1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllim şəxsiyyəti,müəllim andı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Mūəllimliyə giriş

37.Müəllim şəxsiyyəti,müəllim andı
 
Müəllim şəxsiyyəti təhsilalanlarda fəal vətəndaş mövqeyi 
formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və 
dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək 
fəaliyyətinə hazırlayır.Müəllim əlavə təhsil və özünütəhsil yolu 
ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, 
təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparır, 
keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün 
təkliflərlə çıxış edir. Müəllim yenilikçidir, innovasiya və yeni 
tədris texnologiyalarını mənimsəyir və öz təcrübəsində tətbiq 
edir.üəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə 
görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi 
inkişafı üçün məsuliyyət daşıyır.Müəllim gənc nəslə milli və 
bəşəri dəyərləri aşılamaqla təhsilalanların mədəni inikişafı 
prosesində birbaşa iştirak edir.Müəllim təhsilalanlara keyfiyyətli 
təhsil verməklə peşəsinə olan ictimai etimad və hörməti 
doğruldur.Müəllim pedaqoji etika və əxlaq normalarına riayət 
edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. 


1.And
Azərbaycan Respublikası ilə müəllim arasında açıq 
hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. 
 
2.
Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: 
"Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına 
riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq 
qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar 
fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına 
yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər 
və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət 
əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma 
and içirəm.” 
3.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının 
Dövlət bayrağı altında Azərbaycan Respublikasının 
Konstitusiyasına əl basmaqla həyata keçirilir. 

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə