1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

qısa olur və iş şəraiti daha da mürəkkəbləşir. Ona görə də, dağlıq şəraitdə çöl işləri 

aparan  ekspedisiyanın  əməkdaşları  sağlam,  fiziki  cəhətdən  davamlı,  təhlükəsizlik 

texnikasını yaxşı bilən şəxslər olmalıdır. Qeyd etmək lazımdır ki, dağlıq zonalarda 

kompleksləri  formalaşdıran  ayrı-ayrı  komponentlərin  yerləşməsi,  onların  genetik 

şəraiti daha yaxşı müşahidə olunur. Bu komponentlər dərənin dibindən suayrıcıya 

doğru  və  dərəni  əhatə  edən  tirələrin  yollarından  yüksəkliklərə  doğru  tam  əks 

olunur.  Ona  görə  də,  komplekslərin  marşrutlar  üzrə  müxtəlif  profillərlə 

öyrənilməsi,  nümunə  sahələrin  seçilməsi  düzənliklərə  nisbətən  dağlıq  zonalarda 

daha asandır. Bu cür nümunəvi sahələrdə komplekslərin struktur əlaqəsinə, onların 

mütləq  yüksəkliyə  görə  yerləşməsinə,  eyni  şaquli  qurşaqda  olan  müxtəlif 

ekspozisiyalı yamaclarda bu komplekslərin  dəuişkənliyinə xüsusi diqqət yetirmək 

lazımdır.  Bütün  zona  və  qurşaqlarda,  daha  doğrusu  tundradan  başlayaraq  dağlıq 

sahələrdə daxil olmaqla, kompleks çöl tədqiqat işləri əvvəlcədən nəzərdə tutulmuş 

olan proqramma üzrə aparılmalıdır. Beləliklə, kompleks çöl tədqiqatları, landşaftı 

və  onun  morfoloji  hissələri  olan  fasiyanı,  mərzi  formalaşdıran  komponentlər 

arasındakı  kəmiyyət  və  keyfiyyət  əlaqəsini,  onun  iqtisadi  cəhətdən  effektliyini 

qiymətləndirməyə  imkan  verir  ki,  buda  yer  səthinin  biogen  və  antropogen 

landşaftına məxsusdur.                 

 

behruzmelikov.com




6.ÇAYLARIN, QRUNT SULARININ TƏDQİQİ 

Çöl  işləri  mərhələsində  ayrılıqda  götürülmüş  bir  sahənin  su  ehtiyatlarının 

öyrənilməsi  və  onun  digər  komponentlərlə  əlaqəsinin  aydınlaşdırılması  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Qrunt  suları  və  çay  şəbəkəsi  təbii  landşaftın  bir  hissəsini 

təşkil  edir.  Ərazinin  su  rejimi  ilə  bir  çox  fiziki  –  coğrafi  proseslər  əlaqədardır: 

atmosfer çöküntülərinin axımı, bataqlıq yaranması, eroziya,  mikroiqlim, bitkilərin 

inkişafı və s. ona  görə  də  qrunt  və  səth  sularının öyrənilməsi bu  və  ya  başqa bir 

ərazinin ümumi geokompleksləri sisteminə daxildir. 

Çaylar təbiətin daim inkişafda olan obyektlərindən biri olub, tədqiqatı özünə 

məxsus  əlamətdar  xüsusiyyətə  malikdir.  Ona  görə  də  çayların  tədqiqatına  sırf 

hidrogeoloji  obyekt  kimi  yox,  həm  də  hövzənin  geoloji  –  geomorfoloji  səciyyəvi 

kimi də baxmaq lazımdır.  Bununla əlaqədar olaraq çayların öyrənilməsi üçün ilk 

növbədə  hövzəyə  aid  olan  aerofoto  şəkil  və  xəritə  materialları  ilə  tanış  olmaq 

lazımdır.  Bundan  sonra  isə  çay  şəbəkəsinin  sıxlığı  və  onun  əyrilik  əmsalı  təyin 

edilir.  Əyrilik  əmsalı  çayın  həqiqi  uzunluğunun  onun  mənbəyindən  mənsəbinə 

qədər olan məsafəyə nisbəti ilə ölçülür. Hövzənin sahəsi isə planimetrin köməkliyi 

ilə  təyin  edilir.  Topoxəritəyə  əsasən  çayın  meylliyini  də  tapmaq  olar.  Çayların 

xüsusiyyətini  rejimini,  asılı  və dib gətirmələrini  öyrənmək  üçün,  qayıq,  bölgüləri 

olan  reyka,  tros,  nivelir,  saniyə  ölçən,  su  termometri,  analiz  götürmək  üçün  şüşə 

qablar lazımdır. 

Çöl tədqiqat işləri xüsusi marşrutlarla başlanır ki, bu zaman da çayın suayrıcı 

hissəsini,  hövzənin  relyefini,  çöküntülərini  və  bitki  örtüyünü  aydınlaşdırmaq 

lazımdır. Hövzənin çöküntüləri təbii açılışlar vasitəsilə öyrənilir ki, burada da gil, 

gillicə,  gilli  qumlar,  qumlar,  üçgün  materialları  və  s.  daxildir.  Çöl  işləri  zamanı 

həmçinin  hövzənin  bitki  örtüyündə,  yəni  hidrogeoloji  tədqiqat  aparılan  rayonla 

hansı  landşaft  tipləri  (meşə,  meşə-  çöl,  çəmənlik  və  s.)  inkişaf  etdiyini  də 

aydınlaşdırmaq vacibdir. 

Çayın  məcrasını  tədqiq  edəndə  mütləq  sel,  daşqın  zamanı  subasarın 

maksimum  hündürlüyünü  təyin  etmək  lazımdır.  Çünki  bu  göstəricilərin  təyin 

edilməsinin  energetika,  tikinti  və  nəqliyyat  işlərində  təcrübi  əhəmiyyəti  var. 

behruzmelikov.com



 

Tədqiqatçı üçün ən mürəkkəb məsələ çay yatağının öyrənilməsidir ki, bu zamanda 



əsasən yatağın əyriliyini, onun parçalanmasını, qollarını, astanaları, şəlalələri, çay 

pillələrini,  yatağın  dib  hissəsi  çöküntülərinin  xarakterini,  onun  sahilinin 

yüksəkliyini aydınlaşdırmaq vacibdir. 

Çayın  enini  qrafik  üsulla  topoxəritədə,  həmçinində  məsafə  ölçənlə  ölçmək 

olar.  Fotoaparatda  olan  məsafəölçən  vasitəsilə  eni  20  m-ə  qədər  olan  çayları 

ölçmək  olar.  Çayın  dərinliyini  isə  peyka  və  REL-1;  REL-2  markalı  exolotlar 

vasitəsilə ölçmək olar. Kxolotla çayın dərinliyi dəqiq təyin edilir ki, bu zamanda da 

qayığın sürəti saatda 12-15 km olur. 

Çayın rejimi stasionar yaxud yarım stasionar müşahidə yolu ilə öyrənilir. 

Suyun axım sürəti və sərfi üzgəc və fırlanğıq vasitəsilə təyin edilir. 

Çayın məcrasının düz hissəsində bir – birindən  eyni məsafədə yerləşən dörd 

xüsusi stvor (yəni çayda su rejiminin tədqiq edildiyi yer) seçilir. Birinci buraxıcı, 

ikinci  –  yuxarı,  üçüncü    baş  və  dördüncü  isə  aşağı  stvor  adlanır.  Axım  sürəti  bu 

üzgəclərin  yuxarı  stvordan  başlayaraq  aşağıya  doğru  olan  müddətlə  təyin  edilir. 

Axımın  orta  sürəti  həmin  üzgəclərin  bütün  stvorlar  üzrə  sürətinin  onların 

miqdarına olan nisbəti ilə ölçülür. 

Beləliklə,  bütün  lazım  olan  göstəriciləri  aldıqdan  sonra,  çay  hövzəsinin 

sxematik  xəritəsi  tərtib  olunur  ki,  bununda  üzərinə  bütün  müşahidə  nöqtələri, 

bunların  coğrafi  yazılışı,  (yəni  səthi,  geoloji  və  geomorfoloji  quruluşu,  çay 

şəbəkəsinin sıxlığı, bitki və torpaq örtüyü) əsas çay və onun qollarının morfometrik 

göstəricilərinin  (uzunluğu,  meylliyi,  əyrilik  əmsalı,  eni,  dərinliyi,  axım  sürəti,  su 

sərfi, səviyyənin dəyişməsi) səciyyəsi verilir. 

Hesabatın  nəticə  hissəsində  çay  hövzəsinin  təsərrüfat  əhəmiyyəti  və  çay 

sularının mühafizəsi haqqında xüsusi göstərişlər qeyd edilir. 

Qrunt  sularının  çöl  şəraitində  öyrənilməsi  quyu  və  buruq  quyularından 

başlanır  ki,  bunlarda  kənd  yerlərində  əsas  su  təchizat  obyektləridir.  Həmin 

quyuların  sənədləşdirilməsi  bu  cür  aparılır:  yaşayış  məntəqəsi,  quyunun  tipi  və 

yerləşdiyi  nöqtə,  suyun  dərinliyi,  suyun  həcmi,  dib  hissəsində  qruntun  vəziyyəti, 

suyun  şəffaflığı,  rəngi,  dadı,  yay  və  qış  aylarında  suyun  temperaturu,  suyun 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə