Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 46,87 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü46,87 Kb.
#5578


 

 

206



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar 

elmlər seriyası    

201

   

 

 

 

 

 

 

 

 

ÜZEYİR HACIBƏYLİ PUBLİSİSTİKASINDA İDEYA 

 

X.A.QƏDİMOVA 

Bakı Dövlət Universiteti 

xurush29@rambler.ru

 

 

Ü.Hacıbəyli  publisistikasında  ideya  sənətkarın  həyata  ictimai  baxışından,  vətəndaş 

mövqeyindən  doğur.  Üzeyir  Hacıbəyli  publisistikasındakı  ideyaların  hamısı  ictimai  məzmun 

kəsb edir. Poetika elminin görkəmli nümayəndəsi M.Baxtinin fikrincə, «ideyanın bədii təsvi-

rində ya təsdiq, ya da inkar durur»/ Lakin bu məqamda təsdiq də, inkar da yalnız kamilliyə, 

cəmiyyəti, insanı mükəmməl görməyə xidmət edir. Maraqlısı budur ki, bu ideyaların hamısının 

kökündə ədibin vətəndaşlıq qayəsi, vətəndaşlıq duyğusu dayanır.  

 

Bədii  əsərdə  olduğu  kimi  publisistikada  da  ideya  aparıcı  mövqe  tutur.  Əgər 

nəzərə alsaq ki, hər şey ideyadan başlayır (5, 364) onda Ü.Hacıbəyli publisistikasının 

ideya istiqaməti barədə geniş söhbət açmaq olar. «İdeya» yunanca «İdea» sözündən 

olub  insanın  fikrində  formalaşmış  məqsədin  gerçəkliyə  çevrilməsi  planı  kimi  başa 

düşülür.  Hər  bir  işin,  xüsusilə  yaradıcılıq  işinin  başında  ideya  durur.  Dini,  səmavi 

kitabların əksəriyyətində olan «öncə söz gəldi» fikri, əslində, ideyaya bağlıdır. Söz, 

əslində  ideyadır. «İdeya  irəli  sürmək  çətin  deyil.  Lakin  gerçəkləşmə  yolları  aydın 

təsəvvür  edilən  aydın  ideya  düşünmək  o  qədər  də  asan  deyil» (6). Ü.Hacıbəyli 

publisistikasında  ideya  sənətkarın  həyata  ictimai  baxışından,  vətəndaş  mövqeyindən 

doğur.  Tədqiqatçıların  da  xüsusi  qeyd  etdiyi  kimi,  onun  yaradıcılığında  xəlqilik, 

millilik,  realizm,  ideyalılıq  kimi  problemlər  öz  əksini  tapmışdır.  Üzeyir  Hacıbəyli 

publisistikasındakı  ideyaların  hamısı  ictimai  məzmun  kəsb  edir.  Poetika  elminin 

görkəmli nümayəndəsi M.Baxtinin fikrincə, «ideyanın bədii təsvirində ya təsdiq, ya 

da inkar durur». Lakin bu məqamda təsdiq də, inkar da yalnız kamilliyə, cəmiyyəti, 

insanı mükəmməl görməyə xidmət edir. Maraqlısı budur ki, bu ideyaların hamısının 

kökündə ədibin vətəndaşlıq qayəsi, vətəndaşlıq duyğusu dayanır.  

Ü.Hacıbəylinin  davamlı  tədqiqatçısı  professor  A.Abasov  doğru  qeyd  edir  ki, 

«müstəqim üslublu əsərlərdə ədib adətən görkəmli alim, güclü natiq, yüksək istedadlı 

publisist,  məşhur  sosioloq  kimi  çıxış  edir (1, 44). Bu  yerdə  sənətkarın  müşahidəsi 

xüsusi  rol  oynayır.  Əlbəttə,  müşahidə  ədəbi  yaradıcılığın  bütün  sahələri  üçün  çox 

vacib  komponentdir.  Lakin  günün  aktual  problemləri  ilə  məşğul  olan  publisistin 

fəaliyyətində  müşahidə,  problemləri  görmək,  bunu  ideyadan  yaradıcı  gerçəkliyə 

çevirmək ən başlıca keyfiyyətdir. Maraqlısı budur ki, «Üzeyir Hacıbəyovun iddiası ilə 

imkanı («ifadə imkanı» nəzərdə tutulur –X.Q.) arasında ülvi bir vəhdət var (2, 285). 

Əlbəttə, o publisistik əsərlər daha qiymətli, daha əhəmiyyətli sayılır ki, onlar gündəlik 

mübarizələrdən,  həyatın  canlı  qaynaqlarından  doğan  böyük  problemləri  əks  edir, 



 

 

207



böyük  suallara  cavab  verir (4, 13). Üzeyir  Hacıbəyli  publisistikası  bu  keyfiyyəti  ilə 

xüsusilə seçilir. 

Yenə  də  xüsusi  qeyd  edirik  ki,  onun  publisistikasındakı  ideyalar  bütöv  bir 

xalqın milli taleyinə bağlıdır. Ədibin «Mərəzlərimizdən biri» publisistik əsərinə və bu 

əsərin ideyasına diqqət edək. Bu publisistik əsərin ideyası birbaşa  millətin xarakteri 

ilə  əlaqədardır.  Publisist  cürətsizlik  və  acizlik  kimi  milləti  geridən-geriyə  qoyan 

xarakteri ustadcasına açır.  Burada ideya aydın bir fabula üzərində qurulur: azərbay-

canlını,  müsəlmanı  onun  cürətsizliyi  və  cürətsizlikdən  doğan  acizliyidir.  İdeya  bu 

xarakteri aradan qaldırmağa yönəlib. Millətin bunu aradan qaldırması üçün müəllif ən 

kəskin  leksikona  müraciət  edir: «Dünyada  ən  alçaq  sifətlərdən  birisi,  zənnimcə, 

cürətsizlikdir.  Bu  sifət  çox  vaxt  insanın  bədbəxtliyinə  belə  səbəb  olur» (3, 25). Bu 

fikir müəllifin dəqiq postulatıdır. Həm də qəsdən kəskin deyilmiş qənaətidir. Kəskin 

deyilib ona görə ki, millət nəticə çıxarsın. 

Məhz bu kəskin postulatdan sonra publisist aydın bir üslubda cürətsiz millətin 

ürcah  olduğu  fəlakətləri,  cürətli  millətlərin  uğurlarını  göstərir.  Müəllifin  qənaətincə 

«Cürətsiz  insandan  yaxşı  iş  baş  verməz», «Cürət  insana  qanad  verər  və  mü-

vəffəqiyyətini təmin etmiş kimi olar». Publisist göstərir ki, «bu gün cürətli ingilislər, 

amerikalılar  kürreyi-ərzin  hər  bir  nöqtəsində  hökmü  fərmadırlar», «biz  Rusiya 

müsəlmanları isə dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmirik; bir 

də  cürət  ölübdür…» (3, 25). Ü.Hacıbəyli  cürətsizliyin  bizi  çox  geri  qoyduğunu 

təəssüflə  bildirir  və  göstərir  ki,  cürətsizlikdən  doğan  acizlik  bizi  başqa  millətlərə 

möhtac  edir. «Möhtaclıq  da  insanın  tənəzzülünə  yardım  edən  bir  bədbəxtlikdir». 

Yazının bütün qayəsi milləti mübariz olmağa ruhlandırmaqdan ibarətdir.  

Ü.Hacıbəyli  öz  publisistikasında  «həyatın  gündəlik  problemlərini  qrotesk  üs-

lubda  oxucuya  çatdırmağın»  böyük  ustasıdır.  Ədib  publisistikanın  bu  imkanından 

məharətlə  istifadə  etmişdir.  Onun  sual-cavab  formasında  felyetonları  çoxdur.  Müəllif 

bu üsluba o zaman  müraciət edir ki, irəli sürdüyü ideya aydın başa düşülsün. «Mühüm 

suallar  və  əhəmiyyətli  cavablar»  felyetonunda  olduğu  kimi.  Qeyd  edək  ki,  bu 

felyetonun  poetikasında  qrotesk  üslubu  xüsusi  yer  tutur.  Həm  də  xüsusi  vurğulamaq 

vacibdir  ki,  bu  felyeton  yuxarıda  haqqında  bəhs  etdiyimiz  «Mərəzlərimizdən  biri» 

məqaləsi ilə ideyaca üst-üstə düşür. Müəllif birincidə ciddi publisist üslubuna müraciət 

edirsə,  ikincidə  satirik-qrotesk  məqamının  şahidi  oluruq.  Ancaq  hər  ikisində  millətti 

inkişafdan geri qoyan mental xarakter tənqid olunur. 

Diqqət edək:  

«Sual: Biz nə üçün geridə qalmışıq? 

Cavab:  Çünki  bizi  irəli  aparanlar  cibləri  ağırlıq  etdiyinə  görə  yorulub,  yolda 

qalıblar… 

Sual: Məktəblərimiz nə vaxt islah olunacaqdır? 

Cavab: Ana dilimizi bilmərrə unudandan sonra…» (3, 281). 

Göründüyü kimi, birinci iki sual çox dərin mətləblərin kinayə, ironiya, istehza 

üslubunda qoyuluşudur. Cavablar o qədər kinayəlidir ki, oxuyub, agah olub etinasız 

qalmaq mümkün deyil. 

Felyetonun sonrakı sualları və cavabları daha kəskindir: 

«Sual: Bizə nə lazımdır? 




 

 

208



Cavab:  Dinc-dinməz  oturub,  öz  hüquq  və  ixtiyaratını  almaq  üçün  mübarizə 

edən millətlərə tamaşa etmək» (3, 281). Bu cavab, əslində, milləti öz hüquq və ixti-

yaratı uğrunda mübarizəyə çağırır. 

Qeyd edək ki, yaradıcılığa təkan verən ideya sənətkarın müşahidə bacarığının 

məhsuludur.  Ü.Hacıbəyli  publisistikasının  əsasını  siyasi  və  sosial  situasiyalar  təşkil 

edir. «Siyasi və sosial situasiyalarla qarşılaşan publisist əsasən, bu hadisələrin təzahür 

nişanələrini görür» (7, 90-91). Bu nişanələrin yaradacağı, yaxud, yaratdığı problemlər 

publisistin  materialının  ideyasına  çevrilir. «Şəxsi  təcrübə  və  müşahidə  əsərin  məz-

mununu,  ideyasını  müəyyənləşdirir,  sosial  gərginliyin,  yaxud  problemin  ifadəsinə 

çevrilir» (7, 90-91).  

Ü.Hacıbəylinin dövlət duması, insan azadlığı, milli istiqlal, hürriyyət və s. kimi 

məsələlər  ətrafında  çoxlu  sayda  məqalə  və  felyetonu  var.  Bu  mövzuların  hamısının 

ideyası  müəllifin  şəxsi  müşahidəsindən  yaranıb.  Publisistikanın  əsas  mövzu  hədəfi 

olan  siyasi  məsələlər  Ü.Hacıbəyli yaradıcılığının  da ana  xəttini  təşkil  edir.  Publisist 

xalqa heç nə verməyən, saxta görüntü yaradan dövlət dumasını ifşa etmək ideyasına 

tez-tez  müraciət edir. «Ay ötür, gün keçir…» felyetonunda əsasında siyasi məzmun 

daşıyan bir neçə terminin izahı fonunda da dövlət dumasının səbatsız siyasi partiya-

ların  cəmiyyətə  baxışının  ifşası  dayanır.  Publisist  əsərin  elə  ilk  sətrindən  ideyanın 

nədən  ibarət  olduğunu  açır: «Dövlət  Duması  yaxınlaşır.  Camaat  da  hazırlaşır, 

hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, 

axırda camaatı öz zurnası ilə oynatsın. Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün 

bir  elə  duma  qüra  bilərmi  ki,  hökuməti  zurnasına  oynatsın.  Axırda  kim  çalıb,  kim 

oynayacaq, onu Allah bilir. 

Ancaq bir onu demək lazımdır ki, indiyə kimi biz camaat hökumətin zurnasına 

oynayıb,  hamısının  ləzzətini  görmüşük.  İndi  Allah  elə  eləsin,  iş  elə  gətirsin  ki, 

hökumət camaatın zurnasına oynasın, görək onun ləzzəti nə cürdür. Deyilənə görə, o 

gərək çox dadlı olsun, çünki o zurnada çalınacaqdır: hürriyyət şikəstəsi, ədalət çahar-

gahı və müsavat bayatı-şirazı» (3, 312). Publisist əsərin bütün ideyası son cümlədəki 

siyasi anlayışların: hürriyyət, ədalət və müsavat sözlərinin üzərindədir. Əsərin sonrakı 

məzmunu çar Rusiyasının bir antidemokratik dövlət kimi bu  anlayışlara münasibətini 

ifadə  edir. «Sənətkarın  böyüklüyü  ondadır  ki,  o,  öz  müasirlərindən  fərqli  olaraq 

problemləri qabaqcadan görür». 

Ü.Hacıbəyli əsərlərinin hamısının ideyası problemləri əvvəlcədən, onların hələ 

qabarmadığı vaxtdan doğur. Publisist XX əsrin əvvəllərində rus imperiiyasının siyasi 

kursunu əvvəlcədən görür və bunun problemlər yaradacağını öncədən qələmə alırdı. 

Məsələn,  Üzeyir  Hacıbəyli  yaxşı  hiss  edirdi  ki,  çar  hökumətinin  Qafqaz  siyasi 

laxlayan kimi erməni-müsəlman qırğını törətməlidir. XX əsrin əvvəllərində publisist 

bu  öncəgörməsini  «Yalan  və  doğru»  əsərində  belə  ifadə  edirdi: «Hökumətin 

Peterburq teleqraf agentstvası Naxçıvan uyezdindən şeytan dilində bir xəbər yazıbdır: 

«Fevral  ayının 23-də  bir  dəstə  müsəlman  qulduru 4 nəfər  gəlin  aparan  er-

mənilərin üstə tökülüb, onları öldürübdülər. Və gəlini də bihörmət edib öldürübdülər. 

Ermənilər bu əhvalatdan bərk həyəcana gəliblər…» (3, 331). 

Müəllif  bu  xəbərin  saxta,  qurama  olduğunu,  ermənilərin  müsəlmanlara  qarşı 

qızışdırmaq məqsədi güddüyünü sübut etmək üçün onun «şeytan dilində» yazıldığını 

bildirir. Və daha sonra deyir: «Bu xəbəri şeytan dilindən adam dilinə tərcümə edəndə 

mənası  belə  çıxır: «Ay  ermənilər,  siz  nə  bişüur  tayfasınız  ki,  müsəlmanları  qırmır-




 

 

209



sınız?  Neyçün  qırğın  salmırsınız?  Neyçün  farağat  oturubsunuz?  Ay,  bir  tez  qırğın 

salın  ki,  hökumətin  işi  pisdir,  bəlkə  bir  az  dincələ».  Bu  mətndə  hər  şey  aydındır: 

«şeytan dili» çar hökumətidir. Xəbərin bu cür qurulması siyasi məzmun daşıyır, milli 

qırğın  törətməklə  yaranan  problemləri  ört-basdıra  xidmət  edirsə  və  s.  Ü.Hacıbəyli 

sanki  xəbərin  düz 80 il  sonra -1980-ci  illərin  sonunda  rus  imperiyası  tərəfindən 

yenidən gündəmə gətiriləcəyini hələ o zaman görürdü. Məlumdur ki, 1980-ci illərin 

sonunda  süquta  doğru  gedən  SSRİ  hökuməti  Qarabağa  dair  saxta  xəbərlər  ortaya 

atmaqla  xalqın  başını  qatmağa  cəhd  göstərdi.  O  zaman  da  «Moskovskiye  novosti» 

qəzeti  Ü.Hacıbəylinin  qeyd  etdiyi  «Peterburq  teleqraf  agentstvası»nın  xəbərlərinə 

bənzər saxta məlumat yaymağa cəhd göstərirdi. 

«Ermənistanın (?) Qarabağ bölgəsindən müdhiş xəbərlər gəlir. Müxbirimizin ver-

diyi  məlumata  görə  burada  azərbaycanlılar  erməni  evlərini  talan  edir,  Şuşada  qətillər 

törədirlər». Aydındır ki, bu tip saxta xəbərlər milli qırğın törətmək məqsədi güdürdü. 

Tarix  təkrar  olur.  Ü.Hacıbəyli  publisistikasının  ideyaları  yenidən  gündəmə  gəlir.  Bu 

ideyalara diqqətlə yanaşmaq faciə tarixlərinin təkrarının qarşısını almağa kömək olar.

 

 



ƏDƏBİYYAT 

1.

 



Abasov A. Üzeyir Hacıbəyovun sənətkarlığı. Bakı: Gənclik, 1986, 140 s. 

2.

 



Elçin. Ədəbiyyatımızın yaradıcılıq problemləri. Bakı: Təhsil, 1999, 564 s. 

3.

 



Hacıbəyli Ü. Seçilmiş əsərləri. Yazıçı, Bakı,1985, с.653. 

4.

 



İbrahimov M. Böyük bəstəkar və yazıçı. «Üzeyir Hacıbəyov. Seçilmiş əsərinə ön söz». 

Bakı: Yazıçı, 1985, 653 s. 

5.

 

Məmmədli C. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı: Elm, 2006, s.364. 



6.

 

Rendall Devid Universalğnıy jurnalist 



http/www/nri/ru/|laibrary|univer/journalist|index/htm. 2009. 

7.

 



Самарцев О.Р. Творческая деятельность журналиста. М.: Академический Проспект, 

2007, 528 с. 



 

ИДЕЯ В ПУБЛИЦИСТИКЕ УЗЕИРА ГАДЖИБЕЙЛИ 

 

Х.А.ГАДИМОВА 

РЕЗЮМЕ 

 

В  публицистике  Узеира Гаджибейли  идея  рождается из  гражданской  позиции  и 



социального  взгляда  профессионала  на  жизнь.  Все  идеи  в  публицистике  Узеира 

Гаджибейли  имеют  социальное  содержание.  По  мнению  выдающегося  представителя 

поэзии М. Бахтина «в художественном изображении идеи стоит или утверждение, или 

отрицание».  Но  в  этом  случае  и  утверждение  и  отрицание  служит  совершенному 

видению  человека  и  общества.  Интересно  отметить,  что  в  корне  всех  идей  стоит 

гражданский долг и чувство отчизны публициста.  

 

IDEA IN UZEIR HAJIBAYLI’S PUBLICISM 

 

Kh.A.GADIMOVA 

SUMMARY 

 

Idea in Uzeyir Hajibayli’s publicism arises in the form of a professional’s civic stand 

and social view of life. All the ideas in U.Hajibayli’s  publicism are of social content. 

According to the prominent representative of poetry, M.Bakhtin “ldeas state either affirmation 

or negation in artwork“. However, both affirmation and negation serve to perfect vision of the 

man and the society. It’s noteworthy that all the ideas originate from civic duty and the 



publisist’s love to motherland. 

Yüklə 46,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə