2. ÜMumi DİLÇİLİk II indd


DİLLƏR Şəkilçisiz dillər



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   7   8   9   10   11   12   13   14   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DİLLƏR
Şəkilçisiz dillər
Aqlütinativ dillər
Şəkilçili dillər
Flektiv dillər
7-ci sxem
Sintaktik tipologiyada söz birləşmələri, cümlə qurulu-
şu, sintaktik əlaqələrin xüsusiyyətləri izlənilir və tipoloji 
mövqedən xarakterizə edilir.
Tipoloji təsnif XIX əsrin əvvəllərində meydana çıxa-
raq, xüsusi formalaşma və təkmilləşmə yolu keçmişdir. 
Bu təsnifi n əsası Fridrix Şlegel (1772–1829) tərəfi ndən qo-
yulmuşdur. O, 1808-ci ildə çap etdirdiyi “Hindlilərin dili və 
müdrikliyi” əsərində sanskrit dilini aşağıdakı dil qrupları 
ilə müqayisə etmişdir:
1) Yunan dili.
2) Aqlütinativ dillər.
3) Türk dilləri.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
21
Bu üç dil qrupunun materialları əsasında belə bir qə-
naətə gəlmişdir ki, müqayisə olunan yuxarıdakı dillər iki 
tip təşkil edir:
1) flektiv dillər,
2) aqlütinativ dillər.
F.Şlegel bu dil tiplərini səciyyələndirməyə səy etmiş 
və kökün dəyişib-dəyişməməsini meyar götürərək flektiv 
dilləri (kök dəyişdiyi üçün) zəngin və möhkəm, aqqlüti-
nativ dilləri isə “kasıb, zəif və süni” dillər hesab etmiş-
dir. Elmi baxımdan F.Şlegelin bu mülahizəsi tamamilə 
həqiqətəuyğun deyildir.
Dövrünün alimləri tərəfindən F.Şlegelin təsnifi mü-
bahisələrə səbəb olmuşdur. Onun mübahisələrdə iştirak 
edən qardaşı Avqust Şlegel (1767–1845) “Provansal dili və 
ədəbiyyatı haqqında qeydlər” (1818) əsərində qardaşının 
göstərdiyi iki dil tipindən əlavə üçüncü dil tipini (amorf 
dilləri) müəyyənləşdirmişdir. Həmçinin flektiv dillərin iki 
növdə – analitik və sintetik olduğunu izah etmişdir.
Vilhelm Humboldt (1767–1835) morfoloji təsnifə mü-
nasibət bildirərək amorf dil tipini dəqiqləşdirərək onu 
köksözlü dillər adlandırmışdır. O, flektiv, aqlütinativ, 
köksözlü dil tipləri ilə yanaşı, dördüncüsünü – inkorpor-
laşan dillər tipini aşkar etmişdir. Adıçəkilən müəlliflər dil 
tiplərini müəyyənləşdirərkən dillərin tarixini yox, onla-
rın hazırkı vəziyyətlərini nəzərə almışlar. Lakin Avqust 
Şlegel dillərin inkişafını əsas götürmüş və üç dil tipinin 
köksözlüdən aqqlütinativ və oradan flektivə doğru inki-
şaf etdiyini söyləmişdir. Onun dillərin inkişafını köksöz-
lüdən başlaması müddəasının elmi əsası yoxdur. Çün-
ki müasir köksözlü dillər heç də flektivdən geri qalmır. 
Bundan başqa, bir sıra dillər təkhecalılığa doğru inkişaf 
etməkdədir. Belə bir xüsusiyyət müasir ingilis ədəbi di-
lində müşahidə olunmaqdadır. Bundan başqa, bəzi dil-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
22
lərdə, o cümlədən türk dillərində şəkilçilərin get-gedə 
ixtisar edilməsi özünü göstərir. Məsələn, “Bu gün külək 
yoxdur” cümləsi müasir türkcədə “Bu gün rüzgar yoq” 
formasında işlədilir.
XX əsrin I yarısında Avqust Şlegelin yuxarıdakı böl-
güsünə başqa istiqamətdən yanaşanlar da olmuşdur. İn-
gilis alimi Maks Müller köksözlü dilləri “ailə dili”, aqlü-
tinativ dilləri “köçəri həyat keçirənlərin dili”, flektivi isə 
“siyasət-dövlət quruluşu olan dil” hesab etmişdir. Əslin-
də, belə mülahizələr, sadəcə olaraq, uydurmadan başqa bir 
şey deyildir. Çünki tarix göstərir ki, hər üç dil tipindən is-
tifadə edən xalqlar siyasət aləmində əsaslı müddəalar irəli 
sürmüş və qüvvətli dövlətlər yaratmışlar.
Dilçilikdə yuxarıda bəhs olunan bölgülərdən başqa XIX 
əsrin sonunda (F.Misteli) və XX əsrin əvvəlində (N.Fink) bir 
sıra tipoloji təsnif irəli sürülmüşdür. Müxtəlif bölgülərdə 
dillərin 4, 8 və hətta 21 tipi olduğu göstərilmişdir
1
. Bütün 
təsniflərdə mövqe eyni olmuş, dilin qrammatik quruluşu-
nun əlamətləri əsas meyar götürülmüşdür. Müasir dilçilik-
də dünya dillərini dörd tipdə qruplaşdırmaq konsepsiyası 
daha geniş yayılmışdır. Bu təsnifə görə, dünya dilləri aşa-
ğıdakı əsas tiplərə bölünür:
1. Köksözlü dillər.
2. Aqlütinativ dillər.
3. Flektiv dillər.
4. İnkorporlaşan dillər.
Bu dil tipləri özlərinə məxsus səciyyəvi cəhətləri ilə 
bir-birindən fərqlənir.
1
Bax: П.С.Кузнецов. « Морфологическая классификация языков». M., 1954.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
23

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə