1. Müəllim peşəsinin yaranması və inkişafı


Müellimin nitq texnikası və diksiyası(45,46ci sualla eynidir)



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   15   16   17   18   19   20   21   22   23
Mūəllimliyə giriş

44.Müellimin nitq texnikası və diksiyası(45,46ci sualla eynidir)
 
Şagirdlərin müəllimin nitqini qavraması və anlaması mürəkkəb təlim 
prosesi ilə sıx bağlıdır. Elə buna görə də şagirdlərin təlim materialını 
düzgün mənimsəməsi müəllimin nitqinin kamilliyindən çox asılıdır. 


Uşaqlar müəllimin nitq qabiliyyətinə qarşı çox həssasdırlar.Düzgün 
tələffüz edilməyən bir söz, kəlmə dərhal onların gülüşünə səbəb olur, 
monoton,yaxud tələsik danışıq isə diqqəti yayındırır, süstlük, 
cansıxıcılıq yaradır. Səmimi mehriban danışıq zamanı yersiz, ucadan, 
həyəcanlı söhbət müəllimə qarşı inamsızlıq gətirir.Odur ki, hər bir 
müəllim bir natiq kimi öz üzərində çalışmalıdır. Müəllim səsinin əsas 
xüsusiyyətləri bunlardır: 1) Səsin gücü. Bu, nitq aparatı orqanlarının 
işinin fəallığından asılıdır.2) Səsin uçuşlu olması, onun müəyyən 
məsafəni qət edə bilməsidir. 3) Səsin çevikliyi və mütəhərrikliyi.4) 
Səsin diapazonu, yəni həcmi.5) Səsin tembri..Tembr danışanın əhvali-
ruhiyyəsindən, onun insan, əşya və hadisələrə münasibətindən asılı 
olaraq dəyişir. Təcrübələr əsasında sübut edilmişdir ki, uşaqlar yuxarı 
səslə aşağı səsi nisbətən daha yaxşı qəbul edir, onu xoşlayırlar. Bütün 
bunları nəzərə alaraq hər bir müəllim öz səsinə qarşı daha tələbkar 
olmalı, onun tərbiyəsi ilə məşğul olmağa çalışmalıdır. Diksiya – 
sözlərin, hecaların və səslərin aydın tələffüz edilməsidir. O bütün nitq 
aparatinın – dil, dodaqlar, dilçək, damaq, çənə, dişlər, qırtlaq, utlaq və 
səs tellərinin mütəşəkkil,məhsuldar fəaliyyətindən asılıdır. Diksiyanın 
pozulması bütün hallarda nitqi anlamağı çətinləşdirir. Bu cür 
danışıqda və oxuduqda çox zaman sözlərin əvvəli, axırı aydın deyilmir, 
səslər qarışdırılır, sözlər bitişik halda tələffüz olunur. Müəllimin nitqi 
aydın, canlı, sədalı, yığcam, təmiz, düzgün və dəqiq, mənalı olmalı, 
diqqəti cəlb etməli, şagirdləri yatırtmamalı, onları fikirləşməyə və 
hərəkət etməyə, fəaliyyətə çağırmalıdır.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə