1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

tədqiqatlar  geomorfoloji  tədqiqatlarla  sıx  əlaqədə  aparılır.  Belə  ki,  relyefin 



müxtəlif  formalarının  xarakteristikasını  verdikdə,  mütləq  onun  əmələgəlməsində 

geoloji faktorların rolunu aşkar etmək lazımdır.  

Geoloji xəritəalma bir neçə üsul ilə aparılır ki, bunlardan ən geniş yayılanları 

aşağıdakılardır: 



1.Marşrut  üzrə  xəritəalma  –  Bu  zaman  tədqiq  olunan  ərazi  bir  sıra 

marşrutlarla  süxurların  uzanma  istiqamətinə  perpendikulyar  kəsilir  və  marşrut 

vaxtı aparılan müşahidələr topoqrafik xəritədə qeyd olunur. 

2.Sahəvi  xəritəalma    -  Bu  üsul  faydalı  qazıntı  yataqlarına  malik  olan 

rayonlarda  yerinə  yetirilir  və  bir  qayda  olaraq  1:20  000  –  1:  25 000  miqyaslarda 

aparılır. 

3.İnstrumental geoloji xəritəalma daha iri miqyasda aparılır. (1:25 000, 1:10 

000, 1:5 000). İnstrumental geoloji xəritəalma topoqrafın iştirakı ilə keçir və bu işi 

topoqraf menzula və kiprigel vasitəsilə aparılır. 

Çöl  praktikası  zamanı  hər  bir  tədqiqatçı  geoloji  vəsaitlərdən  istifadə 

qaydalarını,  geoloji  kəsimlərin  yazılmasını  və  nümunələr  götürməyi,  gündəlik 

yazmağı,  müxtəlif  geoloji  –  geomorfoloji  obyektlərin  foto  şəklini  çəkməyi, 

ölkəmizin  geoloji  və  mineral  ehtiyatlarını  göstərən  kolleksiyalar  təşkil  etməyi 

bacarmalıdır.  Eyni  zamanda  geoloji  planalma  işlərinin  metodikasını  çöl 

materiallarının elmi  surətdə işlənib hazırlanmasını və  həmin  işlərin  Yerin geoloji 

inkişaf  tarixinin  və  orqanik  aləminin  gələcəkdə  kompleks  öyrənilməsinə  tətbiq 

etməyi  bacarmalıdır.  Çöl  müşahidələrinə  aşağıdakılar  aiddir:  rayonun  fiziki- 

geoloji xüsusiyyətlərinin yazılması; kəsilişlərin öyrənilməsi və qrafikin tərtibi; dağ 

süxurlarının geoloji yaşının təyini; fasiyal dəyişmələr yolu ilə kəsilişlərin tərtibi və 

korrelyasiyası;  paleoekoloji  müşahidə,  sxematik  geoloji  xəritələr  və  profillərin 

tərtibi. 

Geoloji tədqiqatlara üç mərhələ daxildir: hazılıq, çöl və kameral işləri. 

Hazırlıq  mərhələsində  təşkilat  məsələləri  ilə  yanaşı,  geoloji  dəstənin  rəhbəri 

tədqiqatçıları  çöl  ləvazimatları,  rayonun  geoloji  quruluşu  və  qarşıda  duran 

məsələləri həll etmək üçün lazım olan ədəbiyyat materialları ilə tanış edir. Bundan 

behruzmelikov.com




 

başqa rəhbər ilk növbədə iş icraçıları ilə birlikdə həmin  rayonda bir neçə xüsusi 



marşrutlar  keçirir  və  hər  bir  icraçının  vəzifəsini  qeyd  edir.  Çöl  tədqiqatlarının 

hazırlıq mərhələsi üçün aşağıdakı ləvazimatlar lazımdır: tədqiqat aparılan rayonun 

xəritəsi,  dağ  kompası,  lupa,  geoloji  çəkic,  barometr  –  aneroid,  su  termometri, 

ruletka,  fotoaparat,  qeyd  kitabçası,  etiket  kitabçası,  xəritələr  üçün  sumka,  adi  və 

rəngli  karandaşlar,  rezik,  nümunələr  götürmək  üçün  kağız  və  kiçik  meşoçkolar, 

süxurların  karbonatlığını  yoxlamaq  üçün  xüsusi  turşu,  nümunələri  səliqəli 

bağlamaq üçün nazik ip və s. 

Qeyd etmək lazımdır ki, xəritələrin miqyası nə qədər böyük olsa, bir o qədər 

də çöl müşahidələrinin nəticələrini həmin xəritələrdə göstərmək asandır. 

Adi  kompasdan  cəhətləri,  dağ  kompasından  isə  dağ  süxurlarının  yatım 

elementlərini,  uzanma  və  düşmə  istiqamətini,  meyl  bucağını,  həmçinin  də  dərə 

yamaclarının meylliyini təyin etmək mümkündür. 

Bu  kompaslardan  həmçinin  mineralların  maqnitlik  xüsusiyyətini  də  təyin 

etmək olur. Belə ki tərkibində dəmir birləşmələri olan minerallara (maqnetit, dəmir 

kolçedanı  və  s.)  kompasa  yaxınlaşdırdıqda,  onun  əqrəblərinin  ilkin  vəziyyəti 

pozulur.  Ona  görə  də  kompasla  işlədikdə  onun  yaxınlığındakı  dəmir  əşyalar 

müəyyən məsafədə (2 metrdən az olmamaqla) qoyulmalıdır. 

Geoloji çəkic, geoloqun əsas çöl ləvazimatı olub, nümunələrin götürülməsində 

və açılışların təmizlənməsində istifadə olunur. 

İkinci  mərhələ,  yəni  çöl  müşahidələri  zamanı  geoloji  tədqiqatlar  çay 

şəbəkələrinin  inkişaf  etdiyi  rayonlarda,  daha  doğrusu  çay  və  yarğanların 

sahillərində  açılmış  ana  süxurlarda,  həmçinin  də  suayrıcıda  və  denudasiya 

prosesləri  nəticəsində  dərə  yamaclarında  açılmış  dağ  süxurlarında  aparılır.  Bütün 

bu toplanmış materiallar tədqiqat aparılan rayonun sutoplayıcı sahəsi üçün geoloji 

xəritə  tərtib  etməyə,  həmçinin  relyeflə  geoloji  quruluşun  əlaqəsini  öyrənməyə 

imkan verir. 

Bildiyiniz  kimi,  endogen  amillər  dağ  əmələgəlmə  hərəkətləri,  vulkanizm, 

yeraltı təkanlar yer səthinin relyefini əmələ gətirir; ekzogen amillər isə (yəni dəniz, 

çay,  buzlaqların  fəaliyyəti)  tektonik  relyefi  hamarlayır.  Ona  görə  də  çöl 

behruzmelikov.com




 

müşahidələri  zamanı  geoloji  quruluşun  və  süxurların  metoloji  tərkibinin  relyefə 



təmirini  nəzərə  almaq  lazımdır.  Ona  görə  də  müasir  relyefin  inkişaf 

xüsusiyyətlərini  ayırd  etmək  üçün,  geoloji  –  geomorfoloji  tədqiqatları  birlikdə 

aparmaq məqsədə uyğundur. 

Çöl müşahidələri zamanı yazılmış çöl sənədlərinin düzgünlüyü geoloji işlərin 

keyfiyyətli  aparılmasını  təyin  edir  ki,  bunlardan  da  əsasları  aşağıdakılardır:  çöl 

kitabçasında,  yaxud  da  çöl  gündəliyində  aparılan  qeydlər,  sxemlərin  tərtibi, 

xəritələr,  kəsilişlər  və  dağ  süxurlarından,  minerallardan  götürülmüş  nümunələr. 

Faktiki  materiallardan  tərtib  edilmiş  xəritədə  bütün    müşahidə  nöqtələri, 

marşrutların istiqaməti, faydalı qazıntıların yeri və sxematik geoloji xəritənin ilkin 

konturu göstərilir. 

Tədqiq  olunan  ərazinin  geoloji  quruluşunu  aydınlaşdırmaq  üçün,  həmin 

ərazidə  mövcud  olan  geoloji  kəsimlərin  və  onlardan  götürülən  süxur 

nümunələrinin,  fauna  qalıqlarının  hər  tərəfli  analiz  əsas  rol  oynayır.  Geoloji 

açılışlara  yer  səthində  çıxışı  olan  bütün  dağ  süxurlarını  aid  etmək  olar. 

Ümumiyyətlə  geoloji açılışlar iki cürdür: təbii və süni. 

Təbii  açılışlar  əsasən  dəniz,  çay,  yarğan  sahillərində  və  dağ  silsilələrinin 

suayrıcı hissəsində, yamaclarda müşahidə edilir. Süni açılışlara isə müxtəlif dağ – 

qazma işləri aiddir ki, bunlara daiqurf, kanava, ştolnya, karyer və s. daxildir. 

Açılışların  təsvirinə başlamazdan  əvvəl, ilk növbədə onun  relyeflə  əlaqəsini, 

onun köklü süxurların yatımına uyğunluğunu, həmin açılışın tektonikanın nəticəsi 

yaxud  da  sürüşmə,  uçqunların  nəticəsi  olduğunu  aydınlaşdırmaq  lazımdır.  Əgər 

açılışların üzəri uçqun və gətirmə materialları ilə örtülmüşdürsə, həmin materialları 

mütləq təmizləmək lazımdır. Bundan sonra açılışın təsvirini yazmaq mümkündür. 

Sonra  həmin  açılışın  yeri  xəritədə  qeyd  olunmaqla  yanaşı,  onun  ardıcıl  nömrəsi, 

açılışın dəniz səviyyəsinə görə mütləq hündürlüyü və onu əhatə edən relyefə görə 

nisbi  yüksəkliyi,  açılışın  həqiqi  və  görünən  qalınlığı  təyin  olunmalıdır.  Çöl 

şəraitində açılışın təsviri aşağıdan üst qata doğru, kameral şəraitdə isə onun təsviri 

üst laydan aşağı qata doğru yazılmalıdır. Layların həqiqi qalınlığı, onun tavanından 

dabanına  qədər  olan  məsafə  ilə,  görünən  qalınlığı  isə  açılışda  müşahidə  olunan 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə