2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə5/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DÜNYA DİLLƏRİNİN MİQDARI
Maddi dünyamız hər cəhətdən olduğu kimi, dil sahə-
sində də son dərəcə zəngin və rəngarəngdir. Planetimizdə 
yaşayan 6 milyard əhali
1
təxminən 6000 müxtəlif dildən 
istifadə edir. Bu dillərin miqdarı, təbii olaraq, ayrı-ayrı 
qitələrdə müxtəlifdir. Belə ki, bəzisində az, bəzisində isə 
çox dil işlənilir. Dillərin miqdarına görə qitələr aşağıdakı 
ardıcıllıqla sıra təşkil edir:
1
Son illərin qeydə alınması əsasında.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
11
1. Asiya qitəsinin dilləri;
2. Afrika qitəsinin dilləri;
3. Amerika qitəsinin dilləri;
4. Avropa qitəsinin dilləri;
5. Avstraliya qitəsinin dilləri.
Dünya dillərinin miqdarına görə yuxarıda göstərilən 
rəqəm təxminidir. Çünki indiyə qədər dillərin miqdarı tam 
dəqiqləşdirilməmişdir. Buna görə də dilçilik ədəbiyyatın-
da tez-tez müxtəlif və fərqli rəqəmlərə rast gəlmək olur.
Dünya dillərinin hər biri digərindən öz orijinallığı ilə 
fərqlənir. Dillərin belə müxtəlifliyi və bu müxtəlif dillərin 
necə əmələ gəldiyi, inkişafı ayrı-ayrı vaxtlarda alimlərin, 
mütəfəkkirlərin və digər şəxslərin diqqətini cəlb etmişdir. 
Buna görə də problemə dair müxtəlif ideyalar, görüş və 
mülahizələr, nəzəriyyələr meydana çıxmışdır. Bunların 
bəzisinə nəzər salaq.
MÜXTƏLİF DİLLƏRİN YARANMASINA DAİR
İLAHİ NƏZƏRİYYƏ
Dillərin müxtəlifliyi məsələsi bir neçə formada şərh 
edilmişdir. İdealistlər bunu qeyri-təbii qüvvə ilə əlaqələn-
dirmişlər. Onların fikrincə, ayrı-ayrı insanların özlərini 
yaradan qeyri-təbii qüvvə insanların müxtəlif dillərini 
də meydana gətirmiş və buna görə dünyada çoxlu dil ya-
ranmışdır. Ayrı-ayrı dövrlərdə xalqlar arasında dillərin 
müxtəlifliyinə dair bir sıra əfsanə də meydana çıxmışdır. 
Bu əfsanələrdə dillərin nə üçün müxtəlif olması qeyri-tə-
bii qüvvə ilə əlaqələndirilir. Çoxdan yaranmış və bəzi 
xalqlar arasında geniş yayılmış “Babil qülləsi” adlı qə-
dim yəhudi əfsanəsində deyilir ki, qeyri-təbii qüvvə tərə-
findən yaradılmış insanlar müəyyən zaman yaşadıqdan 
sonra kim tərəfindən yaradıldıqları haqqında düşünmüş 
və həmin qüvvəni görmək istəmişlər. Buna görə də hələ 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
12
vahid dildə “danışan” insanlar bir yerə yığılmış, şəhər 
salmış və göyə qalxmaq üçün bir qüllə qurmağa başla-
mışlar. Onlar bu qülləni sürətlə gündən-günə ucaltmış-
lar. Bundan qəzəblənən Allah insanların onun yanına 
gələ bilməsinin qarşısını almaq üçün tədbir görməli ol-
muşdur. O bu məqsədlə qülləni tikən insanların hər bi-
rinə müxtəlif dil vermişdir. Bundan sonra ayrı-ayrı dildə 
danışan insanlar bir-birini başa düşməmiş və başladıqları 
işdən əl çəkmişlər.
Bu fikir — yəni müxtəlif dillərin yaranmasının Allahın 
qəzəbinin nəticəsi olması xalq təfəkkürünün məhsulu olsa 
da, dinin təsiri nəticəsində əmələ gəlmişdir.
Dillərin müxtəlifliyinə dair bu cür əfsanələrə qədim 
yunan əsatirlərində, Amerika hindiləri, Cənubi Avstraliya 
xalqları arasında da rast gəlmək olur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə