2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə4/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Müasir dil anlayışı. Bu anlayışın mahiyyətini bilmək 
üçün müasir sözünün mənasından başlamaq lazımdır. Dildən 
bəhs edərkən həmin sözü iki mənada götürmək olar. Birincisi 
dar, ikincisi geniş mənada. Dar mənada götürüldükdə “müa-
sir dil” anlayışı altında ancaq hazırkı, yəni bu gün istifadə etdi-
yimiz dili nəzərdə tutmalıyıq. Belə olduqda, qarşıya sual çıxa 
bilər ki, bəs M.S.Ordubadinin dili, bir az da uzağa fikir versək, 
N.Vəzirovun, Ə.Haqverdiyevin dili, bir qədər də uzağa nəzər 
salsaq, M.F.Axundovun dili hansı cəhətə görə müasir deyildir? 
Axı oxucu bu yazıçıların əsərlərini çətinlik çəkmədən başa dü-
şür. Buna görə də “müasir dil” terminindəki müasir sözü geniş 
mənada götürülür ki, bu da dövrlə bağlıdır.
“Müasir dil” dedikdə, hansı dövrün dilinin bizə daha 
yaxın olduğu başlıca prinsip hesab edilir. Belə bir prinsipə 
görə, şübhəsiz ki, bizə XIV əsr Azərbaycan dilindən XVIII 
əsr Azərbaycan dili daha yaxındır. Bunu əyani şəkildə gör-
mək üçün XIV əsrin görkəmli şairi İ.Nəsiminin “Canə sən 
candan nə kim gəlsə, cigər gər ağrımaz” misrası ilə başlanan 
qəzəlindən və XVIII əsrin məşhur şairlərindən M.P.Vaqifin 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
10
“Hayıf ki, yoxdur” qoşmasından götürülmüş nümunələrə 
nəzər yetirək:
Canə sən candan nə kim gəlsə, cigər gər ağrımaz,
Haqq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.
Şaha mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qəməm min göz yararlar, ağrımaz... (İ.Nəsimi)
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur.
Ucu tər cıqqalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur. (M.P.Vaqif)
Göründüyü kimi, müasir Azərbaycan dili ilə müqa-
yisə edildikdə XIV əsrə aid parçada arxaikləşmiş leksik va-
hid və qrammatik formalar daha çoxdur. Lakin XVIII əsrə 
aid nümunə müasir Azərbaycan dilindən bir o qədər də 
fərqlənmir və hazırkı dilimizə daha yaxındır. Buna görə 
də biz müasir Azərbaycan dili dedikdə, Vaqif dövründən 
başlamış bu günə qədərki dili nəzərdə tutmalıyıq. Deməli, 
müasir dil anlayışı üçün əsas meyar hər hansı bir dilin çə-
tinlik çəkilmədən, asan başa düşülməsidir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə