1. Müəllim peşəsinin yaranması və inkişafı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
  1   2   3   4   5   6   7   8   9   ...   23
Mūəllimliyə giriş



 
 
 


 
 


 
 
 
 


1.Müəllim peşəsinin yaranması və inkişafı
 
Müəllim peşəsinin yaranma tarixi çox qədimdir.Hələ ibtidai icma dövründən 
böyüklər öz təcrübələrini kiçiklərə ötürür.Xırda təsərrüfat işlərində iştirak 
etmek,ov etmek usaqlarda bir sira bacarıqları formalasdirdi.Lakin zaman 
kecdikce əmək alətləri yarandi,ov etmek,qida elde etmek çetinlesdi.Bununlada 
uşaqlarin qazandiğı bacariqlar dahada mürekkeblesdi.Cəmiyyət inkisaf etdikcə 
təlim ve terbiye isleridə mürəkkəbləşdi.Və bu işlə məşğul olan sosial təbəqə 
yarandi.Məs:Babilistan,Misir,Suriyada-müəllimlərə kahinlər,Qədim 
Yunanistanda-pedanomlar,pedaqoqlar,didaşkallar adlandirdilar.Onlar usaqlarin 
təkcə təlimi ilə yox,tərbiyesi ilede meşgul olurdu.Terbiye etmek-usaqlari 
beslemek,böyütmək kimi qəbul edilib.Müəllim-müdrik,hər şeyden hetta 
elmlerden,heyat hadisələrdən xəbardar olan,meslehet veren 
şəxsiyyətlərdir.Müəllimlik ixtisası ilə bağlı bir sira sexsiyyetler deyerli fikirler 
söyləmişlər.N.Gencevi müəllimi işıq saçan gûnəşə bənzətmişdir.Ulu Öndər 
Heydər Əliyev- “Şəxsən mən yer üzündə müəllim adından şərəfli ad 
tanımıram”.H.Zərdabi – “Əgər məndən soruşsalar ki,ən şərəfli peşə hansidır,o 
zaman iftixarla deyerem ki-müəllim.
2.Dünyada və Azərbaycanda ilk məktəblərin yaranmasi və fəaliyyəti
 
3.Qədim Şərq və qərb dûnyasinin filosoflarinin muellimlik pesesi haqqinda 
fikirləri(4,5ci suallarla eynidir)
 
Ümumtəhsil məktəblərində tədris fənlərinin xarakteri elədir ki, hər bir dərsin 
özündə tərbiyəvi ünsürlər vardır. Lakin görkəmli rus pedaqoqu N.İ.Piroqovun 
belə bir fikrini yaddan çıxarmaq olmaz ki, bu ünsür çox zaman dərində olur və 
bəzən səthi, müşahidəçi üçün görünməz qalır. Bundan istifadə etməyən müəllim 


isə K.D.Uşinskinin dediyi kimi “Uşaqlar üzərində ən başlıca və gerçək təsir 
vasitələrini itirmiş olur". Buna görə də müəllim dərsin bu cəhətini yaddan 
çıxarmamalı və onun tərbiyəvi imkanlarını nəzərdən qaçırmamalıdır. Müəllim 
həm də sinif rəhbəridir, dərsdənkənar tərbiyəvi işlərin bilavasitə təşkilatçısı və 
rəhbəridir. Bu istiqamətdə tərbiyə işlərinin səmərəli olması onun pedaqoji 
məharətindən, səriştəsindən çox asılıdır. Müəlim, sinif rəhbəri tərbiyə işlərinin 
metodikasına, texnologiyasına daha dərindən bələd olduqda onun apardığı 
tərbiyə işlərinin təsiri də bir o qədər güclü olur.V.A.Suxomlinski yazırdı: 
"Şagirdlərlə yalnız dərsdə-müəl- lim stolunun bir tərəfində o, digər tərəfində 
şagirdlər olmaqla görüşən adam uşaq ruhunu bilmir, uşağı tanımayan adam isə 
tərbiyəçi ola bilməz. Belə adam üçün uşaqların fikirləri, hissləri və arzuları 
həmişə bağlı olur. Müəllim stolu bəzən elə bir daş divara çevrilir ki, həmin 
divarın arxasından o öz “düşməninə” şagirdlərə qarşı “hücuma” keçir; lakin çox 
vaxt bu stol mühasirəyə alınmış qalaya çevrilir və “düşmən” həmin qalanı təngə 
gətirməklə fəth edir, orada gizlənmiş“hərbi rəis” isə özünü əlləri və ayaqları 
bağlı hiss edir”Lakin təəssüf ki, məktəbə, təhsilə, müəlliməmüasir yanaşmaların 
olduğu və yeni tələblərin verildiyiindiki dövrdə də məktəblərimizdə belə 
müəllimlər vardır. Belə şəraitdə isə nə yaradıcı düşüncədən, nə də 
əməkdaşlıqdan söhbət gedə bilməz.Müəllim təkcə məktəbdə deyil, sosial 
həyatda, cəmiyyət içərisində də müəllimdir, tərbiyəçidir. Buna görə də o, hər 
yerdə özünün hərəkət və davranışını gözləməli, öz üzərində uşaqların, gənclərin, 
yaşlıların baxışlarının olduğunu unutmamalıdır. Müd- rik şəxsiyyətlərdən birinin 
çox gözəl bir fikri vardır: “Müəllim işini hər adama tapşırmaq olmaz. Amma 
müəllimə hər şeyi etibar etmək olar”.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə