1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllimin öz emosional vəziyyətini idareetme bacarığı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Mūəllimliyə giriş

42.Müəllimin öz emosional vəziyyətini idareetme bacarığı
 
Təlim-tərbiyə işinin səmərəli alınmasında müəllimin öz hiss və 
həyəcanlarını, emosional vəziyyətini idarəetmə ustalığı mühüm rol 


oynayır. Aqil pedaqoqların dediyi kimi hər bir dərs, keçirilən hər bir 
tərbiyəvi tədbir müəllimin yaradıcılıq əsəridir. Onlar da heç vaxt eyni 
olmur, bir-birinə bənzəmirlər. Bunun əsas səbəblərindən biri də, 
fikrimizcə, müəllimin öz emosional vəziyyətini necə idarə etməsi ilə 
bağlıdır.Fəaliyyətə yeni başlayan gənc müəllimin siniflə ünsiyyətinin 
kütləvi xarakteri onda “əzələ sıxılmaları”, inamsızlıq hissi, qorxu, təlaş, 
donuqluq yaradır. Müəllimlərin,uşaqların, valideynlərin ona yönəlmiş 
nəzərləri, hamının diqqət mərkəzində olması onun fikirlərinin 
dəqiqliyində, səs aparatının vəziyyətində aydın əks olunur: ayaqları 
keyləşir,əlləri quruyur-süstləşir, özünü narahat hiss edir, gülməli və 
bacarıqsız görünür. Mövcud pedaqoji ədəbiyyatda öz-özünü 
tənzimləmənin ən vacib vasitələrinə bunlar aiddir: xeyirxahlıq və 
nikbinlik tərbiyəsi, öz davranışına nəzarət, fəaliyyətdə fasiləliyi, 
araverməni təmin etmək. Digər qrup üsullar, qaydalar orqanizmin 
fəaliyyətinə nəzarət etməyə əsaslanır. Emosional həyəcanların 
dərinliyini onların xarici təzahürünə təsir etməklə dəyişdirmək olar. 
Belə ki, hislərin sematik və vegetativ təzahürlərinə elementar nəzarət 
onların özünəkorreksiyasına doğru aparır, düzəlişlər verir. Bunu mimik 
tonus, sifətin əzələləri, nitqin tempi, nəfəsalma,gülüş, təbəssüm və s. 
İlə nəzarətə almaq olar. Növbəti dərsə hazırlaşan, şagirdlər qarşısında 
qorxu, inamsızlıq keçiriləcək gənc müəllimlə relaksiya (sakitləşmə) 
seansları,onda özünə qarşı inam yaratmaq lazım gəlir. Ona təlqin 
etmək lazımdır ki, şagirdlər qarşısında dərs demək o qədər də çətin iş 
deyil, uşaqlar sizi dinləyirlər, sevirlər, tələblərinizi yerinə yetirirlər və 
siz dərsi apara bilərsiniz. Əsas məsələ deyəcəyin mövzuya daha yaxşı 
hazırlaşmaqdan, istifadə edəcəyiniz əyani, texniki vasitələrin 
olmasından, düzgün təqdimatdan asılıdır. Dərsə hazırlıqda əsas 
məsələ özünü tənzimləmədir. Bu zaman onun dərsin məqsədinə, 
məzmununa uyğun olan üsul və vasitələri seçməsi asanlaşır, vəzifə 
uğurla nəticələnir

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə