1. Müəllim peşəsinin yaranması və inkişafı


Müəllimin xarici görünüşü



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Mūəllimliyə giriş

43.Müəllimin xarici görünüşü
 


Elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə 
təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi 
şəraitdə, hətta küçədə gedərkən belə müəllim olduğu müəyyənləşir. 
Müəllimlər “müasir müəllim” ki, onların bu müasirliyini qələmə verən 
xarici görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik, cazibədarlıq 
nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin münasibliyi və gözəlliyi, 
müasirliyi yalnız “zövqün gözəlliyi” anlayışı ilə müəyyənləşmir. Bu 
məsələ özü- özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki, 
burada zəngin dünya görüşü də rol oynayır. Həmin müəllimlərə 
baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur. 
Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq 
formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və 
fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində 
ifadə edirlər.Təəssüf ki, elə müəllimlərimiz daxildir ki, onların xarici 
görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu 
müəllimlər açıq-saçıq, “təhsil və tərbiyə ocağı” adlanan məktəbə 
qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları 
ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərir. Bununla 
yanaşı qeyd edim ki, belə müəllimlər arasında çox səriştəli, peşəsinin 
vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. 
Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə 
də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman 
müəllimin davranışının, danışığının, jest və mimikasının, 
maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq 
olmaz. Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə 
məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Müəllimlərin 
görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, və sair 
kimi amillər yolverilməzdir.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə