1. Müəllim peşəsinin yaranması və inkişafı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
Mūəllimliyə giriş

23.Pedaqoji takt
 
Pedaqoji takt – müəllimin şagirdlərlə, valideynlər və öz həmkarları ilə 
məqsədyönlü pedaqoji təsir ölçüsü, ünsiyyətin məhsuldar stildə 
yaradılması bacarığıdır. Pedaqoji taktın mahiyyətini təşkil edən bu 
məsələ müəllimin öz fəaliyyətini nəzarətdə saxlamaq bacarığı, konkret 
situasiyalarda pedaqoji təsir vasitələrini düzgün seçə bilməsidir. 
Pedaqoji taktda müəllim dəqiq və optimal hərəkət etməlidir. Bu 
baxımdan pedaqoji takt eyni zamanda həm ölçü hissi, həm fəaliyyətin 
şüurlu miqdarı, həm onu nəzarətdə saxlamaq bacarığı, həm də zəruri 
olduqda bir vasitənin digəri ilə əvəzləndirməsini nəzərdə tutur. 
Pedaqoji takt müəllimin davranışının müvazinətində aşkarlanır. O, 


şagirdlərə inam və optimistcəsinə fərziyyələrlə yanaşmağı tələb edir. 
Müəllimin inamı şagirdlərə işləməyə stimul ola bilər.Pedaqoji takt 
müəllimin şagirdlərlə qarşılıqlı təsirində müxtəlif formalarda: dərsdə, 
sinifdənkənar tədbirlərdə və asudə vaxtda aşkarlanır. Dərsdə pedaqoji 
taktın ən zəruri göstəricisi müəllimin öz fənnini gözəl bilməsi, onu 
sevməsi və şagirdlərə sevdirə bilməsidir.Dərsdə şagirdlərin müəllimlə 
münaqişəsinin təhlili göstərir ki, bunun əsas səbələrindən biri dərsin 
məqsəd və mahiyyətindən uzaqlaşaraq müəllimin şagirdlərin xarici 
görünüşünə, fikrinə, bacarığına kobud iradları, yəni taktsızlığıdır. 
Bəzən müəllim şagirdlərdən kiminsə küçədə necə və hansı geyimdə 
göründüyünü sinifdə deyir, şagirdə irad tutur və bununla da onların 
arasında münaqişə başlayır. Müəllimin taktı dərsin bütün 
mərhələlərində lazımdır. Xüsusən şagirdlərin bili¬yinin yoxlanılması və 
qiymətləndiril¬mə¬sində müəllim özünün davranışına xüsusi diqqət 
yetirməlidir. Pedaqoji takta yiyələnmək üçün müəllim aşağıdakı bir 
sıra bacarıqlara malik olmalıdır:Uşaqları sevmək, onlara öz 
məhəbbətini göstərmək;Müşahidə etmək, uşaqların davranışının 
daxili mexaniz-mini görmək;Yaranmış vəziyyətə istiqamət götürməyi 
bacarmaq; Qarşılıqlı təsir bacarığını seçə bilmək;Uşaqlarla söhbət 
mədəniyyətinə malik olmaq.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə