2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   2   3   4   5   6   7   8   9   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Etruskların-tursakların türksoylu olduğu haqda bir sıra 
elmi mülahizələr mövcuddur. Etruskların türk mənşəli 
olduğuna dair onlarca Qərbi Avropa alimi, tarixçisi fikir 
söyləmişdir. Türk etruskoloqu Adilə Ayda bu sahədə 24 il 
axtarışlar aparmış, mövcud ədəbiyyatları araşdırmış, bir 
çox inandırıcı dəlillərlə etruskların qədim türk olduğunu 
sübut etməyə çalışmışdır
1
. Onun gətirdiyi elmi dəlillər 
həqiqətə uyğun olduğu üçün inandırıcıdır.
Etrusklar prototürklərdir, yəni qədim türklərdir. Et-
rusklar tur və sakaların birləşməsindən meydana gəlmiş-
dir. Uzaq keçmişdə sakalar Orta Asiyadan köçüb indiki 
İtaliyanın ərazisinə qədər getmişlər. Sonradan turlar oraya 
gəlmiş, bu iki etnik türklərin qovuşması nəticəsində tursa-
kalar milləti formalaşmışdır. Tursakalar – etrusklar böyük 
və güclü bir dövlət yaratmışlar. Bu dövləti sonradan mey-
dana gələn latınlar sıxışdırmışlar.
Etruskların dili etnik xüsusiyyətlərinə görə nə latın, nə 
də digər hind-Avropa dillərinə uyğun gəlirdi. Buna əsasən 
də həmin dil hind-Avropa dilləri ailəsinə aid edilmir.
Bəzi ölü dillər xalqla, onun sahibi ilə birlikdə məhv 
olmur. Məsələn, latın dili indi ancaq elm dili kimi məhdud 
1
Adile Ayda. “Etrüskler (Tursakalar) Türk idiler”. Ankara, 1992.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
9
dairədə işlənilir. Bu dil ən çox tibb sahəsində – tibbi ter-
minlərdə özünü göstərir.
Canlı dillər müasir dövrdə insanlar arasında ünsiyyət 
vasitəsi kimi istifadə olunan dillərdir. Məsələn, qazax dili, 
özbək dili, gürcü dili və s.
QƏDİM VƏ MÜASİR DİLLƏR
Dünya dilləri qədim və müasir meyara görə də diqqə-
ti cəlb edir. Qədim dillər öz məzmununa görə müasirdən 
fərqlənir. Məsələn, qədim yunan dilinə fikir verək. Bu dil 
müasir yunan xalqı tərəfindən asanlıqla dərk olunmur. 
Çünki burada çoxlu dəyişiklik mövcuddur. Yaxud, qədim 
slavyan dili leksik, fonetik və qrammatik quruluşuna görə 
müasir rus ədəbi dilindən köklü surətdə fərqlidir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə