1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

1.Tam  sərhədli  planalma  işləri  iri  miqyaslı  (1:5000)  xəritələşdirmə 



işlərində tətbiq edilir. 

2.İstiqamətlənmiş marşrut planalma işləri bu zaman bitki örtüyünün bütün 

müxtəlifliyi xəritədə öz əksini tapmalıdır. 

3.Paralel istiqamətli planalma işləridir ki, bu zaman götürülmüş marşrutlar 

arasındakı məsafə 300-500m-ə qədər olmalıdır. 

4.Aerogeobotanik 

planalmadır 

ki,bu 


zaman 

bitki 


örtüyünün 

xəritələşdirilməsi təyyarə vasitəsilə aparılır. 

   Çöl  işləri  zamanı  aparılmış  bütün  tədqiqatlar  hesabatda  öz  əksini 

tapmalıdır. 

 

     


   

behruzmelikov.com




 

Kompleks fiziki-coğrafi tədqiqatlar 

Təbii  kompleksləri  əmələ  gətirən  ayrı-ayrı  komplekslərin  öyrənilməsi  tətbiq 

edilən  üsullarla  yanaşı,  həmin  komlekslərin  birlikdə  analizi  üçün  kompleks 

tədqiqat üsulları da mövcuddur. Kompleks tədqiqat üsullarını təbii landşaftın kiçik 

maksonomik  vahidləri  olan  fasiya,  mərz,  məhəlli  və  landşaft  rayonlarına  tətbiq 

etmək olar. Bu üsulun əsas mahiyyəti ondan ibarətdi ki, burada bütün mövcud olan 

üsulların köməkliyi ilə ayrı-ayrı kompleksləri təşkil edən komponentlərin qarşılıqlı 

əlaqəsi,  onların  inkişaf  xüsusiyyətləri  dəqiq  öyrənilir  və  çöl  şəraitində  landşaft 

qatının  kiçik  vafidlərinin  (fasiya,  mərz,  landşaft  bə  s.  i.)  konkret  sərhədləri 

göstərilir.  Qeyd  etmək  lazımdır  ki,  fasiya,  mərz,  məhəlli  vahidlər  təbii  obyektlər 

olub,  vaxt  etibarilə  uzun  müddətdə  formalaşırlar.  Lakin  bu  obyektlərdə  mövcud 

olan təbii ehtiyatlar (otlaqlar, yaylaqlar, meşə və s. i.) isə məkan və zaman nöqteyi 

nəzərdən  dəyişkən  olub,  insan  fəaliyyəti  ilə  əlaqədardır.  Bildiyiniz  kimi,  fasiya 

eyni  litoloji  tərkibli  sahədən  ibarət  olub,  eyni  mikrorelyeflə  (yamac,  torpaq, 

dərənin dibi və s. i.), iqlimlə, nəmliklə, eyni torpaq və bitki örtüyü ilə səciyyələnir. 

Lakin,  nisbətən  böyük  maksonomik  vahidlər  isə  yəni  mərz;  landşaft  rayonları 

müəyyən  konkret  şərait  daxilində  bir-birindən  kəskin  fərqlənən  komponentlərlə 

mürəkkəbləşmişdir.  Bütün  bu  cür  dəyişikliklər  bu  vahidlərdən  böyük  olan 

maksonomik göstəricilərdə də (rayon, vilayət, əyalət, ölkə və yaxud da yarış zona, 

və s. i.) kəskin müşahidə olunur. Başqa sözlə desək, hər bir sonrakı maksonomik 

vahidi təşkil edən komplekslər, strukturasına görə əvvəlki nisbətən daha mürəkkəb 

olub, bir-birlərindən kəskin fərqlənirlər. 

Kompleks  fiziki-coğrafi  tədqiqatlarda  üç  mərhələdə  aparılır:  hazırlıq,  çöl  və 

hesabatın tərtibi.  

Əvvəlki  üsullardan  fərqli  olaraq,  kompleks  tədqiqatların  hazırlıq  mərhələsi 

böyük əhəmiyyətə malik olub, sonrakı tədqiqat mərhələlərinin əsasını təşkil edir. 

Çöl  işlərinin  ilk  mərhələsində  ərazinin  ayrı-ayrı  kompleklərini  təşkil  edən 

komponentlərin  ümumi  səciyyəsinin  qəbul  edilmiş  terminologiyası,  çöl 

materiallarının  toplanmasının  vahid  sxemi  (hesabat  kağızları,  nümunələr  üçün 

behruzmelikov.com




 

xüsusi  blanklar,  fasiyaları  göstərmək  üçün  xüsusi  işarələr,  analizlərin  nəticələri 



üçün blanklar və s. i.) hazırlanır. Məlumdur ki, çöl işlərinin ilk mərhələsi tədqiqat 

aparılan ərazinin və onun ətraf sahəsinin ekskursiyası ilə başlanır. 

Bu zaman ərazinin təbii görkəmi, kompleks fiziki-coğrafi tədqiqatların əsasını 

təşkil  edən  topoqrafik  materiallarla  uzlaşdırılır.  Sonra  isə  çöl  şəraitində  fasiya 

mərzin səciyyəsi  və bunlara  müvafiq olaraq landşaft  rayonlarının  marşrutlar  üzrə 

əlavə xüsusiyyətlərinin qısa təsviri yazılır. 

Kompleks fiziki-coğrafi tədqiqatlarda xüsusi nümunəvi sahələrin seçilməsinin 

də  böyük  əhəmiyyəti  vardır.  Çünki  bu  cür  sahələrdə  ərazinin  bütün  təbii 

komplekslərinin  xarakterik  tipləri  iştirak  edir.  Bu  cür  sahələri  seçdikdə,  mütləq 

geokomplekslərin  dəyişilməsində  və  inkişafında  insanın  təsərrüfat  fəaliyyətinidə 

nəzərə almaq lazımdır. 

Kompleks  fiziki-coğrafi  tədqiqatları  bəzən  məhəlli  sahələrdə  də  aparılır  ki, 

bunun üçün də mütləq bu cür yerlərin dəqiq geomorfoloji, torpaq, geobotanik və 

digər xəritələr olmalıdır. Bu cür sahələrin  müxtəlif  komponentləri üzrə dəqiq və 

aydın məlumatlar yopladıqdan sonra, həmin sahələrin geokompleklərinin təsviri və 

xəritələşdirilməsi  işləri  aparılır.  Ümumiyyətlə,  bu  sahələrin  ölçüsü  100m

2

-dən  az 



olmamalıdır. 

Çöl işlərinin ən məsuliyyətli dövrü geokomplesklərin təyin edilməsi və onun 

yazılı təsviridir. Buna görə çöl işləri zamanı, mütləq landşaftın ritmik inkişafına və 

onun  morfologiyasına  diqqət  yetirmək  lazımdır.  Landşafrın  ritmik  inkişafı  ilk 

növbədə    istilik  və  nəmlik  rejimindən  asılıdır.  Bildiyiniz  kimi,  geokomplekslərin 

və  eləcə  də  bütünlüklə  coğrafi  qatın  ritmik  inkişafı  fəsillər  üzrə  baş  verən 

dəyişikliklərdən  asılı  olmayıb,  yer  qabığında  və  onun  ayrı-ayrı  hissələrində  uzun 

əsrlər boyu baş verən dəyişikliklərlə əlaqədardır. 

Kompleks  fiziki-coğrafi  tədqiqatların  hesabat  mərhələsinin  əhəmiyyəti 

olduqca  böyükdür.  Həmin  mərhələdə  tədqiqatın  bütün  nəticəsi  qarşıya  qoyulmuş 

kompleks  məsələlərin  həllinə  istiqamətləndirilir,  toplanmış  çöl  materialları 

dəqiqləşdirilir,  dağ  suxurlarından,  bitkilərdən,  torpağdan  götürülmüş  nümunələr 

sistemləşdirilir. 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə