1. Müəllim peşəsinin yaranması və inkişafı



Yüklə 190,88 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix24.12.2023
ölçüsü190,88 Kb.
#159258
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Mūəllimliyə giriş

31.Psixoloji diaqnostika
 
 
 
 
 
32.Psixoloji diaqnostikanın növleri ve formaları
 


 
 
 
 
33.Müəllimin etik davranis qaydaları(34,35,36ci sualla eynidir)
 
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini 
gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:
1.
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı 
Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan 
Respublikasının qanunlarının, habelə Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 
tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl 
etməyə borcludur.
2.
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz 
peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə 
borcludur. 
3.
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə 
yetirməyə borcludur 
4.
Loyallıq –Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və 
nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl 
gətirə biləcək hərəkətlərə yol verməməlidir.
5.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və 
həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və 
təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, 
tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan 
düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, 
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir 
verməli, hər zaman səliqəli olmalıdır.


6.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz 
olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial 
mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai 
mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər 
iştirakçılarına fərq qoymamalıdır. 
7.
İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, 
müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. 
Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez 
bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına 
çalışmalıdır. 
8.
Konfidensiallıq – qanunla nəzərdə tutulmuş hallar istisna 
olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsil 
alanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi 
həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını 
təmin etməlidir.

Yüklə 190,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə