1. Müəllim peşəsinin yaranması və inkişafı


Pedaqoji fəaliyyət vẹ qarsisinda duran vezife



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Mūəllimliyə giriş

19.Pedaqoji fəaliyyət vẹ qarsisinda duran vezife
 
Pedaqoji fəaliyyətin məqsədi müəllimdən cəmiyyətin sosial vəzifəsini şəxsən 
qəbul etməyi, konkret hərəkətlərin məqsəd və vəzifələrini yaradiciliqla 
anlamaqi şagirdin maraqini nəzərə alaraq təlim fəaliyyətində onlara verilmiş 
vəzifəni başqa şəkilə salmaği bacarmaği tələb edir,.Tərbiyənin əsas vasitələri 
əmək, ünsiyyət, oyun və təlimdir. Uşaqlar bu fəaliyyət növlərində müntəzəm 
iştirak edirlər.Pedaqoji əməyin obyekti təkrarolunmaz fərdi keyfiyyətləri, baş 
verən hadisələrə şəxsi münasibəti və dərketmə olan fəal varlıqlar – canlı 
insandır. O daima dəyişir, inkişaf edir, özünə yaradıcı münasibət, axtarış tələb 
edir. O, pedaqoji prosesin fəal iştirakçısıdır. Müəllimlərlə yanaşı, ona əhatə 
olunduğu həyat da, çox vaxt kortəbii şəkildə, çoxplanlı və müxtəlif 
istiqamətlərdə təsirlər edir. Ona görə də pedaqoji əmək uşağa olunan bütün 
təsirlərin düzəlişlərlə verilməsini, lazım gələrsə, tərbiyə ilə yanaşı 
yenidəntərbiyə və özünütərbiyədən də istifadə edilməsini nəzərdə tutur. 
Bütövlükdə müasir pedaqogika, əməkdaşlıq pedaqogikası məktəblərdə 
münasibətlərin demokratikləşməsinə doğru yönəlmişdir və məktəbliləri 
pedaqoji prosesin iştirakçısına, həmməsləkinə çevirmək üçün onları 
fəallaşdırmağa çalışır.Pedaqoji fəaliyyətin subyekti isə tərbiyə edilənə təsir 
göstərən müəllim, valıdeynlər və kollektivdir. Ən əsas təsir aləti isə müəllimin 
şəxsiyyəti, onun bilik və bacarıqlarıdır. Əgər şagirdlər müəllimin şəxsiyyətini 


qəbul etmirlərsə, onun biliklərinə, hərəkətlərinə tənqidi yanaşacaq, təsirinə 
qarşı çıxacaqlar.Şagirdə bir şəxsiyyət kimi yalnız düzgün əxlaqi təsir göstərən 
şəxs əsil tərbiyəçi ola bilər. Bu isə pedaqoqun mütamadi olaraq 
özünütəkmilləşdirməsi şərti ilə mümkündür.
20.Pedaqoji fəaliyyətin növləri və xususiyyetleri

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə