D İSK U SS İY A L A R VƏ M ÜZAK İRƏL ƏR
ÇİNGİZ QARAŞARLI
ETRUSK YAZILARI QƏDİM TÜRKCƏDİR
X ü l a s ə . Etrusk dilinin türk mənşəli olduğunun sübut edən aşağı-
dakı faktorlar diqqəti cəlb edir: 1. Hər bir etrusk mətnində aşkar etdiyimiz
türk sözləri xaotik sözlər yığını deyil, semantik baxımdan bir-birini izləyən
terminlərin toplusu olub, dini ayinlərin bu və ya digər növü ilə bağlıdır:
qurbanverməyə həsr olunan mətnlər kompakt şəkildə həmin ritualla bağlı
türkizmlərdən, ehsan ayininə həsr olunan mətnlər əsasən türk mənşəli
kulinariya terminlərindən ibarətdir; mətnlərin morfoloji sistemi də əsasən
türk mənşəlidir. 2. Tərcümə etdiyimiz etrusk mətnlərində ayrı-ayrı etrusk-
türk samitlərinin sistematik əvəzlənməsi və etrusk-çuvaş samit sistemləri
arasındakı uyğunluq bir çox etrusk mətnlərinin dilinə açar rolunu oynayır.
A çar sözlər: etrusk yazıları, qədim türk dilləri, mətn, linqvistik
amil, ekstralinqvistik amil
Troyanın süqutundan sonra İtaliyaya köç etmiş troyalılar ilə bu
raya daha əvvəllər Yunanıstan ərazisindən köçmüş eyni mənşəli pelasgilər
yeni bir sivilizasiyanın - etrusk etnosunun əsasını qoydular. Eləcə də Ro
ma şəhərinin və Roma çar sülaləsinin əsasını qoyan bu xalqın dili latın
dilində dilçilərin diqqətindən yayınmış çox sayda türkizmlərin mənbəyi
olmuşdur.
Qədim Misir mənbəsində turşa adlanan troyalıların, latınca turski
adlanan etruskların, sanskrit və qədim İran dillərində isə turuska adı altın-
da məlum olan türklərin eyni etnos olduqlarını yalnız qədim müəlliflərin
məlumatları deyil, eləcə də etrusk yazılarının qədim bir türk ləhcəsində
oxunması sübut edir.
Türkiyə tədqiqatçısı A. Ayda dilçi olmasa da, etruskların türk mənşəli
olduqlarına dair mövcud nəzəriyyəni praktikaya daha da yaxınlaşdırdı. O,
avropalıların yozumlarını dil faktları əsasında dəqiqləşdirməklə, etrusk
dilində onlarca türk sözlərinin mövcud olduğunu sübut etdi. Misal üçün,
i ’’ '
'
koloq M. Pallotinonun ‘tanrılara sadiqlik bildirmək’ kimi
4
*
yozduğu thap felinin türk mənşəli tap / tapın (‘tapınmaq’) feli olduğunu
[1. S. 290-291] və yaxud tanrılara sitayiş kimi yozulan makte felinin bir
sıra türk dillərində indi də işlənən makta (‘tərif etmək’) feli olduğunu [
1
.
S. 256-257] müəyyən etdi.
Qərb dilçiləri bir sıra hallarda ayrı-ayrı etrusk sözlərinin düzgün
mənasını təyin etsələr də, türk dillərindəkindən fonetik quruluşuna görə
fərqlənən həmin sözlərin türk mənşəli olduğunu duymamışlar. Misal
üçün, bir etrusk mətnində flerth felini haqlı olaraq ‘bəlli etmək’ kimi qə-
bul edən bir tədqiqatçı onun türk dillərindəki belirt (‘bəlli etmək’) sözü
olduğunu duymamış, e. ə. I minillikdə danışılmış etrusk dili ilə çağdaş
türk dilləri arasında sabit şəkildə özünü göstərən b - f , th - t və başqa sa-
mit əvəzlənmələrini görməmişlər.
Digər türk dillərindən əsaslı şəkildə fərqlənən çuvaş dili ilə etrusk
dilinin fonetik sistemləri arasında aşkar etdiyimiz yaxınlıq isə aşkar ola-
raq, etrusk dilinin sirrinə açar rolunu oynayır. Hələ XIX əsrin 30-cu illə-
rində məşhur sovet dilçisi akad. N. Y. Marr çuvaş dilinin Avropanın ölü
dillərinə açar rolunu oynaya biləcəyini göstərirdi [2. S. 115].
Apardığımız araşdırmalar nəticəsində aşkar olunur ki, çuvaş dili fo-
netik baxımdan etrusk və türk dilləri arasında, doğrudan da, körpü rolunu
oynaya bilir. Misal üçün, çuvaş dilini digər türk dillərindən fərqləndirən
əsas fonetik fərqlərdən biri bu dildə söz əvvəlində dişarası th samitinin di-
gər türk dillərində y samitinə uyğun gəlməsidir. Bəzən isə söz sonunda
ümumtürk t samiti çuvaş dilində th şəklində deyilir:
Ümumtürk
Çuvaş
1
.
yavru ‘bala’
thur < thavar
yan ‘yanmaq’
thun
yağ
thu < thav
yağmur
thumar
yarık
thurak
2
.
ilet / elt ‘aparmaq’
2
. leth
Yavru sözünün çuvaş dilindəki variantı olan thur (‘bala’) etrusk di-
lində naməlum mənşəli sayılan thur (‘övlad’) sözü deyildirmi? Bilinq-
vaların köməyi ilə bu sözün “övlad” mənasında olduğunu müəyyən edən
Avropa etruskoloqları onun mənşəyini təyin edə bilməmişlər.
Siyahıdakı yağ və ilet / elt (‘aparmaq’, ‘çatdırmaq’) sözlərinin çuvaş
dilindəki variantları olan thu və leth isə başqa bir etrusk mətninə açar
rolunu oynayır. Mifoloji surətlərə (Velshu, Şuplu, Kleuste və b.) qurbanlıq
aparmaqdan bəhs edən bu etrusk mətnindəki th sözünün ‘yağ’ mənasında
olduğu çuvaş dilindəki thu (‘yağ’) sözünün, Ith felinin ‘aparmaq’ mənasında
olduğu isə çuvaş dilindəki leth (‘apar’, ‘çatdır’) feli sayəsində müəyyən olu-
nur. Hər iki etrusk sözündə u və e saitlərini bildirən işarələr buraxılmışdır
(th < thu, Ith < leth). Sait səsləri bildirən işarələrin çox zaman ixtisar
olunması Orxon-Yenisey və digər qədim türk yazıları üçün də səciyyəvi
olmuşdur.
Yalnız th (‘yağ’) deyil, mətndəki ath və sth sözlərinin də qurbanlıq
ərzaqları bildirməsi türk dilləri sayəsində açılır: ət və süd / süt.
sth velshu lth c th velshu inpa thapicun
lth thapintas ath velshu th velshu lth c
lth c ls velshu ath shuplu
ath shuplu ls hasmun//-//
sth cleuste ath cleuste vl runs au
thanchvil velshui ces zerish imsh se
mutin aprenshaish inpa thapicun
thapintaish ceushn inpa thapicun i
luu thapicun cesh zerish
titi setria lautnita
Ith (‘aparmaq’), ath (‘ət’) və sth (‘süd’) sözlərində sonda gələn th
samiti türk sözlərində t ilə əvəzlənmişdir (elt, ət, süt / süd). Yalnız çuvaş
türkcəsində leth (‘aparmaq’) sözü th samitini qoruyub saxlamışdır. Bu,
çuvaş və etrusk dillərini yaxınlaşdıran daha bir dil faktıdır.
Mətndəki sth sözünün başqa bir etrusk mətnindəki tam formasını
(suth) etruskoloq A. Pfiffig ‘süd’ mənasında qəbul edir. O, qurbanvermə-
yə həsr olunmuş etrusk mətnindəki keli suth ifadəsini ‘isti süd’ kimi tərcü-
mə edir və göstərir ki, isti süd süzmək romalılarda qurbanvermə ayinlərin-
dən biri olmuşdur [3. S. 98]. Romalılar isə bir çox dini ayinləri etrusklar-
dan mənimsəmişdilər.
Beləliklə, türk dillərinin materialları sayəsində ərzaq adları kimi
müəyyən edilən th (‘yağ’), ath (‘ət’), sth (‘süd’) və ‘aparmaq’, ‘çatdır-
maq’ mənasında lth feli etrusk mətninin ayrı-ayrı hissələrini aşağıdakı ki
mi tərcümə etməyə imkan verir:
Etrusk
Çuvaş
Ümumtürk
lth th
leth thu
ilet yağ ‘yağ aparın’
lth sth
leth set
ilet süt ‘süd aparın’
lth ath
leth aş
ilet ət ‘ət aparın’
Müqayisə edilən dil faktları aşkar olaraq göstərir ki, qurbanverməyə
həsr olunmuş etrusk mətnindəki lth th, lth ath və lth sth ifadələrinin
m ä ^ a ftte n ^ rlm a sm d a fonetik baxımdan etrusk dilinə yaxın olan çuvaş
dili faktları (leth thu və leth set) xüsusi rol oynayır:
Etrusk
Çuvaş
lth th
lth sth
leth thu ‘yağ göndərin’
leth set ‘süd göndərin’
Bu uyğunluq məşhur dilçi N. Y. Marrın çuvaş dilinin Avropanın ölü
dillərinə körpü rolunu oynadığına dair fikrini təsdiq etmirmi?
Etrusk mətnində lth (‘aparmaq’) felinə əlavə olunan k şəkilçisinin
‘və’, ‘həm də’ mənasında olduğunu etruskoloqlar bilinqvalar əsasında
müəyyən etmişlər. Bu halda lth k ‘həm də aparın’ kimi tərcümə olunur:
sth velshu Ith k th velshu ‘Süd Velşuya, aparın həm də yağ
Velşuya’.
Tarixən etrusklar ilə əlaqələndirilən lidiyalıların da mətnlərində k şə-
kilçisi ‘və’ mənasında işlənmişdir. Həmin şəkilçi eyni zamanda qırğız dilin-
dəki ok, çuvaş dilindəki ax (‘və’, ‘həm də’) şəkilçisi ilə eyni mənşəlidir.
Mətndəki türkizmlər ərzaq adları və aparmaq feli ilə məhdudlaş-
mayıb, əksər sözləri əhatə edir. Burada thapik qədim türk dilindəki tapığ
(‘tapınma’, ‘etiqad’) sözündən th - t samit əvəzlənməsi ilə fərqlənir. Söz
əvvəlində bu fonetik əvəzlənmə beynəlmiləl fonetik hadisə olub, hind-
avropa dilləri üçün də səciyyəvidir [4. S. 30].
1.
sth velshu Ith k th velshu inpa thapikun ‘süd Velşuya apar, həm
də yağ Velşuya ... etiqad olaraq’.
Burada thapikun qədim türk dilindəki tapığ (‘tapınma’) felindən və
vasitə, uyğunluq, müqayisə bildirən -un (-ün, -ın, -in) şəkilçisindən
ibarətdir: tapığın ‘etiqad kimi’, ‘etiqad əlaməti olaraq’.
Sətirdəki inpa çuvaş dilindəki unpa (‘onunla’, ‘ona görə’) sözünün
morfoloji quruluşu (un ‘onun’ -pa ‘ilə’) sayəsində ‘bununla’ şəklində şərh
oluna bilir: etrusk in ‘bu’, -pa ‘ilə’. Etruskologiyada in sözünün ‘bu’ mə-
nasında olduğu müəyyən olunmuşdur. inpa-nın tərkibindəki -p a ünsürü
isə məhz çuvaş dilindəki -pa birgəlik hal şəkilçisi (‘ilə’) işığında mənasını
tapır. Ən önəmlisi isə budur ki, inpa həmin mənada sətrin məzmunu ilə
tam uzlaşır: ‘süd Velşuya, göndər həm də yağ Velşuya, bununla tapınrn’.
Mətnin üç önəmli sözü fonetik-morfoloji quruluşuna görə çuvaşca
səslənir th - thu (‘yağ’) və inpa (‘bununla’), çuvaş anpa, lth - leth
(‘göndər’).
Mətn türk dilləri əsasında tam bərpa olunur:
Etrusk
Qədim türk / çuvaş
sth... lth k th inpa thapikun
süt... leth ok thu unpa tapığın
‘süd... apar həm də yağ, bununla
tapmın’
thapin feli ‘tapınmaq’ mənasında həm də digər şəffaf türkizmlərin
müşayiəti ilə aşağıdakı sətirdə işlənir:
2
. Ith thapintas ath velshu th velshu
Etrusk
Qədim türk / çuvaş
lth
elt / leth ‘apar’
thapintas
tapın feli + qədim türk dilində hərə-
kətin gələcəkdə olmaq zərurətini bildi-
rən taç / taçı şəkilçisi: buldaçı ‘olası’,
çuvaş tath: pultath ‘olası’ [5. S. 189].
ath (thapıntas ath)
ət: tapıntaç ət ‘tapınmaq üçün qurban
veriləsi ət’
th
thu ‘yağ’ (çuvaş dilində)
Sətir şəffaf olaraq ‘aparın tapınmaq üçün ət Velşuya, yağ Velşuya’
mənasındadır.
Göründüyü kimi, oxuduğumuz etrusk mətninin daxilində aşkar et-
diyimiz türkizmlərin eyni məzmunlu olması, yəni onların hamısının qur-
banvermə və etiqadla bağlılığı mətnin düzgün oxunduğunu göstərən mü-
hüm bir linqvistik amildir. Onlar semantik baxımdan bir-birini məntiqli
şəkildə izləyir: qurbanlıq ərzaq adları (ath ‘ət’, sth ‘süd’, th ‘yağ’), onların
çatdırılması (lth ‘apar, çatdır’, türk ilet, çuvaş leth), bu qurbanlıqların
etiqad əlaməti olması (thapin ‘tapınmaq’, thapik ‘tapınma, etiqad’, qədim
türk tapın, tapığ) və s.
Sözlər arasındakı məntiqli semantik əlaqənin, onların qrammatik
cümlə səviyyəsində bitkin bir fikri ifadə etməsinin məhz türk dilləri əsa-
sında əldə olunması etrusk dilinin türk mənşəli olduğunu göstərmirmi?
Etruskologiya tarixində mətnlərin hər hansı bir dildə qrammatik
„üml------:----- '~J ə oxunması təcrübəsi olmamışdır. Mətnləri türkcə oxu-
5
ə etrusk dilinin türk mənşəli olduğunu bəyan edərkən
sadəcə bir-iki sözün zahiri uyğunluğuna əsaslanmış, sözlər arasında se-
mantik əlaqənin olması, bitkin bir fikrin ifadəsi kimi linqvistik amilləri
nəzərə almamışlar. Göstərilən linqvistik amilləri nəzərə almadan tək-tək
sözlərin zahiri uyğunluğu əsasında nəticə çıxarmaq qeyri-elmidir.
Eyni linqvistik-semantik sistem oxuduğumuz başqa etrusk mətn-
lərində də əldə olunur. Dini ayinlərlə bağlı mətnlər ardıcıl olaraq türk dini
terminlərindən ibarət olub, bitkin bir fikri ifadə edən cümlə əmələ gətirir.
Misal üçün, dini ayinlərin təsvir olunduğu bir etrusk mətni («The
tile of Capua») tamamilə qədim türk dini terminlərindən ibarətdir.
Etrusk
Çuvaş və qədim türk
tule
tüle / töle ‘borcunu, haqqını ödəmək’
apire
abıra ‘sevgisini ifadə etmək’, ‘tərif etmək’
santi
sandı ‘sanlı’, ‘mötəbər’, ‘müqəddəs’
arvus
arvis ‘əfsun’, ‘sehir’
iluk
ilak ‘ağı’
kuies
kuyku, keyiş ‘qüssə’
salu
salu ‘qurbanvermə’
vilu
vile ‘ölü’ (çuvaşca)
sun
sunmaq
eth
etmək
kuvei
kuw ‘uğurlu’ və b.
Mətndə apire / apirase feli, bir qayda olaraq, məlum etrusk tanrıla-
rının adları qarşısında işlənərək, onlara tapınmağı, etiqad etməyi ifadə
edir.
apirase lethamsul
apire nuntheri
apirase unialthi
Bu felin mənası qədim qıpçaq yazılarında tanrı və mifoloji surət-
lərin adlarını müşayiət edən abra (‘sevmək’, ‘sevgi ifadə etmək’) feli
sayəsində açılır: Biyqə... abrayalım ‘allaha sevgimizi bildirək’, abradı
İsraelni ‘İsraelə sevgisini bildirdi’ [
6
. S. 35].
Etrusk mətnindəki apire felinin türk dillərindəki çoxmənalı abra /
/ abıra / amra (‘sevmək’, ‘sevgisini bildirmək’, ‘xilas etmək’, ‘qorumaq’)
feli ilə eyni mənşəli olması bütün hallarda müşahidə olunur. Bir neçə mə-
qamda Lethamsul adlı tanrıya ağı söyləməklə sevgi bildirmək ifadə olunur:
ilukve apirase lethamsul
Burada ilukve sözü iluk (türk dillərində ilak, elak ‘ağlama’ < ila -
iğla ‘ağlamaq’) ismindən və ismin vasitə halını bildirən -ve şəkilçisindən
ibarətdir: ilukve ‘ağı ilə’.
Bu şəkilçi türk dillərindəki birlə, bilə, ilə qoşmasının çuvaş və ka-
raim dillərindəki -pa / -pe / -be (‘ilə’, ‘vasitəsilə’) variantına uyğundur.
Bu şəkilçinin ‘ilə’, ‘vasitəsilə’ mənasında olduğunu etrusk və Fini-
kiya dillərində yazılmış eyni məzmunlu mətn (bilinqva) də sübut edir. Hə-
min mətnin Finikiya variantında ‘ilahə tərəfindən’ mənasında işlənən sö-
zün etrusk variantı da (ilakve) etruskoloqlar tərəfindən düzgün olaraq ‘ila-
hə tərəfindən’ kimi tərcümə olunur, lakin -ve şəkilçisinin mənşəyi açılmır.
Gördüyümüz kimi, etrusk dilindəki -ve və türk dillərindəki -be / -pe / -pa
(‘ilə’) şəkilçilərinin eyni mənşəli olması Finikiya bilinqvası sayəsində
aydın olur.
Bu müqayisə etrusk mətnindəki ilukve sözünün ‘ağı vasitəsilə’ mə-
nasında olduğuna sübutdur.
Bundan başqa, iluk (‘ağı’) sözü mətndə yaxın mənalı kuiesxu sözü
ilə qoşa söz əmələ gətirir: iluku kuiesxu ‘ağı-qüssə’. kuiesxu sözünün bu məna-
sı türk dillərindəki keyiş (‘qüssə’, ‘kədər’ < keyi ‘kədərlənmək’), küy / koy (‘kə-
dərlənmək’, ‘göynəmək’) sözləri fonunda aydın olur:
Mətnin digər sətirlərinin də dini səciyyəsi qədim türk dini terminləri
sayəsində açılır.
lethamsul iluku perpri santi arvus ta aius nuntheri
‘Lethamsula ağıdan sonra (perpri) mötəbər bir əfsun da söyləyin’
Türk dilləri əsasında izahı olmayan perpri sözü həm burada, həm də
digər məqamlarda iki hərəkəti əlaqələndirməyə xidmət edir: tanrı Letha-
ma ağı söylənməsini və sonra (perpri) başqa bir dini ayinin başlanmasını.
Həmin ayin tamamilə qədim türkcədir:
Etrusk
Türk
iluku kuiesxu
ilak keyiş ‘ağı-kədər’
Etrusk
santi arvus ta aius nuntheri
‘sanlı / mötəbər əfsun da söyləyin Nuntha’
Qədim türk
santi
sandı türk dillərindəki sanlı
sözünün
qədim
bir
fonetik variantı (‘san-
lı’, ‘möhtərəm’, ‘la-
yiql i )
arvus
arvış ‘əfsun’, qədim türk di-
lindəki arva (‘əfsun
ta
aius (ai-us)
eri şəkilçisi (Nuntheri)
etmək’) felindən
ta / da (‘da’, ‘də’)
ay (‘söyləmək’) feli
-ri - qədim türk dilində yön-
lük halı bildirən şəkilçi
növü
Mətndəki aius qədim türk dilindəki ay felinin xahiş forması sayıla
bilər. -ız, -iz şəkilçisinin Azərbaycan dialektlərində ‘xahiş, nəzakətli xa-
hiş’ mənasında işləndiyi məlumdur: gəliz, oturuz. Eyni şəkilçi qədim türk
dilində də işlənmişdir [
6
. S. 75].
Etrusk mətnindəki bu cümlənin qədim türk dilində tam leksik-qram-
matik qarşılığı alınır:
Göründüyü kimi, santi arvus ta aius nuntheri tam bir cümlə səviyyəsində
- həm leksik, həm də morfoloji baxımdan qədim türkcədir. Burada da bu və ya
digər sözün deyil, bütün cümlənin türkcə səslənməsi tam aşkardır. Həm də
yalnız bu cümlənin deyil, bütün mətnin yalnız cüzi istisnalarla qədim türkcə
səslənməsinin, onu təşkil edən cümlələrin eyni məzmuna (dini ritual) malik
olmasının yalnız bir izahı vardır: etrusk dili qədim türk dilinin bir variantıdır. Bu
həqiqətə inanmaq üçün sadəcə qədim türk dili ilə tanışlıq lazımdır.
Xeyli etrusk sözünün daxil olduğu latın dili də bu həqiqəti qismən
təsdiq edir. Bu dildəki haruspex (‘falabaxan’) sözünün tərkibindəki harus
kəlməsinin etrusk mənşəli olması Avropa etruskoloqlarına məlumdur,
sadəcə onun türk mənşəli olması onlara məlum deyildir. Harus mətndəki
arvus (‘əfsun’) ilə, eləcə də türk dillərindəki harva / arva (‘əfsunlamaq’)
feli ilə eyni kökdəndir. Qədim türk dilindəki arvış (‘əfsun’) ismi də arva
(‘əfsunlamaq’) feli əsasında yaranmışdır.
Mətndəki aius (‘söyləyin’), qədim türk dilindəki ay (‘söyləmək’),
həm də latın dilindəki etrusk mənşəli aio (‘söyləmək’) eyni sözlərdir.
Göründüyü kimi, latın dilindəki etrusk mənşəli sözlər də etrusk
mətnlərinin düzgün oxunduğunu təsdiqləyən daha bir dil faktorudur.
Qədim türkcə səslənən və mətnin ümumi məzmununu tamamlayan
daha bir sətir:
Etrusk
Qədim türk
santi arvus ta aius
sandi arvis ta ayız ‘mötəbər /
/ layiqli əfsun da söyləyin’
santi ma vilu tule
Leksik və morfoloji baxımdan tamamilə qədim türkcə olan və
mətnin əvvəlki cümlələrinin məntiqi davamı olan bu sətir ‘həm də layiqli
ölü borcunu ödəmək’ kimi tərcümə olunur:
Etrusk
Qədim türk
santi
sandı ‘sanlı’, ‘layiqli’, ‘mötəbər’
ma
ma ‘həm də’
vilu
vile ‘ölü’ (çuvaşca)
tule
tüle (çuvaşca)
töle (qədim türkcə) ‘borcunu ödəmək’
‘haqqını ödəmək’
Qədim türk və çuvaş dillərinin materialı əsasında yuxarıdakı cüm-
lənin tam leksik-morfoloji qarşılığı əldə olunur:
Etrusk
Qədim türk / çuvaş
santi ma vilu tule
sandı ma vile tüle ‘həm də mötəbər
ölü borcunu ödəmək’
Qədim türk dilində ma hissəciyi (‘həm də’, ‘və’) çox geniş işlən-
mişdir: adın-ma taqı bar sözüm ‘mənim həm də başqa bir sözüm var’: ya-
na-ma ayıttı... ‘və yenə soruşdu’.
Etrusk mətnindəki ma hissəciyinin ‘və’, ‘həm də’ mənasında oldu-
ğunu daha bir faktor sübut edir: tarixən etrusklarla əlaqələndirilən lidiya-
lıların da dilində ma eyni mənada işlənmişdir.
Etrusklarla eyni regionda yaşamış romalıların, yunanların, hat və hur-
rilərin də dillərində işlənmiş bir çox türkizmlərin mənbəyi regionun türk kökənli
troyan, etrusk və digər dilləri olmuşdur. Odur ki, etrusk mətnlərinin düzgün
tərcüməsini yalnız türk dillərinin faktları deyil, həm də latın, Lidiya, qədim
yunan və başqa qədim dillərdəki alınma türkizmlər (etruskizmlər) təsdiq edir.
Etrusk dilində sami mənşəli alınma sözlərin olması etruskoloqlara
məlumdur. Xüsusilə finikiyalılarla etruskların sıx regional əlaqəsi
nəticəsində etrusk dilinə nesl (‘nəsil’), meit (‘meyid’) və digər sami ele-
mentləri daxil olmuşdur. Bu siyahıya huzr (‘hüzur’) sözü də daxildir.
Laris Pulena adlı mərhumun epitafiyasının da məzmunu qədim türk
dili sayəsində aydın olur. Bu mətn başdan-ayağa mərhumun ruhunun tan-
rılara qovuşmasından, tanrıların hüzurunda rahatlıq tapmasından bəhs
edir. Həmin tanrılar Alumnath, Cath, Paxanak və Hermudur:
p u l Alum nath p u l Hermu huzrna tre
‘Yetiş Alumnath və Hermunun hüzuruna xidmətə / haqqa’
Mətndəki p u l türk dillərindəki bul / p u l (‘tapmaq’, ‘qovuşmaq’, ‘ye-
tişmək’) felidir. Alumnath tanrı adını izləyən huzrna etrusk dilindəki sami
mənşəli alınma sözlərdən biridir. Sami mənşəli təbəqəyə aid olan huzr
(‘hüzur’) mətndə mənsubiyyət-yönlük haldadır ki, bu da türk dilləri üçün
səciyyəvidir: huzrna - hüzur-(u)-na: Pul Alumnath p u l hermu huzrna ‘qo-
vuş Alumnat və Hermu hüzuruna’.
Sonda gələn tre qədim türk dilindəki ter (‘haqq’, ‘xidmət’) sözünün
yönlük hal formasıdır (tere > tre ‘xidmətinə’). Yönlük halı bildirən -e şə-
kilçisi (tere ‘xidmətə’, ‘haqqa’) yalnız türk dilləri üçün deyil, Kiçik Asi-
yanın bir çox erkən dilləri üçün də səciyyəvi olmuşdur.
Göründüyü kimi, sətir ‘qovuş Alumnat və Hermu hüzuruna xidmə-
tə’ şəklində səslənir ki, bu da epitafiyanın məzmunu üçün tamamilə təbii-
dir. Yəni mərhumun ruhunun Alumnath və Hermuya qovuşması bir mü-
kafat, haqq, xidmət sayılmışdır. Bizim düzgün qərara gəldiyimizə əsas
verən həm də odur ki, Zilki Keysininin epitafiyasında da onun ölüm haq-
qına qovuşduğunu bildirən ifadənin (fatel tre) tərkibində tre sözü vardır.
İfadə latın dilindəki fa ta l (‘ölüm’) sözündən və yönlük halda olan -tre
sözündən (ter-e) ibarətdir: ‘ölüm haqqına’.
Laris Pulenanın epitafiyasında həm də mərhumun işıqlı dünyaya
getməsi arzu olunur:
P ul hermu thutuithi
‘Hermunun işıqlı dünyasına qovuş’
Əvvəlki cümlədə işlənən p u l burada da ‘tapmaq’, ‘qovuşmaq’ mə-
nasındadır. thutuithi isə çuvaş dilindəki thuta (‘işıq’, ‘işıqlı dünya’, ‘ağ’)
sözü əsasında öz mənasını tapır. İsmin yerlik halında (-thi) olan bu sözün
sayəsində cümlə aşkar olaraq ‘Hermunun işıqlı dünyasında ol’ (‘tap’,
‘yetiş’, ‘ol’) mənasındadır.
Maraqlıdır ki, çuvaş dilində də thuta (‘işıqlı’) sözü tençe (‘dünya’)
ilə birləşmədə ‘işıqlı dünya’ mənasında işlənir: thuta tençe ‘işıqlı dünya’.
thuta ayrı-ayrı etrusk mətnlərində çuvaş dilindəki thuta sözünün
digər mənalarında çıxış edir. Elney Ramtha adlı qadının epitafiyasında
işlənən ati thuta ifadəsini Avropa etruskoloqları ‘gözəl ana’ kimi şərh
etmişlər. Ati sözünün ‘ana’ mənasını daşıması etrusk-latın bilinqvaların-
dan məlumdur, lakin thuta sözünə aid olunan məna təxminidir. Çuvaş
dilindəki thuta sözünün digər mənası (‘sevimli’, ‘xoşbəxt’) sayəsində ati
thuta ifadəsi özünün dəqiq mənasını əldə edir: ‘sevimli ana’. Epitafiyada
mərhum qadının sevimli və xoşbəxt sayılması daha məntiqidir.
Dini ayinlər və mərhumlarla bağlı etrusk mətnlərinin aparıcı leksi-
kasının qədim türk dini terminlərindən ibarət olması etrusk dilinin turk
mənşəli olduğunu göstərən çox vacib bir dil faktoru olub, heç cür təsadüfi
səciyyə daşıya bilməz. Bu leksik sistemin yalnız bir izahı mümkündür:
etrusk dili qədim bir türk dilidir.
Pul felinə ‘olmaq’ mənasında daha bir etrusk mətnində rast gəlirik.
Etrusk ilahəsi Eisnanın şəfaverici qüvvəsindən bəhs edən etrusk mətni
başdan-ayağa qədim türk və çuvaş sözlərindən ibarətdir:
ч п M u *Ч]АЧ*,ЦУД1ИУ*
1^1А1ОДМИ*!1'У*ДОп*
t
kuvei p u l eisna imi iive minve kezilas mi salal ati amake
Mətndə qərb tədqiqatçılarına bəlli olan sözlər yalnız ilahənin adı
(Eisna) və ati (‘ana’) sözüdür. Etruskların Eisna adlı tanrısı antik mənbə-
lərdəki qlosslardan, ati isə bilinqvalardan məlumdur. Tədqiqatçılara mə-
lum olmayan digər sözlər isə məhz türkizmlərdir.
Mətnin kuvei p u l Eisna imi kimi səslənən ilk hissəsi qədim türk dili
sayəsində ‘uğurlu ol Eisna əlacı’ mənasındadır:
Etrusk
Qədim türk
kuvei
kuv / kuw ‘uğur’, ‘qut’
pul
p u l ‘ol’
imi
imi (< im-i) ‘əlacı’, ‘şəfası’
imi sözünün morfoloji quruluşu da türkcədir: im ‘əlac’, ‘şəfa’ və
üçüncü şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi -i: im-i (‘əlacı’).
Qədim türk kuv / kuw (‘uğur’, ‘qut’) sözünün avar türkcəsindəki -lığ
şəkilçisi ilə deyilən kıblığ variantının bol (‘ol’) feli ilə birləşmədə işlən-
məsi diqqəti cəlb edir: kıblığ bol içem ‘mutlu ol bacım’.
Etrusk mətnindəki kuvey p u l ilə avar dilindəki kıb(lığ) bol (‘uğurlu
ol’, ‘mutlu ol’, ‘bəxtli ol’) eyni mənşəli ifadələrdir.
iive istisna olmaqla mətnin digər hissəsinin də dili qədim türk və
çuvaşca anlaşılır və məzmunca əvvəlki hissənin məntiqi davamı kimi
çıxış edir:
minv kezilas mi salal ati amake
‘Ananın xəstəliyi mənimlə kəsiləsidir, mən salmalıyam’
Ati amake çuvaş türkcəsindəki amak (qədim türk emgek
‘xəstəlik’) sözü sayəsində ‘ananın xəstəliyi’ şəklində tərcümə edilə bilir.
Birləşmə morfoloji baxımdan da türkcədir, yəni birinci tərəfi adlıq, ikinci
tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmiş təyini söz birləşməsidir: ati
amake < ati amak-e (‘ana xəstəliy-i’).
Üçüncü şəxsin təkinin mənsubiyyət halı türk dillərində -ı, -i, -u, -ü
(samitdən sonra) çuvaş türkcəsində isə, etrusk dilində olduğu kimi, -e
şəkilçisi ilə düzəlir.
Beləliklə, ati amake ‘ana xəstəliyi’, ‘ana ağrısı’ anlamındadır.
kezil və sal türk dillərindəki kəsil (< kəs-il) və sal (‘salmaq’) felləri
olub, ‘ana xəstəliyinin kəsilməsi və salınması (düşməsi)’ mənasını ifadə
edir. kezil feli məchul formada olub, türk dillərində olduğu kimi, məchul-
luq bildirən -il şəkilçisi qəbul etmişdir. Bu felin məchul formada olmasını
onun önündəki minv (< minve ‘mənimlə’, ‘mənim tərəfimdən’) şəxs əvəz-
liyi də bəlli edir.
Yuxarıda qeyd olunduğu kimi, v / ve şəkilçisi etrusk dilində ismin
vasitə-birgəlik halını bildirib (ilukve ‘ağı ilə’, ilakve ‘ilahə vasitəsilə’, ‘ila-
hə tərəfindən’), türk dillərindəki eyni funksiyanı daşıyan p a / pe / be (çu-
vaş, karaim) şəkilçisinin variantıdır.
Beləliklə, etrusk mətnindəki minve kezilasi ‘mənim tərəfindən kəsi-
ləsidir’ və yaxud ‘kəsilə bilər’ anlamındadır. kezilasi sözündəki -asi türk
dillərində felin -asi / -əsi şəkilçisi ilə düzələn lazım şəklinə uyğundur ki,
bu da çuvaş dilində -as / -es şəklindədir:
mi salal (‘mən salmalıyam’) birləşməsində isə sal feli məchul növ-
də olmadığından, mi əvəzliyi adlıq haldadır, yəni vasitə bildirən -v(ve)
elementini (minv) qəbul etməmişdir.
Hər iki birləşmədə (minv kezilas, mi salal) ananın xəstəliyinin kə-
silməsi (kezil) və salınması (sal) məhz türkcə səslənir, sadəcə salal felin-
dəki -al elementinin morfoloji funksiyası dəqiqləşmə tələb edir.
Tərcümə etdiyimiz digər etrusk mətnləri kimi, bu mətnin də ibarət
olduğu türkizmlər əlaqəsiz sözlər yığını olmayıb, semantik baxımdan bir-
birini tamamlayır və bitkin bir fikri ifadə edən cümlə əmələ gətirir. Mən-
tiqi tamlıq mətnin hissələri arasında da tam şəffafdır: 1 - ‘uğurlu ol Eisna
əlacı’; 2 - ‘mənimlə kəsiləsidir, mən sala bilərəm ana xəstəliyini’. Birinci
hissədəki Eisna imi (‘ilahə Eisna əlacı’) və ikincidəki ati amake (‘ana xəs-
təliyi’) arasındakı məntiqi əlaqə (‘ana xəstəliyi’ və onu sağaltmağa qadir
olan ‘Eisna əlacı’) göz qabağındadır.
Mətndəki sözlər və ifadələr arasında cümləyə xas olan bir əla-
mətin, semantik və məntiqi tamlığın, bitkin bir fikrin ifadəsinin məhz
qədim türk dilində açılması etrusk dilinin türk mənşəli olduğunu
göstərmirmi?
Digər etrusk mətnlərində də türkizmlər bitkin cümlə səviyyəsində tə-
zahür edir və bitkin fikir ifadə edir. Misal üçün, rəsmdə gənc qadın yola
saldığı döyüşçüyə ii ulath ilina inath deyə müraciət edir ki, bu da həm leksik-
semantik
etibarilə
tamlığı,
məhz
həm də morfoloji quruluşu
türkcədir:
iyi ulaş iline, inath
‘yaxşı çat elinə, sağal’
ii - türk iyi ‘yaxşı’;
ulath - türk ulaş (th-ş);
ilina - il-in (ismin yiyəlik halı) - a (yönlük hal) - türk il-in-e;
inath - qədim turk yinath ‘sağal’, ‘yaxşılaş’.
Göründüyü kimi, mətndəki sözlərin dördü də semantik baxımdan
bir-birini tamamlayır: yaxşı ^ çat ^ elinə ^ sağal və üstəlik, mətnin
qrammatik quruluşu da tamamilə türkcədir.
Tərcümə ilə rəsmin məzmunu - qızın döyüşçü ilə vidalaşması səh-
nəsi arasında əlaqə aşkardır.
Ulath - ulaş arasındakı samit əvəzlənməsi (th - ş) bir neçə etrusk-
türk paralelində də özünü göstərir. Ehsanvermə mərasimi ilə bağlı bir et
rusk mətnindəki atha, es atha qədim türk dilindəki aşa (‘ye’), iç aşa (‘ye-
iç’) felləridir.
Ümumtürk ş samitinin bəzən çuvaş dilində də th ilə deyildiyi müşa-
hidə olunur (baş - çuvaş puth; iş - çuvaş eth)
Etrusk dilinin tam leksik və morfoloji cümlə səviyyəsində türkcə
şərhi mifologiya ilə bağlı bir mətndə də şəffaf olaraq görünür. Məzar sü-
tunu üzərindəki bir yazıda etrusk dilinin qədim türk mahiyyəti xüsusilə
yüksək bir səviyyədə öz ifadəsini tapır:
Mətndə yiyəlik halda olan hermial qədim yunan mifologiyasında
ölənlərin ruhunu o dünyaya yola salmaq funksiyasını daşımış Hermesi
bildirir. Məzar üzərində qoyulan bu sütun o dünyaya gedən yolun simvo-
lu, qapısı hesab edilər və Hermes ilə bağlanardı. Odur ki, müqəddəs sayı-
lan bu qurğuya zərər gətirmək günah sayılardı [7. S. 292].
Sütun üzərində yazılmış hermial kapzna slman məhz qədim türkcə
‘Hermesin qapısına xətər yetirmə’ mənasındadır. Yalnız Hermial (‘Her-
mesin’) Qafqaz dillərinə xas olan yiyəlik hal formasında olub, etrusk dili
nin qeyri-türk komponentinə aiddir. Onu izləyən kapzna türk dillərində is-
min mənsubiyyət (-sı / -si) və yönlük (-na) hal şəkilçiləri qəbul etmiş qa-
pısına sözüdür. Slman isə qədim və müasir türk dillərində ‘vurmaq’, ‘sal-
dırmaq’, ‘zərər yetirmək’ mənalı sal felinin qədim türk dilinə xas olan in-
kar (-man, -men) şəklidir: salman ‘vurma’, ‘zərər yetirmə’.
Latın dilindəki sal(io) (‘vurmaq’, ‘toxunmaq’) feli də eyni mənşəli-
dir və heç şübhəsiz, latın dilinin leksikasının formalaşmasında mühüm rol
oynayan etrusk mənşəli yüzlərlə sözlərdən biridir.
Mətnin bu hissəsi şəffaf şəkildə ‘Hermesin qapısına zərər yetirmə’
mənasındadır ki, bu da yuxarıda qeyd olunan mifoloji baxışla tam üst-üstə
düşür.
Mətnin ikinci hissəsi birincinin tam məntiqi davamıdır:
hermial. kapzna. slman. sexis. kapzna
‘Hermesin qapısına saldırma, axirət qapısına’
sexis kapzna
‘axirət qapısına’
Sexis qədim türk yazılarında ‘qiyamət’, ‘axirət’, ‘haqq-hesab’ mənala-
rını daşıyan sağis sözünün fonetik variantıdır. (Türk dillərində a - e saitlə-
rinin əvəzlənməsi geniş müşahidə olunur).
Sexis kapzna aşkar olaraq ‘axirət qapısına’ mənasında olub, əvvəlki
hissəni mənaca tamamlayır: ‘Hermesin qapısına zərər yetirmə, axirət qa-
pısına’.
Yiyəlik halda olan hermial istisna olunmaqla mətn leksik və morfo-
loji baxımdan qədim türkcədir:
Etrusk
Qədim türk
Hermial kapzna slman,
[hermesin] kapısına salman,
sexis kapzna
sağıs kapısına
Bu mətnin də qrammatik cümlə səviyyəsində qədim türkcə olması,
mətndəki sözlər arasında semantik əlaqə, nəticə etibarilə bitkin bir fikrin
ifadəsi göz önündədir. Mətnin iki hissəsi arasındakı məntiqi əlaqə də ta-
mamilə şəffafdır, Hermesin qapısına saldırma, zərər gətirmə, çünki o,
axirət qapısıdır.
Bu mətndə diqqəti cəlb edən həm də odur ki, onun qədim türkcə ortaya
çıxan məzmunu regionun mifoloji reallığı ilə tam üst-üstə düşür. Beləliklə,
bir tərəfdən mətnin məhz qrammatik cümlə səviyyəsində qədim türkcə
olması, eyni zamanda regionun məlum bir mifoloji gerçəyini - məzar
sütununun Hermesin qapısı sayılması ilə bağlı inancını əks etdirməsi etrusk
dilinin qədim türkcə olması faktından qaynaqlanır. Əks halda edilən tərcümə
həm linqvistik, həm də ekstra-linqvistik tələblərə cavab verməzdi.
M əqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Məqalənin elmi
yeniliyini səciyyələndirən əsas cəhətlər odur ki, etrusk mətnlərinin qədim
türk dillərində olması həm leksik, həm də morfoloji baxımdan, həm linq
vistik, həm də kulturoloji amillərin işığında əsaslandırılır. Elmi işin
nəticələri digər etrusk mətnlərinin qədim türk dilləri əsasında oxunması
yolunda önəmli bir mərhələdir.
Ə D Ə B İ Y Y A T
1. Ayda A. Etrüskler (Tursakalar) Türk idiler. Ankara: Ayyıldız
Matbaası A. Ş., 1992.
2. Samoyloviç А. N. Tyurkoloqiya i novoe uçenie о yazıke: XLV
akadem iku N. Y. M arru. М.; L.: İzd-vo A N SSSR, 1935.
3. Mayyani Z . Etruski naçinayut qovorit. М.: N auka, 1966.
4. Yadigar (Veysəlli) F. German dilçiliyinə giriş. Bakı: Təhsil,
2003.
5. Levitskaya L. S. İstoriçeskaya morfoloqiya çuvaşskoqo yazı-
ка. М.: N auka, 1976.
6
. Qarkavets А. Kıpçakskoe pismennoe nasledie. Almatı, 2002. 1.
7. Mifı narodov mira: V 2 t. М.: Sov. ensikl., 1980. Т. 1.
ЧИНГИЗ ГАРАШАРЛЫ
ЭТРУССКИЕ ПИ СЬМ ЕН А НА ДРЕВНЕТЮ РКСКОМ ЯЗЫ КЕ
Р е з ю м е
В доказательстве тюркского характера этрусского языка осо
бую роль сыграли следующие факторы:
1
- тюркские слова, обнару
женные нами в этрусских текстах, семантически неоднозначны, при
чём в каждом из этих текстов они характеризуют определённую сто
рону религиозных ритуалов. В тексте, посвящённом жертвоприно
шению, компактно выделяются тюркизмы, связанные с этим обря
дом; тексты, в которых говорится о поминках, содержат преиму
щественно кулинарные термины тюркского происхождения. В
основном тюркского происхождения и морфологическая система
текстов;
2
- систематическое чередование согласных, выявленных в
переведённых нами этрусских текстах, а также совпадение этрусско-
чувашской системы согласных послужили ключом к разгадке проис
хождения многих этрусских слов.
Клю чевые слова: этрусские письмена, древнетюркский язык,
текст, лингвистический фактор, экстра-
лингвистический фактор
CHINGHIZ GARASHARLI
THE ETRUSCAN W RITINGS ARE OLD TURKIC
S u m m a r y
We can observe logically two important factors to prove Turkic
character of the Etruscan language: 1. Turkic appellatives, discovered in
each Etruscan text we interprete, are not semantically chaotic, but harmo
nious, all referring to a definite branch of religious ceremonies: in the text
devoted to sacrificing we mostly find out Turkic words denoting names of
several sacrificial foodstuffs and semantically related verbs; in the texts
dealing with ceremonial eating we mostly discover Turkic culinary terms
denoting eating, drinking, drinks. etc.; in the text dealing with parting of
two persons we observe Turkic words denoting wish for good journey and
health; under the picture with the description of a young man riding
horses we find out a transparent Turkic expression with the meaning «to
ride horses». In addition, the dominating morphological system, including
most case forms of the noun, and categories of the verb are evidently
Turkic. 2. On the vocabulary of the translated Etruscan texts we clearly
observe sistematic consonant shifts between the Etruscan and Turkic lan
guages. Simultaneously we observe stable coincidences of some Etruscan
and Chuvash consonants which transparently serve as key to the origin of
numerous Etruscan words.
Key words: Etruscan writings, Old Turkic language, text, linguistic
factor, extra-linguistic factor
Ünvan: Az-1143. Bakı-143, Hüseyn Cavid pr., 31. AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutu - baş elmi işçi, fil. ü. e. d.
e-mail: karasharli@yohoo.com
Çapa təqdim edən
Tofiq Hacıyev -
«Türkologiya» jurnalı
redaksiya heyətinin üzvü
Çapa tövsiyə edən
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun elmi şurası
(4.XII.2013, protokol № 15)
Məqalənin redaksiyaya
daxil olma tarixi
29.Ш.2013
Təkrar işlənməyə
göndərilmə tarixi
Çapa göndərilmə tarixi
23.VII.2013
29.XII.2013
6
«Türkologiya», № 2
Dostları ilə paylaş: |