1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllimlik əməyinin sosial mahiyyəti



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   2   3   4   5   6   7   8   9   ...   23
Mūəllimliyə giriş

6.Müəllimlik əməyinin sosial mahiyyəti
 
Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər 
sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə 
mühüm tərəflərini özündə birləşdirir ki,bunlar pedaqoji prosesin tamlığını, 
şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü təmin etməklə təhsilalanların 
təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və 
gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi 
formalaşmasına səbəb olur.Pedaqoji prosesə səriştəli yanaşma müəllimdən 
dərin bilik və bacarıq tələb edir. Buna görə də peşəkarlıqla səriştəlilik bir-biri ilə 
qarşılıqlı surətdə əlaqədardır.Lakin müəllimin peşəkar fəaliyyətinin səmərəliliyi 
təkcə bilik və bacarıqların çoxluğundan asılı deyildir. Əsas məsələ əldə olunmuş 
bacarıqlardan müəyyən pedaqoji situasiyalarda düzgün və səmərəli istifadə 
etmək, məlumat və bilikləri müxtəlif və optimal üsullarla, çevik şəkildə 


şagirdlərə çatdırmaqdan ibarətdir. Hər oxuyan Molla Pənah olmaz!", "Çörəyi ver 
çörəkçiyə" , "Kamil bir palançı olsa da insan,yaxşıdır yarımçıq papaqçılıqdan", 
yüzlərlə bu səpkidə olan nümunələr peşəkarlığı yüksək qiymətləndirməklə 
insanların öz peşələrini dərindən bilməyi, əsl peşəkar olmağı nəzərdə 
tutur.Müəllim peşəsi sosial hadisə və incəsənət kimi olduqca mürəkkəb 
struktura malikdir. Bu strukturda əməyin predmeti,əmək vasitələri, müəyyən 
qanunauyğunluqlar,prinsiplər, qaydalar, normalar, metodlar,və s. özünü göstərir. 
Müəllimin peşəkarlığı onun müəllimlik diplomuna malik olması ilə ölçülmür. 
Peşəsi müəllim olanın heç də hamısı müəllimlik sənətinin zirvəsinə yüksələ və 
peşəkar müəllim ola bilmirlər. Buna görə də peşəkarlıq səviyyəsinə yüksəlmək 
üçün müəllim öz sənətinə bağlı olmalı, onu sevməli və daim öz üzərində 
çalışmalıdır.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə