16. Süxurlar Bildiyimiz kimi süxurlar iki cür olur : təbii və süni



Yüklə 444 b.
tarix08.03.2018
ölçüsü444 b.
#30827


16.Süxurlar

  • Bildiyimiz kimi süxurlar iki cür olur : təbii və süni.

  • Təbii süxurlar insan müdaxiləsi olmadan təbiətdən bizə bəxş edilir.Onlar əsaən dağda, okean dibində, düzənliklərdə yerləşir. Onlar yerləşdiyi yerdən asılı olaraq

  • müxtəlif olurlar : bərk, yumşaq, ağır, yüngül, suda həll olan və əksinə.

  • Yadda saxla!

  • Mantiya maddəsindən yaranan süxurlara maqmatik süxurlar deyilir. Dünyada

  • ən çox yayılan maqmatik süxurlar bazalt və qranitdir.

  • Bu gün yeni terminlə də tanış olacağıq. Bu aşınmadır.

  • Aşınmanın mənası süxurların illər keçdikcə parçalanmasıdır.

  • Digər termin : Çökmə mənşəli süxurlar.

  • Bu xırdalanmış süxur qırıntıları küləyin, dalğanın və s. təsiri ilə çökəkliyə yığılır.


Çökmə süxurların faydası

  • Qum, çaydaşı, gil, çınqıl və s. tikintidə daha çox istifadə olunan materiallardır.

  • Kömür, daş, torf, tabaşir, əhəngdaşı isə bitki və heyvan qalıqlarından yaranmışdır.

  • Əhəngdaşı yerin daxili qızmarlığında xüsusiyyətlərini dəyişərək mərmərə çevrilir.

  • Mərmər metamorfik süxurdur.



Metamorfik süxurlar

  • Süxurlar yerin daxili qızmarlığında çevrilərək metamorfik süxur olur.

  • Metamorfik süxurlar sarı rənglə verilib.

  • Əhəng daşı – mərmər

  • Qum daşı – kvarsit

  • Qranit - qneys

  • Gil – gilli şist

  • Metamorfik yunanca metamorfoz olub, çevrilmə deməkdir.



Keçilən dərslər üzrə sual və tapşırıqlar.

  • Sual 1. Maqmatik süxurlar nəyə deyilir?

  • Sual 2. Metamorfik süxurlar nəyə deyilir?

  • Sual 3. Çökmə süxurlar nəyə deyilir?

  • Sual 4. Metamorfik süxurlar necə yaranır?

  • Sual 5. Aşınma nəyə deyilir?



5 ballıq qiymətləndirmə

  • 5- 5 düz, 0 səhv

  • 4- 4 düz, 1 səhv

  • 3- 3 düz, 2 səhv

  • 2- 2 düz, 3 səhv 1 düz, 4 səhv

  • 1- 0 düz, 5 səhv



Diqqətinizə görə təşəkkürlər.



Yüklə 444 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə