Qiymətlərin orta 
səviyyəsi 7% = 1). Nominal əmək haqqının 8 faiz artdığı-
nı, qiymətlərin isə ölkə üzrə orta hesabla 10 faiz yüksəldi-
yini fərz etsək, o zaman real əmək haqqı 2 faiz aşağı düş-
müş  olacaqdır.  (Əmək  haqqı  8%yəsi 10%). Nəhayət, nominal əmək haqqının  sabit qaldığı 
halda,  ölkədə  qiymətlərin  artması  prosesi  baş  vermişsə, 
deməli real əmək haqqı azalmış və milli valyutanın alıcılıq 
qabiliyyəti  zəifləmişdir.  Əksinə,  nominal  əmək  haqqının 
sabit  qaldığı  şəraitdə,  ölkədə  qiymətlərin  aşağı  düşməsi 
müşahidə olunarsa, deməli real əmək haqqı yüksəlmiş və 
milli valyutanın alıcılıq qabiliyyəti artmışdır. 
Real əmək haqqının səviyyəsinə, nominal əmək haq-
qı  və  ölkədə  qiymətlərin  enib-qalxması  (indeksi)  amilləri 
ilə  yanaşı,  işçinin  ailə  tərkibi,  kiçik  yaşlı  uşaqların  sayı, 
ictimai vəziyyəti, həyat tərzi də, şübhəsiz öz təsirini göstə-
rir.  Ümumiyyətlə,  qiymətlərin  nisbi  sabitliyi  şəraitində 
real  əmək  haqqının  artması  prosesi,  milli  iqtisadiyyatın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə