2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə25/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   21   22   23   24   25   26   27   28   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

4. Baltik dilləri qrupu
Hind-Avropa dilləri ailəsinin bu qrupunu üç dil təşkil edir.
1) Litva dili. Litva Respublikasının dövlət dilidir. Bu ədə-
bi dilin yazılı abidəsi XVI əsrə aiddir.
2) Latış dili. Latviya Respublikasının dövlət dilidir. Bu-
nun da yazılı abidəsi XVI əsrə məxsusdur.
3) Prus dili. Bu dil qədim Baltik dilidir. XVII əsrə kimi 
fəal işlədilmiş və bundan sonra sıxışdırılaraq ölü dilə 
çevrilmişdir.
Baltik dilləri slavyan dilləri qrupuna daha yaxındır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
44
5. German dilləri qrupu
Bu dil qrupu iki yarımqrupa bölünür: qərb yarımqru-
pu, şimal yarımqrupu.
1. German dillərinin qərb yarımqrupuna alman, ingi-
lis, holland və fris dilləri daxildir.
1) Alman dili. Almaniyanın, Avstriyanın, İsveçrənin döv-
lət dilidir. Alman dilinin iki ləhcəsi vardır:
a) Yuxarı alman ləhcəsi, yaxud dili.
b) Aşağı alman ləhcəsi, yaxud dili.
Bu ləhcələr bir-birindən çox fərqləndiyi üçün onlara 
dil də deyilir. Yuxarı alman ləhcəsinin – dilinin bir çox 
dialekti vardır. Ən başlıcaları bunlardır: frank, bavar, 
aleman, şvab dialekti. Alman ədəbi dili yuxarı alman 
dili əsasında formalaşmışdır. Bu dilin yazılı abidəsi VIII 
əsrə aiddir. Aşağı alman dilinin yazılı abidəsi IX əsrə 
məxsusdur.
Alman yazısı latın qrafikası əsasındadır. Bunun iki 
forması vardır: qot forması, antikva forması.
2) İngilis dili qədim german tayfalarının dillərindən ya-
ranmışdır. Belə ki, V–VI əsrlərdə müasir Şlezviq və 
Cənubi Danimarka ərazisindən anql, saks və yut tay-
faları Britaniya adasına köçmüş və orada məskunlaş-
mışlar. Həmin tayfaların dili əsasında anqlo-sakson 
dili meydana çıxmışdır. Bu dilə əvvəlcə Danimarka, 
sonra isə fransız dili uzunmüddətli təsir göstərmişdir. 
Hər iki dilin güclü təsiri altında get-gedə ingilis dili 
formalaşmışdır.
İngilis dilinin inkişaf tarixinin üç dövrü vardır:
a) Qədim ingilis dili, yaxud anqlo-sakson dili V–XI əsrlərdə.
b) Orta ingilis dili – XI–XVI əsrlərdə.
c) Yeni ingilis dili – XVI əsrdən.
London dialekti əsasında formalaşan ingilis ədəbi di-
linin tarixi XVI əsrdən başlayır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
45
Müasir ingilis dili german dillərindən ən çox yayıl-
mışıdır. Bunun Britaniya və Amerika variantları vardır. 
Bu dil İngiltərədə, ABŞ-da və bir sıra başqa ölkələrdə 
dövlət dilidir. Bundan beynəlxalq aləmdə də geniş istifa-
də olunur.
3) Holland, yaxud Niderland dili. Niderlandın dövlət dili-
dir. Bu dildən Belçikanın flamand hissəsində də rəsmi 
dil kimi istifadə olunur.
Holland dilinin bir neçə dialekti vardır. Bunların ən 
başlıcası brabant, limburq və holland dialekti hesab olu-
nur. Bu dilin yazılı abidəsi XII əsrə aiddir. Yazı sistemi latın 
qrafikası üzərində qurulmuşdur.
4) Fris dili Almaniya və Hollandiyanın bəzi ərazilərində iş-
lənilir. Bu dilin başlıca üç dialekti vardır:
a) Şimali fris dialekti (Amrum, Silt, Fer, Xelqoland ada-
ları və Şlezviq);
b) Şərqi fris dialekti (Vanqeroq adası);
c) Qərbi fris dialekti (Frisland adası). XX əsrdə bu dia-
lekt əsasında fris ədəbi dili formalaşmışdır.
Fris dilinin yazılı abidəsi XIII əsrdən məlumdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə