1. Müəllim peşəsinin yaranması və inkişafı


Pedoqoji ünsiyyətinin üslubundan asılı olmayaraq olan müəllim



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   15   16   17   18   19   20   21   22   23
Mūəllimliyə giriş

47.Pedoqoji ünsiyyətinin üslubundan asılı olmayaraq olan müəllim 
tipi
 
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə 
rolunu oynayır. Müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı 
təsir göstərir. Psixoloqlar şərti olaraq bu davranış modellərinə 
aşağıdakıları aid edirlər:
1.Diktator modeli- Bu cür müəllimlər dərs dedikləri şagirdlərdən bir 
növ təcrid olunurlar. Onlar yalnız şagirdlərə bilik vermək, öz hazırlıq 


səviyyələrini nəzərə çatdırmağa çalışırlar. Şagirdlərlə müəllim arasında 
heç bir qarşılıqlı təsir mövjud olmur.Nəticədə psixoloji təmas olmur, 
buradan isə şagirdin, tələbənin passivliyi yaranır.
2. Təmassız model-. Bu cür model özünün psixoloji məzmununa görə 
birinciyə yaxın olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və 
şagirdlər arasında zəif əlaqə yaranır. 
3. Fərqləndirici diqqət modeli- Bu cür müəllimlər şagirdlərə seçici 
münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı 
və yaxud zəif şagirdlərə diqqət yetirirlər. Nəticədə müəllim-şagird 
kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.
4. Hiporefleks modeli- Bu jür müəllimlər ünsiyyət zamanısanki 
özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi 
monoloji xarakter daşıyır. O, dinləyijilərə heç cür reaksiya, fikir vermir.
5. Hiperefleks modeli-Bu model əvvəlkinin bir növ əksini təşkil edir. 
Müəllim qarşılıqlı təsirin məzmununa deyil, ətrafdakıların onu necə 
qavramasına fikir verir. Bu cür müəllim dərsdə sanki özünü 
üzür.Nəticədə müəllimin sosial-psixoloji həssaslığı güclənir, kəskinləşir.
6. Dəyişməyən reaksiya modeli- Bu cür müəllimlər şəraitin 
dəyişməsinə baxmayaraq ünsiyyəti əvvəl planlaşdırdıqları şəkildə 
aparmağa can atırlar. Nəticədə Pedaqoji qarşılıqlı təsirin səmərəsi 
aşağı düşür.
7. Avtoritar model,- Təlim prosesində bü cür müəllim yeganə və əsas 
iştirakçı olur. Sualı da, cavabı da, hökmü də o verir. Siniflə onun 
arasında yaradıcı qarşılıqlı əlaqə praktik olaraq mövcud deyildir. 
Müəllimin birtərəfli fəallığı şagirdlərin hər cür təşəbbüsünü boğur. 
Şagirdlər özlərini yalnız ijraçı kimi fəallığı minimumu enir.
8.Fəal qarşılıqlı təsir modeli- Bu cür müəllim şagirdlərlə daima 
dialoqda olur, təşəbbüsü rəğbətləndirir. Qrupda psixoloji iqlimin 
dəyişməsini asanlıqla hiss edir və ona reaksiya verir. Özünün rol 
distansiyasını saxlamaqla dostluq əlaqələrinə üstünlük verir.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə