2. ÜMumi DİLÇİLİk II indd


DİLLƏRİN MÜXTƏLİFLİYİNƏ DAİR DİGƏR



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə7/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   10   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DİLLƏRİN MÜXTƏLİFLİYİNƏ DAİR DİGƏR 
GÖRÜŞLƏR
Dillərin müxtəlifliyi bəzi alimlər tərəfindən başqa şə-
kildə izah olunur. Onlara görə, müxtəlif dillər nə ilahiyyat, 
nə də dahi şəxsiyyətlər tərəfindən yaradılmışdır. Belə ki, 
ayrı-ayrı şəxslər dil yaratmaq və onu dəyişdirmək bacarıq 
və qüvvəsinə malik deyildirlər. Dil cəmiyyətin əldə etdi-
yi ümumi nailiyyətdir. Bir qrup alimin fikrincə, müxtəlif 
dillərin yaranması məkanla əlaqədardır. Belə ki, ilk insan 
kollektivinin yaradılması və formalaşması dünyanın bir 
yerində deyil, eyni zamanda müxtəlif regionlarda olmuş-
dur. Bunun da əsasında müxtəlif dillər yaranmış və ayrıl-
ma yolu ilə dillər get-gedə çoxalmışdır.
Dillərin müxtəlifliyi problemi dilçilikdə hələ xüsusi 
şəkildə elmi izahını tapmamışdır. Bu məsələnin həlli ayrı-
ca tədqiqat tələb edir.
DİLLƏR VƏ DİFERENSİASİYA PROSESİ
“Diferensiasiya” (differantia) latın mənşəli termin 
olub, ayrılma, parçalanma mənasını ifadə edir. Bəzi alimlər 
dünya dillərinin diferensiasiya prosesi əsasında bir ulu dil-
dən əmələ gəldiyi fərziyyəsini irəli sürürlər. Bu fərziyyəyə 
görə, deyək ki, ərəb dili ulu sami dilindən, ulu sami dili 
isə ulu hind-Avropa dilindən, ulu hind-Avropa dili də ulu 
dillərin ulusundan əmələ gəlmişdir. Bu fikrə görə, başqa 
dillərin də yaranma yolu eyni formada olmuşdur. Belə fi-
kirlər dilçilikdə monogenizm nəzəriyyəsinə gətirib çıxarır. 
Monogenizm yunanca mono (monos – tək, vahid) və geno 
(genos – mənşə, əmələgəlmə) sözlərindən ibarətdir. Bu 
nəzəriyyəyə görə də bütün dillər bir ulu dilin şaxələnmə-
si yolu ilə meydana gəlmişdir. Başqa şəkildə desək, guya, 
bütün insanlar təşəkkül tapdıqları dövrdə vahid bir dildə 
“danışmışlar”.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
15
İnsanlar heç vaxt eyni dildə danışmamış, müxtəlif sə-
bəblərdən danışa da bilməzdilər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə