1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

Çöl  şəraitində  landşaft  rayonunun  öyrənilməsi  aşağıdakı  proqram  üzrə 



aparılmalıdır: 

1.Landşaft rayonunun coğrafi vəziyyəti, sahəsi və sərhədləri. 

2.Landşaft komponentlərinin xüsusiyyəti və onların qarşılıqlı əlaqəsinin qonşu 

rayonlarla  müqayisəsi.  (mütləq  və  nisbi  yüksəklik,  relyefin  dərininə  və  üfiq 

parçalanması, qrunt sularının dərinliyi, torpaq və bitki örtüyünün xarakteri və s. i.) 

3.Fəsillər üzrə landşaftın ritmikası. 

4.Landşaft rayonunun  morfoloji strukturası. Burada məhəlli landşaft tiplərini 

əmələ  gətirən  xarakterik  mərzlər,magistral  profilləri  və  landşaft  toposıralarının 

səciyyəsinin, landşaft rayonlarının morfoloji sərhədləri göstərilir. 

5.Dördüncü dövrə qədər və dövrüncü dövrdə landşaftın inkişaf tarixi. 

6.İnsan fəaliyyətinin landşaft rayonuna təsiri, antropogen mərzlər və ərazinin 

təsərrüfat əhəmiyyəti. 

7.Təbii ehtiyatların ümumi səciyyəsi və təbiəti mühafizə məsələləri ilə yanaşı, 

landşaft rayonun turizm cəhətdən qiymətləndirilməsi.  

  

behruzmelikov.com




Dağlıq və düzənlik ərazilərin müxtəlif təbii zonalarında kompleks çöl 

tədqiqatının xüsusiyyətləri 

Kompleks  tədqiqatlarda  və  elecə  də  ayrı-ayrı  komponentlər  üzrə  çöl 

materialarının toplanması üçün ərazinin ümumi şəraiti ilə yanaşı, ilin fəsillərini də 

nəzərə  almaq  lazımdır.  Beləki,  SSRİ-nin  cənub  hissələrini  əhatə  edən  səhra 

zonalarında  bütün  ilboyu,  tundra  və  meşə  zonalarında  isə  ancaq  yay  aylarında 

tədqiqat aparmaq olar. Təbii iqlim şəraiti ilə əlaqədar olaraq,çöl işlərinin soyuq, isti 

və  yaxud  da  yaz  fəslində,  eləcədə  şimal  və  cənub  zonalarında,  yaxud  da  yüksək 

dağlıq və ya dağətəyi qurşaqlarda aparılmasından asılı olaraq,ekspedisiya da iştirak 

edən şəxslər onun təchizatı ilə (yəni nəqliyyat, avadanlıq, müxtəlif cihazlar, ərzaq 

və s. i.) yaxından məşğul olmalıdırlar. 

Tundra  zonasında  qış  fəsili  9  ay,  yay  isə  qısa  olur.  Buna  görə  də  həmin 

zonada qış fəsilində aparılan tədqiqat işləri ancaq xüsusi komponentlərə aid olur. 

Kompleklərin öyrənilməsi isə ancaq yay aylarında mümkündür. Buraya kəmiyyət 

cəhətdən  landşaftın  müxtılifliyi  azdır.  Yüksək  nəmlik,  aşagı  temperatura,  çoxlu 

göl,  bataqlıq,  çayların  olması,  daimi  və  fəsli  donuşluqların  yaranması,  həmin 

zonada mövcud olan coğrafi komplekslərin inkişafına müxtəlif təsir göstərir. Ona 

görə də bu cür şəraitdə komplekslərin sərhədlərini dəqiqləşdirmək üçün, aerovizdal 

müşahidələrdən,  aerofotoşəkillərin  araşdırılmasından  istifadə  etmək  lazımdır. 

Bundan  baüqa  bütün  təchizat  materialları  yüksək  nəmlik  şəraitinə  davamlı 

olmalıdır.  

Meşə  zonasında  isə  qış  fəsli  qısa,  yay,  yaz  və  payız  uzunmüddətli  davam 

etdiyinə  görə,  burada  tədqiqat  aparmaq  üçün  şərait  daha  əlverişlidir.  Meşə 

landşaftının  sərhəddi  girintili-çıxıntılı  olub,  onun  morfoloji  hissələri  olan  fasiya, 

mərz,  mezorelyef  formaları  ilə  (bataqlıq,  yarğan,  buzlaq  formaları,  donmuş 

torpaqlar və s. i.)sıx əlaqədardır. Ona görə də xüsusi istinad sahələri seçmək üçün 

relyefdən dəqiq istifadə etmək lazımdır. Marşrutlar üzrə müşahidələr isə, ancaq çay 

dərələri  üzrə  aparılmalıdır.  Bununla  yanaşı  bu  cür  zonalarda  meşə  örtüyünün 

qruplaşdırılması üçün aerofotoşəkillərdən istifadə edilir. 

behruzmelikov.com



Meşə-çöl zonasında  coğrafi komplekslər arasında olan sərhədlər daha dəqiq 

müşahidə olunur. Burada isti dövrlər 7-8ay davam edir. Bu zonada komplekslərin 

təbii  görkəminin  dəyişilməsində  insan  fəaliyyəti  daha  çox  rol  oynayır.  Çöl 

zonasında maksonomik vahidlər olan fasiya və  mərz  müəyyən relyef formalarına 

(çay dərəsi, yarğanlar və s. i.) tam uyğun gəlir. Burada bütün nəqliyyat növlərindən 

istifadə  etmək  mümkündür.  Çöl  zonasında  kompleklərin  inkişafında  insan 

fəaliyyətinin  müsbət  və  mənfi  təsiri  haqqında  lazım  olan  bütün  məlumatları 

toplamaq olar. 

Səhra  və  yarım  səhra  zonaları  təbii  şəraitinə  görə  bütün  zonalardan  kəskin 

fərqlənirlər.  Bu  zonalarda  iqlim  quru  olub,  illik  çöküntülərin  miqdarı 

buxaranmadan  daim  az  olur.  Geoloji  çöküntülər  ancaq  yaçaclarda  yox,  eyni 

zamanda da çay hövzələri arasında da açılır. Bu zonalarda lesvari gillər və qumlu 

çöküntülər kifayət qədər qalınlığa malik olub, böyük sahəni əhatə edir. Əsas relyef 

formaları  eroziya  ilə  əlaqədar  olan  denudasion  formalardan,  həmçinində  eol-

deflyasion  və  dağətəyi  zonalarda  isə  prolyuvial-alyuvial  gətirmə  konuslarından 

ibarətdir.  Həmin  zonalarda  bütün  təbii  su  hövzələri  eləcə  yeraltı  su  axımlarının, 

onların  minerallaşma  dərəcəsini,  yer  səthindən  olan  dərinlikləri  diqqətlə 

öyrənilməlidir.  Düzənlik  zonalardan  fərqli  olaraq,  dağlıq  ərazilərdə 

geokompleklərin inkişafı, onların bir-birilə ekoloji cəhətdən münasibəti mürəkkəb 

şəraitdə  baş  verir.  Geokompleklərin  mürəəkkəbliyi  daölıq  ərazinin  hipsometrik 

yüksəkliyindən,  yamacların  ekspozisiyasından,  dağ  rayonlarının  coğrafi 

vəziyyətindən  və  eləcə  də  relyef  formalarından,  suxurların  litoloji  tərkibindən 

asılıdır.  Bütün  bu  faktorlar,  kompleks  daxilində  mövcud  olan  komponentlərin 

temperatur  şəraitinə,  nəmliyə,  torpaq  və  bitki  örtüyünün  inkişafına,  heyvanat 

aləminə  ciddi təsir göstərir.  Dağlıq  ərazilərdə landşaftın,mərzin,  fasiyanın  inkişaf 

şəritinin dəyişilməsi düzənlik zonalara nisbətən qısa məsafədə baş verir. Beləki, bir 

neçə  km

sahəsi  olan  ərazilərdə  çoxlu  miqdarda  müxtəlif  ölçüləri  olan 



komplekslərə rast gəlmək olar. Qeyd etmək lazımdır ki, dağlıq ərazilərdə aparılan 

çöl  işlərinin  xarakteridə,  bu  tədqiqatlar  üçün  lazım  olan  avadanlıqlarda  düzənlik 

zonalara  nisbətən  kəskin  fərqlənir.  Çünki,  mütləq  yüksəklik  artdıqca  isti  fəsillər 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə