2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə10/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   6   7   8   9   10   11   12   13   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

1. DİLLƏRİN COĞRAFİ TƏSNİFİ
Dilçilik elmində coğrafi təsnif areal təsnif kimi də ad-
lanır. Bu təsnifdə areal-coğrafi əlamətlər əsas götürülür
müəyyən qütbdə, qitədə, yaxud ölkə və bölgədə hansı dil-
lərin yerləşdiyi müəyyənləşdirilir. Məsələn, Qərb dilləri, 
Afrika dilləri, Qafqaz dilləri və s.
Bu bölgünün tələblərinə uyğun olaraq qohum dillərin 
qütblərə görə təsnifi də verilə bilir. Məsələn, qərbi slavyan 
dilləri, şərqi slavyan dilləri və s.
Dillərin coğrafi təsnifi xüsusi əhəmiyyət kəsb edir. 
Dünya dillərinin xəritəsi və atlaslar bu təsnifin prinsipləri 
əsasında hazırlanır.
Yaranmış linqvistik xəritəşünaslıq ancaq xəritə, at-
las tərtibi deyil, burada dillərin öyrənilməsi üsullarından 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
19
və digər məsələlərdən də bəhs olunur. Dünya dilçiliyin-
də linqvistik xəritəşünaslıq geniş inkişaf etmişdir. Ümumi 
linqvistik xəritələrlə yanaşı, indiyə kimi linqvistik atlasla-
rın bir sıra növləri də meydana çıxmışdır:
1. Milli dil atlasları.
2. Dil ittifaqları atlasları.
3. Problem atlasları.
4. Ərazi atlasları.
5. Dil anlayışları atlasları və s.
Dil xəritəsi dünyanın etnik xəritəsi ilə bağlıdır. Çox 
halda bunlar bir-birinə uyğun gəlir. Lakin bəzən dil və et-
nik cəhətdən uyğun gəlməyən hallar da olur.
Coğrafi təsnifdə dilçilik elminin areal metodundan is-
tifadə olunur. Bunun vasitəsilə makro və mikro obyektlər 
dil baxımından xarakterizə edilir.
Coğrafi təsnifin prinsipləri əsasında türk dillərinin 
coğrafiyasını daha da dəqiqləşdirib elmi əsasda linqvistik 
xəritəsini yaratmaq müasir türkoloji dilçilikdə xüsusi aktu-
allıq təşkil edir.
2. DİLLƏRİN TİPOLOJİ TƏSNİFİ
Dilçilikdə geniş yayılmış bölgülərdən biri tipoloji təs-
nifdir. Bu təsnifin əsasını dil tipləri təşkil edir. Burada dil-
lər tipinə görə qruplaşdırılır.
Dil tipi nədir və o necə müəyyənləşdirilir? Dünya dillərinin 
struktur xüsusiyyətləri nəzərə alınaraq dil tipi müəyyən edi-
lir. Burada dilin fonetik sisteminə, lüğət tərkibinə və qram-
matik quruluşuna aid əlamətlər tutuşdurulur, ümumi və 
fərqli cəhətlər aşkar edilir. Belə bölgüdə başqa komponent-
lərə nisbətən qrammatika hissəsi daha münasib hesab edilir, 
morfoloji və sintaktik əlamətlər əsas obyekt kimi götürülür.
Tipoloji təsnifdə dillərin müasir vəziyyəti nəzərə alınır. 
Burada müqayisəli və qarşılaşdırma metodlarından istifadə 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
20
olunur. Dillərin bu növ təsnifi fonetik-tipoloji, leksik-tipo-
loji, morfoloji-tipoloji prinsiplər əsasında qurulur.
Tipoloji təsnif dillərin morfoloji tipologiyası əsasında 
təşəkkül tapmışdır. Tədqiqatçılar dil tiplərini ancaq mor-
foloji əlamətlərə görə müəyyənləşdirmişlər. Elə buna görə 
də ilk zamanlar bu təsnif morfoloji təsnif adlanmışdır.
Morfoloji tipologiyada dillərin morfoloji quruluşunun oxşar 
və fərqli cəhətləri (kökün, şəkilçinin əlamətləri) nəzərə alınır.
Morfoloji tipologiyada sözün quruluşu əsas götü-
rülərək dillər aşağıdakı kimi bölünür.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə