2. ÜMumi DİLÇİLİk II indd


AYRI-AYRI DİLLƏRİN ƏMƏLƏ GƏLMƏSİNƏ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

AYRI-AYRI DİLLƏRİN ƏMƏLƏ GƏLMƏSİNƏ
DAİR DAHİ ŞƏXSİYYƏT NƏZƏRİYYƏSİ
Müxtəlif dillərin necə yaranmasına dair “Dahi şəx-
siyyət nəzəriyyəsi”ndə də müəyyən fikirlər söylənilmiş-
dir. Bu nəzəriyyəyə görə, guya, hər bir qəbilənin, tayfanın 
və xalqın içərisindən çıxmış dahi şəxsiyyətlər öz qəbilə, 
tayfa və xalqının dilindəki sözləri yaratmış və bunun da 
əsasında müxtəlif dillər əmələ gəlmişdir. Bu nəzəriyyənin 
tərəfdarları, demək olar ki, xalq rəvayətlərinə əsaslanmış-
lar. Belə ki, dillərin müxtəlifliyi məsələsinə dair fikirlərə 
bir sıra rəvayətlərdə təsadüf olunur. Məsələn, “Azərbay-
can xalqı arasında təkcə adamların deyil, hətta bütün əşya 
adlarının da Qorqud tərəfindən qoyulduğu barədə rəvayət 
vardır. Bu rəvayətdə deyilir ki, bütün şeylərə ad vermiş 
Dədə Qorqud sonradan dərk etmişdir ki, dörd adı yanlış 
qoymuşdur, buna görə də aşağıdakı misraları söyləmişdir:


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
13
Gəlinə ayıran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud,
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikənə sökən demədim mən Dədə Qorqud.
Burada deyilir ki, gəlin evə gəldikdən sonra oğulu 
ata-anadan ayırdığı üçün ona “ayıran” adı qoyulsa, düz-
gün olarmış. Ayran isə “doyuran” adlanmalı imiş. İynə tik-
diyindən “tikən”, tikən isə sökdüyü, cırdığı üçün “sökən” 
adlandırılmalı imiş
1
.
Azərbaycan dilindəki əşyaların Dədə Qorqud tərə-
findən adlandırılmasına dair olan bu rəvayətdə həqiqət 
yoxdur. Çünki xalqımızın tarixində Dədə Qorqud adlı real 
şəxsiyyət olmamışdır. Dədə Qorqud xalq bədii təfəkkürü-
nün məhsulu olan dastanlarda yaradılmış bədii surətdir. 
Şübhəsiz ki, əgər belə şəxsiyyət olsa idi, əşyaları o yox, bü-
tün xalq adlandırmalı idi və belə də olmuşdur.
Bu tipli mülahizə və görüşlər bir sıra başqa qədim 
ölkələrdə, o cümlədən Amerika, Afrika və Avropada da 
olmuşdur. Roma materialist filosofu Kar Lukretsi bizim 
eradan əvvəl I əsrdə yaratdığı “Şeylərin təbiəti haqqında” 
adlı poemasında dilin bu və ya digər bir dahi şəxs tərəfin-
dən meydana gətirildiyi fikrinin tam əleyhinə olmuşdur. 
Poemada deyilir: “Fikirləşmək olar ki, kim isə nə vaxtsa, 
dünyada gördüyümüz bütün şeylərə ad vermiş və bir an-
daca lüğət və qrammatika tərtib etmişdir. Bu, olduqca az 
ağlabatandır. Hansı dahi olursa-olsun, dünyanın bütün 
mənalarını əhatə etmək qüvvəsinə malik ola bilməz”.
Deməli, müxtəlif dillərin necə əmələ gəlməsinə dair 
dahi şəxsiyyət nəzəriyyələrində söylənilmiş fikirlər qeyri- 
elmi və əsassızdır.
1
Bax: H.Araslı. “Kitabi-Dədə Qorqud” haqqında. Bakı, 1962, səh. 9.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
14

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə