2. ÜMumi DİLÇİLİk II indd


XIII FƏSİL DÜNYA DİLLƏRİNİN TƏSNİFİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   5   6   7   8   9   10   11   12   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

XIII FƏSİL
DÜNYA DİLLƏRİNİN TƏSNİFİ


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
17
vermişdir. O, türk dillərini mənşəyinə görə də qruplaşdır-
mağı zəruri hesab etmişdir.
Dünya dillərinin təsnifi təcrübəsi bir daha göstərmiş-
dir ki, bütün dillərin dərindən, ətraflı və sistemli şəkildə 
öyrənilməsində təsnif xüsusi əhəmiyyət kəsb edir və bun-
ların dəqiqləşdirilməsi, təkmilləşdirilməsi daima dilçiliyin 
diqqət mərkəzində olmalıdır.
DİLLƏRİN TƏSNİFİ PRİNSİPLƏRİ
Dünya dilləri olduqca zəngin tərkibə, müxtəlif quru-
luşa və geniş ifadə imkanlarına malikdir. Dillərin yaranma 
və inkişaf tarixləri də çox maraq doğuran sahələrdir.
Dünya dilləri qruplaşdırılıb təsnif olunarkən onların 
müəyyən əlamətləri – yaranması, yayılması, inkişaf etmə-
si, istifadə olunması, mənşə ümumiliyi, ədəbi səviyyəsi, 
qrammatik uyğunluğu və sair bu kimi cəhətləri nəzərə alı-
nır. Belə əlamətlər, səciyyəvi cəhətlər dillərin təsnifi prin-
siplərini yaradır. Məsələn, dillərin mənşə ümumiliyi prin-
sipi, dil tiplərinin qrammatik uyğunluğu prinsipi, ədəbi 
səviyyə prinsipi və s. Bunlarla yanaşı, daha bir sıra prinsip 
də meydana gəlmişdir: dillərin xarakteroloji prinsipi, sta-
tistik xarakteristika prinsipi və s.
Xarakteroloji prinsipə görə, tədqiqatçılar öyrənilən di-
lin özünəməxsusluğunu, onun xarakterik xüsusiyyətlərini 
aşkar etməyə çalışmışlar
1
. Bu prinsiplə dilin ümumi siste-
mində ayrı-ayrı dil hadisələrinin rolunu müəyyənləşdir-
mək mümkün olmur. Belə bir cəhət onun nöqsanıdır.
Statistik xarakteristika prinsipi əsasında E.Sepir dillə-
ri öyrənərkən çoxpilləli təsnifat tərtib etmişdir. Həmin təs-
1
В.Скаличка. «О современном состоянии типологии. Новое в лингвистике». III вып. 1963.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
18
nifə əsasən, dillər köklü, düzəltmə, qarışıq, relyativ, təmiz 
relyativ qruplara bölünmüşdür.
Müxtəlif dillərin öyrənilməsi tarixində müəyyən prin-
siplər əsasında bir sıra təsnif meydana çıxmışdır. Bunların 
bəziləri az miqdarda dili, bəziləri isə çox dili əhatə etmiş-
dir. Həmçinin dillər qruplaşdırılarkən bəzi təsniflər geniş 
yayıla bilməmiş, məhdud dairədə istifadə olunmuşdur. 
Dillərin qruplaşdırılmasına dair aşağıdakı təsniflər yaran-
ma tarixinə, məzmun və mündəricəsinə görə diqqəti daha 
çox cəlb edir:
1) Coğrafi təsnif;
2) Tipoloji təsnif;
3) Stadial təsnif;
4) Funksional təsnif;
5) Genealoji təsnif
Bu təsniflər məqsəd və vəzifələrinə görə bir-birindən 
fərqlənir və bunların hər biri ayrı-ayrı elmi prinsip və me-
todlara əsaslanır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə