2. ÜMumi DİLÇİLİk II indd


DİLLƏR VƏ İNTEQRASİYA PROSESİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə8/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   4   5   6   7   8   9   10   11   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DİLLƏR VƏ İNTEQRASİYA PROSESİ
İnteqrasiya sözü latın mənşəli olub, nəyisə birləşdirmə, 
vahid sistemə gətirmə mənasını bildirir. Belə bir mülahizə 
mövcuddur ki, ilk dövrdə müxtəlif ərazilərdə insanlar 
meydana gəldiyi zaman yüz minlərlə dil olmuşdur. Bu dil-
lər zaman keçdikcə inteqrasiya prosesi keçirmiş və azalma-
ğa doğru getmişdir.
Buradan da monogenizm nəzəriyyəsinin əksinə, poli-
genizm nəzəriyyəsi meydana çıxmışdır.
Hazırda bu nəzəriyyəni müdafiə edənlərə görə, bütün 
dillər sıradan çıxacaq, gələcək insanlar üçün vahid dil for-
malaşacaqdır.


16
TƏSNİFLƏR HAQQINDA
Elm aləmində hər bir obyektin tədqiq və təhlilində 
müxtəlif növ vasitələrə müraciət olunduğu müşahidə edi-
lir. Dillərin öyrənilməsində istifadə olunan belə başlıca va-
sitələrdən biri dünya dillərinin qruplaşdırılması və onun 
əsasında təsnif olunmasıdır.
Dillərin təsnifinin məqsədi bütün dünya dillərini 
qruplaşdırmaq, onların mənimsənilməsini asanlaşdırmaq, 
hər bir dilin dünya dilləri sistemində yerini dəqiqləşdir-
mək və şairədən ibarətdir. Dünya dillərinə aid qruplaşdır-
ma və nəticələrə dair ümumiləşdirmələr aparılması dillə-
rin hərtərəfli tədqiqi üçün geniş imkanlar yaradır. Buna 
görədir ki, dillərin öyrənilməsində təsnifdən tarixən geniş 
şəkildə istifadə olunmuşdur.
Dilçilik elmində “dillərin təsnifi” ideyasının tarixi 
çox qədimdir. İnsanlar ictimai-siyasi məsələlərlə bağlı 
özgə dillərlə qarşılaşdıqca onlardakı yaxın və fərqli cəhət-
lər ciddi marağa səbəb olmuşdur. Buradan da dillərdə 
“fərqlər” axtarmaq, “qohumluq” izinə düşmək meyilləri 
meydana gəlmişdir. Bütün bunlarla bağlı dillərin təsnifi 
ideyası hələ qədim və klassik dilçilikdə özünə geniş yer 
tapmışdır.
Qədim Şərq dilçiliyində XI əsrin məşhur filoloqu 
Mahmud Qaşqarlı ilk dəfə olaraq türk dillərinin təsnifini 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə