1. Müəllim peşəsinin yaranması və inkişafı


Effektiv müellim-şagird unsiyyetinin qurulması



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   15   16   17   18   19   20   21   22   23
Mūəllimliyə giriş

52.Effektiv müellim-şagird unsiyyetinin qurulması
 
Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri 
dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim 
– şagird” münasibətlərinin qurulmasında pedaqoji taktı – nəzakəti, 
şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə 
ədəblə davranmalıdır.Müəllim və şagird arasında qarşılıqlı hörmət 
olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi 
yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun 
mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. 
Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün 
pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət 
yaratmalıdır.Müəllim və şagird arasında problemlər adətən, sinifdən-
sinfə keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar olaraq baş 
verir. Məs:, 4-cü sinifdən 5-ci sinfə keçəndə yeni müəllimlərlə tanışlıq 
zamanı şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər olur. 
Birdən-birə onlar bir müəllimin əlindən çıxıb, bir neçə müəllimin 
qarşısında otururlar. Yeni müəllimlərlə tanışlıq onların özünəməxsus 
xarakterlərinin formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi 
yenicə bitirmiş şagirdlər arasında çaşqınlıq yaradır. Bu sahədə onlara 
yeni təyin olunmuş sinif rəhbəri və məktəbin psixoloqu kömək 
etməlidir.İlk vaxtlarda onların çoxu ağlayır, müəllimə öz şıltaqlıqlarını 
bildirir, bunun da həlli yolu ondan ibarətdir ki, uşaqlar məktəbə 
gəlməmişdən əvvəl mütləq uşaq bağçalarına getməli, cəmiyyətin 
arasında özlərini necə aparmaq lazım olduqlarını 
öyrənməlıdirlər.Düzgün qurulmuş müəllim – şagird münasibətləri 
şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı 
ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə 
istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil 
sistemində şagird – müəllim problemlərinin yaranmasına gətirib 
çıxarır.Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 


bu təklifləri irəli sürürəm:1. Müəllim yaxşı psixoloq olmalıdır. Pedaqoji 
məktəblərdə psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə 
işləyən müəllimlər üçün də ara-sıra belə məşğələlər təşkil olunmalıdır. 
2. Müəllim etik, estetik mədəniyyətə malik olmalıdır.3. Müəllim hər 
bir şəxsə fərdi yanaşmağı bacarmalıdır.4. Müəllim valideynlə sıx 
əlaqədə olmalıdır.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə