1. Müəllim peşəsinin yaranması və inkişafı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Mūəllimliyə giriş

 
 
 
 
 
21.Müəllimin mənəvi münasibəti
 
Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin 
tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi 
xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum 
professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, 
həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: 
“Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt 
kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq 
məkanına daxil olmaq üçün:İnsan münasibətləri mənəvi ölçülərə 
söykənməlidir;Adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar;dialoq 
birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”.Düzgün qurulmuş 
müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında 
mühüm vasitədir.Müəllim-şagird qarşılıqlı münasibətləri bir-birinə elə 
yönəlməlidir ki, onların qarşılıqlı anlaşmasını şərtləndirsin. Bu isə öz 
növbəsində davranışın qarşılıqlı korreksiyasına gətirir. Təlim 
şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-
şagird qarşılıqlı münasibətləri təlim və tərbiyə məsələlərinin həllində 
əsas rol oynayır.
22.Pedaqoji ünsiyyət
 
Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində 
həyata keçirdiyi peşə ünsiyyətidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf 


etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılmasma yönəlmiş 
olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli 
psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin 
pedaqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə 
dərindən tanış ohnası və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan 
lazımi şəkildə istifadə etməsi zəruridir.Pedaqoji ünsiyyət ümumiyyətlə 
ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir.Sosial-psixoloji 
ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu 
cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir. Pedaqoji ünsiyyətin 
yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq 
mümkündür: informasiya mübadiləsi, başqa adamın davranışını 
tənzim etmək, şəxsiyyətlərarası anlama. Tərəf müqabilliyin 
xarakterinə və müəllimin ünsiyyətdəki mövqeyinə görə də pedaqoji 
ünsiyyətin növlərini müəyyənləşdirmək mümkündür. Adətən, 
şagirdlərlə və valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən 
rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla 
pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və 
buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti 
öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə 
ayırmaq mümkündür. Bunlaraa təşkiledici, qiymətləndirici, intizam 
yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə