1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllimin peşə qabiliyyətinin şərhi



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   2   3   4   5   6   7   8   9   ...   23
Mūəllimliyə giriş

9.Müəllimin peşə qabiliyyətinin şərhi
 
Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son 
nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa 
yiyələnməkdə özünü göstərir.
Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları ilə və 
valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər 
bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur.
Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün 
planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır 
olmaqda ifadə olunur.
İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, 
mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur.
Pedaqoji qabiliyyətlər — insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, 
gərgin əməklə qazanmaq olar.
10.Müəllimin şəxsi kefiyyətləri(17sualla eynidir)
 
1.Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır. O, 
xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. 
Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə 
məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.
2. Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə 
zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, 
xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə 
özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək 
olmaz.
3. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. 
Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə 


«müəllim» uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə 
yetişdirər.
4. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini 
sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən 
müəllim isə əla müəllimdir.
5. Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, 
mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu 
qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, 
ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim 
sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində 
durmalıdır. 

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə