3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

253 
 
sində torpaq sahələri kənd əhalisinə paylandı. 
ç) "Renta" alman sözü olub, müəyyən torpaq sahə-
sindən  istifadə  edən  hər  hansı  bir  şəxsin,  yaxud  torpağı 
icarəyə  götürənin  əldə  etdiyi  gəlirin  müəyyən  hissəsinin, 
həmin torpağın mülkiyyətçisinə verdiyi haqdır. Geniş mə-
nada renta məhdud iqtisadi resurslardan və torpaqdan isti-
fadə  üçün  ödənilən  qiymətdir.  Əgər  torpaq  sahəsini  onun 
öz  mülkiyyətçisi  (əsl  sahibi)  əkib  becərirsə,  təbiidir  ki, 
əldə  olunan  gəlir  torpağın  mülkiyyətçisinə  çatır.  Torpaq 
sahəsi  dövlətindirsə,  o  zaman  renta  dövlətə,  bələdiyyəyə 
məxsusdursa bələdiyyə, şirkətindirsə həmin şirkətə, müəy-
yən ictimai təşkilatın yaxud qurumundursa, ona çatır.   
Rentanın  tarixi  tipləri  kimi  quldar,  feodal,  kapita-
list  (sərbəst  sahibkarlıq)  rentalarını  göstərmək  olar.  Tor-
paq  rentası  quldarlıq  dövründən  başlanmış,  feodalizm 
mərhələsindən keçmiş, müasir bazar münasibətləri iqtisadi 
sistemində  də  davam  etməkdədir.  Onun  mənbəyi,  cəmiy-
yətdə  hökm  sürən  mülkiyyət  münasibətləri  (torpaq  kimə 
məxsusdur) və torpaq sahəsini əkib-becərən (ondan istifa-
də edən) şəxsin, yaxud bir qrupun əməyi, zəhmətidir. Ren-
tanın konkret kəmiyyəti, ödəniş forması, müddəti isə müx-
təlif olub, torpaq mülkiyyətçisi ilə torpağı icarəyə götü-
rən arasındakı sövdələşmədən asılıdır. 
Torpaq  rentasının  işləyib  ödəmə  (biyar),  məhsulla 
ödənilən  (natural)  və  pulla  ödənilən  formaları  təsər-
rüfatçılıq  təcrübəsində  geniş  yayılmışdır.  Bu  3  formanın 
müəyyən  ünsürlərini  özündə  birləşdirən  qarışıq  bir  for-
madan da istifadə olunması halları mümkündür. 
Tarixən  bütün  dünyada  kənd  təsərrüfatı  məhsulları 
istehsalının  yaxud aqrobiznes  sahəsinin özünəməxsus xü-
susiyyətləri  olmuşdur.  Elmi-texniki  nailiyyətlərə,  biologi-


254 
 
ya  sahəsindəki  ciddi  uğurlara,  irriqasiya-meliorasiya  isti-
qamətindəki böyük işlərə baxmayaraq, aqrar bölmədə tor-
paq  sahələrinin  məhdudluğu  və  əkin  üçün  yararlı  torpaq 
sahələrinin  təbii  münbitliyi  problemi  bu  gün  də  qalmaq-
dadır. 
Bu səbəbdən iqtisadiyyatın başqa sahələrindən fərqli 
olaraq,  kənd  təsərrüfatı  məhsullarının  (taxıl,  çay,  meyvə-
tərəvəz,  pambıq,  tütün  və  sair)  satış  qiyməti,  nisbətən  az 
məhsuldar,  əlverişsiz  torpaq  sahələrindən  götürülən  məh-
sullara  sərf  olunmuş  xərclər  əsasında  formalaşır.  Həmin 
qiymət,  kənd  təsərrüfatı  məhsullarının  orta  satış  qiyməti 
sayılır.  Bu  orta  qiymət  səviyyəsi  kəmiyyətindən  artıq  (+) 
əldə edilən gəlir - diferensial yaxud fərq rentası adlanır. 
Diferensial rentanın əmələ gəlməsini şərtləndirən amillər: 
a)torpaq  sahələrinin  münbitliyinin  bir-birindən  fərqli  ol-
ması;  b)bu  sahələrin  satış  bazarından  yaxın-uzaq  yerləş-
məsi;  c)həmin  torpaqlardan  müxtəlif  intensivliklə  istifadə 
edilməsi;  ç)torpaqdan  istifadəçinin  şəxsi  bacarıq  və  təşki-
latçılıq qabiliyyətidir. 
İqtisadi nəzəriyyədə  diferensial rentanın iki forması 
vardır: 
I diferensial renta - müəyyən torpaq sahəsinin təbii 
xüsusiyyətləri,  münbitliyi,  satış  bazarına  yaxın-uzaq  yer-
ləşməsi  şərtləri  ilə  əlaqədardır.  Aydındır  ki,  bu  amillərin 
hər biri ayrı-ayrılıqda və kompleks halında, torpaqdan isti-
fadə  edən  fermerlərə,  icarədarlara  əlavə  gəlir  (renta)  əldə 
etməyə real imkanlar açır. 
II  diferensial  renta  -  konkret  torpaq  sahəsinə  əlavə 
kapital qoyuluşu, müxtəlif xərclər çəkilməsi, suvarma sis-
temi yaradılması, aqrotexniki tədbirlərin həyata keçirilmə-


255 
 
si, torpağın şoranlaşmasının və münbitliyinin azalmasının 
qarşısının  alınması  hesabına  əldə  edilir.  İcarədarın  şəxsi 
təşəbbüsü  və  işgüzarlıq  istedadı  sayəsində  əldə  olunmuş 
əlavə gəlir torpaq mülkiyyətçisinə deyil, icarədara çatır. 
Torpaq rentasının hasilat, mədən, tikinti kimi müx-
təliflikləri  vardır  ki,  bunları  diferensial  rentanın  konkret 
təzahür formaları adlandırmaq olar. 
Torpaq  sahələrinin  istifadəsi  ilə  bağlı  əmələ  gələn 
rentanın bir forması da inhisar rentasıdır. Təsərrüfatçılıq 
təcrübəsindən  məlumdur ki, bəzi kənd təsərrüfatı məhsul-
larının, məsələn zəfəranın, şampan növ üzümün, müxtəlif 
ədviyyatın, yüksək keyfiyyətli çayın, kofenin, balın yetiş-
dirilib hazırlanması üçün bir sıra xüsusi təbii şərtlərin ol-
ması zəruridir. Ona görə də, nadir və aztapılan kənd təsər-
rüfatı  məhsulları  sırasına  aid  edilən  bu  əmtəələr,  daxili-
xarici  bazarlarda  yüksək  qiymətə  satılaraq,  öz  mülkiy-
yətçilərinə yaxud icarədarlara inhisar rentası gətirir. 
Torpaq  kimi  əzəli-əbədi  bir  nemətin  əslində  qiyməti 
yoxdur,  o  əvəzsizdir.  Lakin  zaman  keçdikcə  torpaq  sahə-
ləri  parçalanaraq  qazanc  mənbələrindən  birinə  çevrilmiş, 
hələ  qədim  dövrlərdən  başlayaraq  aşkar-gizli  alınıb-satıl-
mışdır. 
Müxtəlif  torpaq  sahələri  müəyyən  meyar  və  şərtlər, 
obyektiv və subyektiv səbəblərlə bağlı dəyərləndirilib, lakin 
tələb  və  təklif  əsasında  satıldıqda  2  amil  əsas  rol  oynayır. 
Birincisi, 
satılan  torpaq  sahəsinin  əkilib-biçilməsi 
nəticəsində  il  ərzində  əldə  oluna  biləcək  gəlirin  (rentanın) 
məbləğidir.  İkincisi  bankların  onlara  qoyulmuş  əmanətlər 
(depozitlər)  üzrə  ödədiyi  illik  faiz  dərəcəsi,  yaxud  həmin 
əmanətin gətirdiyi dividenddir. Bu iki şərti nəzərə almaqla, 
satılan torpaq sahəsinin bazar qiymətini belə hesablanır:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə