1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllimin qeyri-verbal ünsiyyəti



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   15   16   17   18   19   20   21   22   23
Mūəllimliyə giriş

 


48.Müəllimin qeyri-verbal ünsiyyəti
 
Ünsiyyət iki və daha artıq insan arasında baş verən qarşılıqlı 
münasibətdir demək olar. Ünsiyyət bir neçə növə ayrılır. Onlardan 
verbal və qeyri verbal ünsiyyəti qeyd etmək istəyirəm. Verbal ünsiyyət 
nitq vasitəsilə, qeyri-qerbal ünsiyyət isə emosiyalar vasitəsilə baş 
tutur.
Göz kontaktı qurmaq.
-Ünsiyyətdə göz kontaktı və ya göz təması 
qurmaq çox vacibdir. Bu, özünə əminliyin, qarşı tərəfə göstərdiyiniz 
hörmətin, qarşı tərəflə ünsiyyətə göstərdiyiniz diqqətin və eləcə də 
sözlərin yalan olmadığının göstəricisidir. Ünsiyyət zamanı gözləri 
yayındırmaq və tərəf müqabilinin gözünə baxmaqdan çəkinmək 
qorxu, təlaş, eləcə də məlumatların doğru olmadığına bir işarədir. 
Bədən dilindən istifadə etmək
.-Bədən dili dedikdə jestlər və 
mimikalar, hətta ünsiyyət zamanı səs tonu nəzərdə tutulur. 
Araşdırmalara görə qarşı tərəfə məlumatların effektiv ötürülməsi 
baxımından jestlər və mimikalar 55-60 %, səs tonu 30-35 %, sözlər isə 
8-10 % əhəmiyyət daşıyır. Bu baxımından, məlumatların effektiv 
ötürülməsi baxımından və ünsiyyətin təsirli olması üçün bədən 
dilindən istifadə edin.
Xoş ifadələrdən istifadə etmək
.-Aqressiya 
aqressiya gətirir. Eynilə də, ünsiyyət zamanı birinə xoş söz söyləsəniz 
qarşılığı da xoş söz olacaqdır. Bunu bir bumeranq kimi düşünün. Ona 
görə də təsirli bir ünsiyyət üçün xoş ifadələrdən istifadə etmək 
məsləhətdir. Unutmayın ki, xoş sözlər hamının xoşuna gəlir.
Yaxşı bir 
natiq kimi, yaxşı bir dinləyici də olmağı bacarmaq.-
Təsirli danışmaq 
qədər, dinləmək də önəmlidir. Bu baxımdan aktiv bir dinləyici olmaq, 
effektiv ünsiyyətin təməl prinsiplərindən biridir.
Empatiya qura 
bilmək
.-Empatiya özünü qarşıdakının yerinə qoyaraq onun düşüncə 
və davranışlarına şərik çıxmaqdır. Empatiya quraraq dediyin hər hansı 
bir sözün qarşı tərəfdə hansı hiss yarada biləcəyini öyrənə bilərsiniz və 
bununla da kəlimələr seçərkən daha diqqətli davranaraq ünsiyyətin 
uğurlu olmasına nail ola bilərsiniz.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə