1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

Ayrılmış  bütün  geokomplekləri  nəzərə  alaraq,  xəritə  üçün  kəsimlər,  ümumi 



şərti işarələr, geokomplekslər daxilində ayrılmış genetik tiplər üçün xüsusi rənglər 

seçilir  və  həmin  tiplər  üçün  fərdi  kəsimlər  tərtib  olunur.  Bütün  qrafiki  və  xəritə 

materialları dəqiqləşdirildikdən sonra, hesabat yazılır.İlk tədqiqatçı üçün hesabatın 

quruluşu aşağıdakı kimi olmalıdır: 

1.Tədqiqat  sahəsinin  inzibati  şəraiti,  nəqliyyat  əlaqəsi,  yararlı  torpaqlardan 

necə istifadə olunması və digər amillər göstərilməlidir. 

2.Sahənin  coğrafi  vəziyyəti,  onun  ölçüsü  və  yüksək  maksonomik  vahilər 

daxilindəki  (təbii  vilayət,  zona,  fiziki-coğrafi  ölkə,  əyalət)  geokomplekslərdə  bu 

sahənin göstəriciləri. 

3.Çöl işlərinin başlanma və qurtarma müddəti, partiyanın tərkibi, onun texniki 

cəhətdən tədqiqatı. 

4.Tədqiqat  sahəsinə  qonşu  olan  ərazilərin  təbii  xüsusiyyətləri,  onun  geoloji 

quruluşu,  yerəltı  və  qrunt  suları,  onların  dərinliyi,  tərkibi  və  rejimi,  relyefi,iqlim 

şəraiti,torpaq örtüyünün xarakteri və s. i. 

Hesabatın ikinci hissəsində geokomplekslərin səciyyəsi tam təfsilatı ilə verilir. 

Sonuncu  fəsil  kompleks  fiziki-coğrafi  rayonlaşmaya  həsr  olunur  ki,  burada  kiçik 

maksonomik vahidlərə görə iri vahidlərin sərhədləri landşaft xəritəsində göstərilir. 

Hesabata eyni zamanda bütün qrafiki materiallar, dağ suxurlarından, torpaq və 

digər  tbii  komponentlərdən  götürülmüş  nümunələrin  analizinin  siyahısı  və  digər 

lazımlı materiallar əlavə edilir.        

behruzmelikov.com



Kompleks coğrafi landşaft və çöl tədqiqatları 

Landşaft  komplekslərinin  tədqiqatıədəbiyyat-kartoqrafik  və  çöl  işləri 

vasitəsilə  aparılır.  Hər  hansı  bir  rayonun  təbii  şəraiti  haqqında  mövcud  olan 

ədəbiyyat  və  xəritə  materialları  ilə  ilkin  tanışlığın  landşaft  çöl  tədqiqatında  çox 

böyük  əhəmiyyəti  var.  Landşaft  çöl  tədqiqatlarının  özünə  məxsus  məqsədi  olub, 

bilavasitə  komponentlər  arası  landşaftın  qarşılıqlı  əlaqəsini,  bu  əlaqələrin 

məzahurunu, landşaft kompleklərinin inkişaf tarixini və landşaftın xəritələşdirilmə 

prinsiplərini  aydınlaşdırmaqdan  ibarətdir.  Landşaft  çöl  tədqiqatlarının  nəticəsinin 

nəzəri  və  təcrübi  əhəmiyyəti  kompleks  coğrafi  tədqiqatlarla  eynidir.  Çünki, 

kompleks  coğrafi  tədqiqatda  olduğu  kimi  landşaft  çöl  tədqiqatında  da      mütləq 

ekspedisiyanın tərkibində  geoloq, geomorfoloq, iqlimşünas, botanik, torpaqşünas 

və başqa mütəxəssislər iştirak etməlidir. 

Hal-hazıra  qədər  mövcud  olan  landşaft  tədqiqatlarından  aydın  olur  ki,  çöl 

işləri zamanı əsas obyektlərdən biri landşaft komplekslərindən kiçik maksonomik 

vahidləri olan landşaft rayonları, məhəlli tiplər və mərzlərdir. Qeyd etmək lazımdır 

ki,  landşaftın  iri  maksonomik  vahidləri  olan  zona,  ölkə  və  əyalətlərin 

öyrənilməsində  çöl  işlərinin  rolu  olduqca  azdır.  Çünki  iri  tipoloji  vahidlərin 

analizində ədəbiyyat və xəritə materiallarının araşdırılması əsas yer tutur.  

Bu zaman komponentlər arası qarşılıqlı əlaqənin tədqiqatı əsas rol oynayir ki, 

burada  da  böyük  landşaft  kompleksləri  marşrutlar  vasitəsilə  öyrənilir.  Sovet 

landşaftşünaslarının  əksəriyyəti,  kompleks  çöl  tədqiqatlarının  aparılmasında 

aşağıdakı  ardıcıllığı  qəbul  etmişlər:  1)  Tədqiq  olunan  ərazinin  ədəbiyyat 

materiallarına  əsasən  ilkin  tipoloji  landşaft  vahidlərini  və  landşaft  rayonlaşma 

xəritə  sxeminin  tərtibi;  2)  İlkin  marşrutlar  zamanı  tipoloji  komplekslərin  sahəvi 

paylanmasının  qanuna  uyğunluğu  aydınlaşdırılır  və  landşaft  komplekslərinin 

sonrakı  mərhələlərdə  dəqiq  öyrənilməsi  üçün  istinad  məntəqələri  seçilir;  3)  Bu 

məntəqələr  üzrə  konkret  vahidlər  olan  məhəlli  və  mərzlər  xəritələşdirilir,  onların 

tipologiyası  verilir  və  istinad  məntəqələri  arasında  landşaft  profilləri  götürülür;     

4)  Çöl  materialları  əsasında  landşaftın  tipoloji  xəritəsi  tərtib  edilir  və  hesabat 

yazılır. 

behruzmelikov.com



 

Çöl işləri zamanı landşaft rayonlarının öyrənilməsində əsas mərhələ,landşaftın 



morfoloji  quruluşu    və  yaxud  strukturasını  aydınlaşdırmaqdır  ki,  buda  məhəlli 

tiplərin mərzlərin xəritələşdirilməsindən və onların yazılı təsvirindən asılıdır. Çöl 

şəraitində  tiplərin  sərhədlənməsi  fasiya  və  mərzlərdən  əvvəl  olmalıdır.  Məhəlli 

tiplərin  ayrılmasının  əsasını  ərazinin  geomorfoloji  quruluşu,  torpaq  analizi, 

biocoğrafi  və  mikroiqlim  amillərinin  qarşılıqlı  əlaqəsi  təşkil  edir.  Landşaftın 

morfoloji  quruluşunu  öyrənmək  üçün  isə  həmin  landşaft  komponentinin  daxil 

olduğu  landşaft  rayonundan  başlamaq  məqsədə  uyğundur.  Landşaft  rayonunun 

morfoloji strukturası  təyin edildikdən sonra, bu rayonu əhatə edən və ona qonşu 

olan  sərhəd  zonalarını öyrənmək  lazımdır.  Çünki qonşu sahələrin  landşafının  hər 

tərəfli  analizi,  landşaft  rayonlarının  sərhəddini  dəqiqləşdirməyə  və  onun  inkişaf 

mərhələlərini dərindən öyrənməyə imkan verir. Çöl şəritində landşaft rayonlarının 

morfoloji strukturasının öyrənilməsində sahəvi planalma işləri ilə yanaşı, landşaft 

profillərinin  tərtibi  də  əsas  rol  oynayır.  Landşaft  profilləri  iki  tipə  bölünür:  a) 

Magistral  profillər  landşaft  rayonlarını  təmamilə  yaxud  bu  rayonların  böyük 

sahəsini  kəsir;  b)  Landşaft  toposıraları  isə  suayrıcıdan  başlayaraq  çay  dərələrinə 

kimi mövcud olan birləşimi landşaft kompleklərini əks etdirir. 

Landşaft  komplekslərinin  öyrənilməsində  ekspedisiya  və  stasionar  üsullarla 

yanaşı  aerofotoşəkillərin  də  araşdırılması  xüsusi  əhəmiyyətə  malikdir.  Bunun 

başqa  landşaft  komplekslərinin  öyrənilməsində  müasir  geokimyəvi  üsuldan  da 

istifadə edilir. Bu üsul suayrıcıdan başlayaraq su hövzələrinə qədər olan kimyəvi 

elementlərin miqrasiyasını, eyni zamanda landşaft kompleklərindəki komponentkər 

arasındakı  kimyəvi  elementlərin  qarşılıqlı  əlaqəsini  aydınlaşdırmağa  imkan  verir. 

Bununla yanaşı bir sıra qazıntıların aşkar edilməsində landşaftın geokimyəvi üsul 

müəyyən rol oynayır. 

Landşaftın  inkişaf  tarixinin  aydınlaşdırılmasında  bitki  tozlarının  analizi  də 

əsas  yer  tutur.  Bu  üsul  hazırda  müxtəlif  tərkibli  dörüncü  dövr  çöküntülərinin 

yaşının  təyin  edilməsində,  landşaftın  paleocoğrafi  inkişaf  problemlərinin  həllində 

geniş istifadə edilir. 

behruzmelikov.com



Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə