1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
1   2   3   4   5   6   7   8   9   10   11

 

olaraq  3  reyka  basdırılır.  Bu  reykalarda  qar  örtüyü  qalınlığının  dəyişməsi  üzrə 



müşahidələr  aparılır.  Hər  bir  sahədə  qar  örtüyü  qalınlığının  orta  qiyməti,  qar 

örtüyündə    su  ehtiyatı,  fəsillər  üzrə donuşluğun  dərinliyi,  temperatur  rejimi  təyin 

edilir. Marşrutlar üzrə qar örtüyünün qalınlığını hər 10 metrdən, onun sıxlığını isə 

100  metrdən  bir  təyin  edirlər.  Qar  örtüyünün  öyrənilməsini  meteoroloji 

müşahidələrlə  əlaqələndirmək  lazımdır.  Bunun  üçün  qar  qatında  xüsusi  şurflar 

qazılır  və  onun  təsvirində  aşağıdakı  xüsusiyyətlər  öyrənilir:  laylılıq,  qarın 

strukturası,  qar  toplanma  ardıcıllığı,  hava  şəraitindən  asılı  olaraq  qarın 

strukturasının dəyişməsi, qar qatında temperatur müxtəlifliyi və s. 

Qar  örtüyü  haqda  hesabat  aşağıdakı  fəsillərdən  ibarət  olur:  1.Qar  qatının 

səciyyəsi  və  meteomüşahidəyə  görə  qarın  toplanma  qanunauyğunluqları; 

2.Müxtəlif  tip  yerlər  qar  örtüyü  üzrə  toplanmış  faktiki  materialların  analizi; 

3.Təsərrüfat idarələrinə xüsusi məsləhətlər. 

Bataqlıqların öyrənilməsi aşağıdakı proqram üzrə aparılır: 

1.Ümumi hissədə batıqlığın coğrafi vəziyyəti, adı 2.Öyrənilməsi, 3.Bataqlığın 

tipi,  4.Ərazi  üzrə  bataqlığın  vəziyyəti  və  onun  morfologiyası,  5.Bataqlığın  səthi, 

6.Bitki  örtüyü,  7.Morf  qatları,  8.Bataqlıqda  çay  şəbəkəsi,  9.Bataqlığın  su  rejimi.  

10.Bataqlıqdan istifadə qaydaları. 

Bununla  yanaşı  bataqlığın  təsərrüfat  əhəmiyyətini  göstərdikdə,  onun  morf 

ehtiyatını,  qurudulma  pesrpektivlərini  və  digər  meliorasiya  tədbirlərini  də  qeyd 

etmək lazımdır. 

behruzmelikov.com



Geomorfoloji çöl tədqiqat üsulu 

   Relyef  yer  qabığının  səthində  mövcud  olan  girintili  çıxıntılı  sahələri 

məcmuundan  ibarətdir  ki,buda  ayrı-ayrı  relyef  formalarından  təşkil  olunmuşdur. 

Bu  və  ya  digər  sahədə  onların  qanunauyğun  birləşməsi  relyef  tiplərini  yaxud  da 

geomorfoloji tipleksləri əmələ gətirir. 

   Ölçülərinə,  yüksəkliyinə  və  üfqi  uzanmasına  görə  dörd  sinfə  ayrılır: 

1)Meqarelyef yaxud planetar relyefdir ki, buraya iri miqyaslı okean çökəklikləri və 

materiklər daxildir; 2)Makrorelyefdir ki, buraya materiklər daxilində yerləşən dağ 

silsilələri, yüksəkliklər ve düzənliklər aiddir; 3)Mezorelyefdir ki, buraya ölçülərinə 

görə orta böyüklüyü olan dərələr, təpəli tirələr, ayrılığda götürülmüş çoxda yüksək 

olmayan dağ silsilələri və s. i. daxildir; 4)Mikrorelyefdir ki, bunlarda yer səthində 

mövcud olan bütün kiçik relyef formalarını özündə birləşdirir. 

    Geomorfoloji  tətqiqat  işlərinin  qarşısında  duran  əsas  vəzifə,  yer  səthində 

mövcud  olan  relyef  formalarından  və  yaxud  da  relyef  komplekslərinin  tam  və 

ardıcıl səciyyəsini verməkdən, onun inkişaf xüsusiyyətlərini araşdıraqdan ibarətdir 

ki, bunlarda aşağıdakı göstəricilərlə əldə oluna bilər: 

1.Geomorfoloji komplekslərin aşkar edilməsi. 

   Bu  zaman  ayrılıqda  götürülmüş  hər  hansı  relyef  formasını  yox,  bütün 

geomorloji kompleksi öyrənmək lazımdır. Mis: qədim buzlaq formalarını, çay-dərə 

və yarcan-qobu şəbəkəsini və s. i. 

2.Morfometrik  göstəricilərin  təyini-yəni  mütləq  və  nisbi  yüksəklikləri,relyef 

formasının  uzanma  istiqamətini,  onların  xarici  elementlərini,  yamacların  meyl 

bucağını və s. i. 

3.Relyefin geoloji quruluşla əlaqəsini öyrənməli. 

   Hər  üç  mərhələdə  geomorfoloji  tədqiqatların  məqsədi  relyefin  zahiri 

görünüşünü,mənşəyini və inkişaf tarixini öyrənməkdən ibarətdir. Qarşıya qoyulan 

məqsəddən asılı olaraq geomorfoloji xəritələr iki növ olur: Ümumi və xüsusi. 

   Ümumi geomorfoloji xəritələr, analitik və singenetik xəritələrə ayrılır. 

    Analitik 

xəritələr 

əsasən 

relyefin 



elementlərini 

yəni 


xarici 

elementlərinə,mənşəyinə və yaşına gürə fərqlənən səthlərini təsvir edir. 

behruzmelikov.com



 

   Singenetik  xəritələrdə  relyef  formaları,onların  kompleksləri  və  inkişaf 



xüssiyyətləri əks olunur. 

   Xüsusi  geomorfoloji  xəritələr  bir  göstəricinin  əsasında  tərtib  olunur  ki, 

bunlara da morfometrik, morfoqrafik, morfoskulptur, morfostruktur və s. aiddir. 

   Tətbiqi geomorfoloji xəritələrdə mühəndis-geomorloji, axtarış-geomorfoloji 

ve s. aid edilir. 

    Geomorfoloji  rayonlaşma  xəritələrində  tədqiq  edilən  ərazidə  xüsusi 

geomorfoloji əlamətlərinə görə müxtəlif regionlar ayrılır. 

    Geomorfoloji  çöl  tədqiqatları  müxtəlif  üsullarla  yerinə  yetirilir:  1.Relyef 

formalarının tədqiq edilme üsulu, yəni morfoloji və morfometrik; 2.Relyef kövrək 

çöküntülərin  əlaqələrinin  tədqiq  edilmə  üsulu,yəni  morfofasiyal.  3.Relyef  ilə 

geoloji quruluşun əlaqəsinin tədqiq edilmə üsulu (morfostruktur). 4.Relyef ilə yeni 

tektonik hərəkətlərin əlaqəsinin tədqiq edilmə üsulu (morfopeotektonika). 5.Relyef 

ilə  coğrafi  mühitin  əlaqəsinin  tədqiq  edilmə  üsulu  (morfocoğrafi).  6.Relyefin 

müxtəlif mərhələlərdə inkişafından tədqiq edilmə üsulu (paleogeomorfolojo üsul). 

7.Müasir  ekzogen  relyef  əmələ  gətirici  proseslərin  tədqiqi  üsulu  (morfodinamik 

üsul). 


4.Çöl  tədqiqatlarında  relyefin  ardıcıl  inkişafını  öyrənməli.  Bu  tədqiqat  işləri 

bütünlüklə  relyefin  inkişafının  ardıcıllığını  aşkar  etməklə  yanaşı,  onun  ayrı-ayrı 

elementlərini də inkişaf mərhələlərini ayırd etməlidir.   

5.Relyefin  təsərrüfat  əhəmiyyətini  göstərməli.  Burada  relyef  kənd  təsərrüfat 

nöqtəyi  nəzərdən  qiymətləndirilir,  onun  sahələri  və  mədəni  bitkilər 

yetişdirilməsində  rolu  göstərilməklə  yanaşı,relyefin  və  torpağın  eroziyaya  qarşı 

dvamlılığıda qeyd olunur. 

      Geomorfoloji  tədqiqat  işlərində  qarşıya  qoyulmuş  məsələlərin  həlli 

aşağıdakı kimidir: 

1.Ayrı-ayrı  relyef  formalarının  onların  komplekslərinin  ölçülməsi  və 

yazılması. 

2.Onların geoloji quruluşlarının öyrənilməsi. 

behruzmelikov.com



 

3.Qrafiki 



sənədlərin 

yerinə 


yetirilməsidir 

ki,burada 

geomorfoloji 

xəritə,geomorfoloji 

və 

geoloji-geomorfoloji 



kəsilişlər,açılışlar 

üzrə 


stratiqrafikksiminin tərtibi və s. daxildir. 

4.Hesabatın  tərtibidir  ki,  burada  da  geoloji  materiallar  daxil  olmaqla 

bərabər,bütün relyef formaları və yaxud da relyef komplekslərinin tam səciyyəsi öz 

əksini tapir. 

    Göstərilənlərə  uyğun  olaraq  geomorfoloji  tədqiqat  işləri  üç  mərhələyə 

ayrılır: a)Hazırlıq, b)Çöl tədqiqatı, v)Materialların hesabat üçün hazırlanması.  

     Çöl  işlərinə  başlamazdan  əvvəl  tədqiqatçı  geomorfoloji  xəritə  tərtib 

olunmalı  əraziyə  dair  mövcud  olan  ədəbiyyat  materialları,  iri  və  kiçik  miqyaslı 

xəritələrlə tanış olmalıdır. Həmin materiallardan əraziyə aid olan coğrafi səviyyəni, 

bu  ərazinin  hansı  təbli  zonaya  daxil  olduğunu,  onun  makrorelyefinin  əsas 

xüsusiyyətlərini,  hidroqrafiyasını,  iqlim  və  torpaq  örtüyünə  aid  göstəriciləri 

götürmək lazımdır.    

     Çöl tədqiqatlarının ilk mərhələsiekskursiyadan başlanır. Həmin  mərhələdə 

geomorfoloji  tədqiqat  işləri  aparılacaq  rayon  və  onun  ətraf  sahələrinin  geoloji 

quruluşu ilə geomrfoloji elementləri arasındakı qarşılıqlı əlaqə, həmin elementlərin 

torpaqla, qrunt suları ilə, çaylarla, səthaxımı, atmosfer amilləri (külək, temperatur, 

nəmlik  və  bunların  fəsillər  üzrə  dəyişməsi)  bitki  örtüyü,qar  örtüyü  və        digər 

amillərlə qarşılıqlı münasibəti aydınlaşdırırlar. 

      Relyefin öyrənilməsi və onun xəritələşdirilməsi üçün mütləq morpoqrafik 

əsas,yəni mopoxəritə lazımdır. Bu xəritələr ərazinin səth quruluşu haqqında ümumi 

məlumat  verməklə  yanaşı,  onun  mütləq  yüksəkliyini  və  relyefinin  xüsusi 

elementlərini  xəritə  üzərində  qeyd  etməyə  imkan  verir.  Bəzən  görülən  işin 

xarakterindən  asılı  olaraq  bir  və  ya  bir  neçə  mopoxəritədən  istifadə  edilir.  İri 

miqyaslı  mopoqrafik      xəritələr  bir  neçə  mühüm  geomorfoloji  məsələlərin  həll 

olunmasına (məs: çay şəbəkəsinin sıxlığının təyinində, relyefin enerjisinin və onun 

parçalanmasının  təyinində  və  s.  i.)  imkan  verir.  Gomorfoloji  planlama  işləri 

apardıqda  planşetdə  bütün  yerli  obyektlərin  göstərilməsi  lazım  deyil.  Bu  halda 

behruzmelikov.com




 

planşetdə  bütün  çay  şəbəkəsi,  qorizontallara  müvafiq  olaraq  xarakterik  relyef 



formaları dəqiq göstərilməlidir. 

      Relyefin  tədqiqi  və  onun  yazılı  səciyyəsi  müəyyən  olunmuş  əlverişli 

nöqtələrdə  aparılır.  Bu  cür  punktlarda  ərazi  relyefinin  forması,  ölçüsü  və  geoloji 

quruluşuhaqqında tam məlumat əldə edilir ki,bu göstəricilərdə faktiki materialları 

təşkil edir. 

      Çöl  şəraitində  relyefin  təsvirini  verdikdə,  geomorfoloji  terminologiyadan 

istifadə  olunmalıdır.  Xüsusi  nöqtələrin  seçilməsi,  onarın  təsviri  və  faktiki 

materialların yazılması aşağıdakı qaydada aparılır: 

1.Nöqtələrin vəziyyəti və onların xüsusi mətəqələrə görə vəziyyəti.  

2.Relyef  formalarınınadı  və  onların  relyefin  başqa  elementlərinə  görə 

vəziyyəti;  Mis:  çayın  ikinci  terrası,  suayırıcı  hissədə  moren  təpəcikləri,  dağ 

silsiləsinin yamacında pillə və s. i. 

3.Relyef səthinin qısa təsviri; Mis: otlaq, çəmənlik, meşə və s. i. 

4.Morfometrik göstəricilər: hündürlük, eni, yamacın meyilliyi. 

5.Relyefi təşkil edən suxurların təsviri. 

6.Layların yatımının ümumi səciyyəsi (onun forması, istiqaməti, uzanması). 

   Bundan  əlavə  ən  xarakterik  və  vacib  olan  açılışları  çöl  gündəliyində  qeyd 

etməli  və  onların  şəkilini  çəkmək  lazımdır.  Əgər  açılışın  təsviri  yarğan  boyu 

aparılarsa,  onda  həmin  yarğanın  uzanması  istiqamətində  bir  nöqtə  onun 

başlanğıcında,  digərləri  isə  onun  mənbəyindən  mənsəbinə  qədər  olan  məsafədə 

götürülür. Sonra bu nöqtələrin təsviri çöl gündəliyində, onların yeri isə planşetdə 

qeyd  edilir.  Bununla  bərabər,  çöl  şəraitində  həmin  yarğan  üzrə  bir  neçə 

köndələninə  və  uzununa  kəsilişlər  tərtib  edilir.  Köndələninə  kəsilişlər  relyef 

formasına  yaxud  geomorfoloji  kompleksə  perpendikulyar,  uzununa  kəsiliş  isə 

relyef  formasının  uzanma  istiqamətində  olur.  Hipsometrik,  yaxud  da  mopoqrafik 

kəsiliş  bir  səthin  digər  səth  üzərində  yüksəklik,  artımını  təyin  etmək  üçün  tərtib 

olunur.  Göstərilən  profillərdən  fərqli  olaraq,  geomorfoloji  kəsiliş  müəyyən  relyef 

formasını  və  onların  kompleksini  aydınlaşdırmaq  üçün  tərtib  olunur.  Bütün  bu 

behruzmelikov.com



 

araşdırmaların nəticəsi relyefin öyrənilməsi üçün tərtib olunur ki, onun da əsasını 



geomorfoloji xəritə təşkil edir. 

   Geomorfoloji  xəritənin  tərtibi  zamanı  ən  əsas  məsələlərdən  biri,  xəritənin 

şərti  işarələrinin  hazırlanmasıdır.  Hər  bir  geomorfoloji  legenda  da  relyefin 

genezisi, onun yaşı və səth formaları öz əksini tapmalıdır. Relyef genetik qrupları 

xəritədə rənglə, onun  yaşı  indekslə, morfoloji elementləri isə xüsusi  itrixtlərlə və 

işarələrlə göstərilməlidir. 

    Ümumi  geomorfoloji  xəritələr  əlavə,  relyef  həmçinin  bir  sıra  xüsusi 

xəritələrlə  səciyyələnir  ki,  dərininə  erozion  parçalanma,  relyefin  parçalanma 

sıxlıgı, erozion şəbəkənin uzunluğu, yarğanların sıxlıgı xəritələrindən ibarətdir. 

    Çöl  işləri  zamanı  toplanmış  faktiki  materiallar,  geoloji  –geomorfoloji 

kəsilişlər  və  relyefin  inkişaf  tarixi  haqqındakı  məlumatlar  araşdırıldıqdan  sonra, 

həmin  materialların  hesabatı  tərtib  olunur.  Bu  zaman  götürülmüş  suxur 

nümunələrinin  polinoloji  və  palentoloji  analizləri  aparılır,  bütün  çöküntülərinvə 

geomorfoloji komplekslərin əmələ gəlmə şəraiti və yaşı təyin edilir. 

    Bütün  işlərin  əsası  hesabat  şəkilində  təqdim  olunur  ki,bununda  planı 

aşağıdakı kimidir: 1.Rayonun cografi xüsusiyyəti.  

2.Tədqiqat sahəsinin geoloji quruluşu. 

  a) stratiqrafiya      

  b) teknonika 

  v) yeni tektonika 

3.Rayonun geomorfoloji xüsusiyyəti. 

   a) relyefin səviyyəsi 

   b)  relyefin  inkişaf  tarixi,müasir  mərhələdə  onun  inkişaf  yolları  və 

gələcəkdəki istiqamətləri. 

5.Faydalı qazıntıları. 

6.Relyefin praktiki cəhətdən təsərrüfatda istifadəsi və onun nəticələri. 

   Relyefin  təsərrüfat  əhəmiyyəti  əhalinin  fəaliyyəti  əlaqədar  olduğuna  görə, 

tədqiqatçı ancaq müasir geomorfoloji komplekslərin səciyyəsini yox, eyni zamanda 

bu kompleksləri təşkil edən  hər bir elementin analizini verir və onların gələcəkdə 

behruzmelikov.com




 

istifadə  olunma  istiqamətlərində  aydınlaşdırır.  İnsanlar  öz  fəaliyyətləri  zamanı 



təbiətin bütün sahələri ilə rastlaşır və onların hər birinin ayrılıqda, o cümlədən də 

relyefdən istifadə üsullarını hazırlayırlar. 

   Ölkəmizin 

relyefinin 

müxtəlifliyi, 

geomorfoloji 

kompleklərin 

zonallıq,onların  qarşılıqlı  xüsusiyyətləri,bu  komplekslərin  təbiətin  digər 

kompleksləri ilə  əlaqəsi,relyefin  iqtisadi  cəhətdən  hər  tərəfli  qiymətləndirilməsini 

və ondan səmərəli istifadə olunmasını tələb edir.   

 

behruzmelikov.com




4.METEOROLOJİ TƏDQİQAT ÜSULU 

Təbii  ehtiyat  kimi  iqlimin  öyrənilməsində  və  onun  təsərrüfat  əhəmiyyətinin 

qiymətləndirilməsi üçün meteoroloji və iqlim müşahidələri aparılır. 

Həmin müşahidələrin təşkili üçün tərtib olunmuş proqrammı bilməklə yanaşı, 

xüsusi  cihazlardan  istifadə  etməyi,  müşahidə  aparma  üsullarını,  onların 

işlənilməsini  və  eləcə  də  aparılmış  tədqiqatın  nəticəsini  hesabat  şəklində  tərtib 

etməyi  bacarmaq  lazımdır.  Müşahidənin  hazırlıq  mərhələsində  meteoroloji 

cihazların  quruluşu  ilə  tanış  olmalı,  onların  düzgünlüyünü  yoxlamalı,  xüsusi 

meteoroloji müşahidə kitabçaları və «Psixrometrik cədvəllər», «Köməkçi cədvəllər 

toplusu» və digər meteoroloji materiallar olmalıdır. 

Meteoroloji  müşahidələr  ümumi  dövlət  miqyaslı  olub,    Baş  hidrometeoroloji 

idarə  tərəfindən  daimi  stansiya  şəbəkələri  vasitəsilə  aparılır.  Bütün  müşahidələr 

xüsusi  ləvazimatla  təchiz  olunmuş  sahələrdə  aparılır  ki,  bunlarda  xüsusi  fiziki  – 

coğrafi  xüsusiyyətlərə  malik  olan  yerlərdə  qurulur.  Bu  cür  yerlər  ətraf  sahələrə 

nisbətən  açıq  olmalı  və  onlar  tam  üfüqi  vəziyyətdə  qurulmalıdır.  Meteoroloji 

stansiyaların  ölçüləri  tərtib  olunmuş  müşahidə  proqramını  yerinə  yetirmək  üçün 

lazım  olan  cihaz  və  ləvazimatların  sayından  asılıdır.  Standart  meteoroloji  sahələr 

kvadrat  formasında  olub,  (26x26  m)  tərəfləri  şimaldan  cənuba  və  şərqdən  qərbə 

doğru istiqamətlənir. Sahədə qurulan cihazlar arasındakı məsafə 4-6 m olub, adətən 

dörd  xətt  üzrə  şimaldan  cənuba  şahmat  formasında  qurulur.  Flyuqerli  maqma  və 

buz cihazı birinci gərcədə  xətdən şimalda, psixrometğr və özü yazan cihaz ikinci 

xətdə,  çöküntü  ölçən,  plyevioqraf  üçüncü  xətdə,  heliqraf  və  torpaq  termometrləri 

sahənin  cənubunda  yerləşdirilir.  Meteorolojt  müşahidə  zamanı  cihazlarda  qeydlər 

aparılan zaman aşağıdakı qaydalara riayət etmək lazımdır. 

1.Hər bir müşahidə müddətində cihaz və ləvazimatları yoxlamaq lazımdır. 

2.Müşahidə təyin olunmuş vaxt üzrə aparılmalıdır. 

3.Kitabçada  ancaq  müşahidəçinin  cihazda  gördüyü  kəmiyyət  qeyd  olunmalı 

və heç bir əlavə qiymət yazılmamalıdır. 

4.Müşahidəni həmin vaxt kitabçanın xüsusi qrafasına qeyd etməli. 

5.Qeydlər adi karandaşla aparılmalıdır. 

behruzmelikov.com



 

Havanın  temperaturasını  və  nəmliyi  ölçmək  üçün  stansion  psixrometr, 



qiqrometr,  minimum  və  maksimum  termometrlərdən  istifadə  olunur.  Fasiləsiz 

olaraq  havanın  nisbi  temperatur  və  nəmliyini  qeyd  etmək  üçün  termoqraf  və 

qiqroqrafdan istifadə edilir.  

Bu  cihazlar  hündürlüyü  yer  səthindən  2  m  yüksəkdə  olan  xüsusi  şkaflarda 

yerləşdirilir və müşahidələr aşağıdakı qaydada aparılır: 

1.Ardıcıl  olaraq  quru  və  islanmış  psixrometrik  termometrin,  qiqrometrin, 

minimum və maksimum termometrlərin göstəriciləri yazılır və hesablanır. 

2.Maksimal termometr sirkələnir və ondan sonra onun göstəricisi qeyd edilir. 

3.Minimal termometrin ştifi spirtin meniskinə uyğunlaşdırılır. 

4.Quru termometrin göstəriciləri yenidən hesablanır. 

Stansion psixrometr eyni formalı və eyni ölçülücəklərdən ibarət olub, iki civə 

psixrometrik termometrdən təşkil olunmuşdur. 

Soldakı  termometr  havanın  temperaturunu  göstərir.  Batist  parça  ilə  sarınmış 

sağ  termometrin  kürəciyinin  qurtaracağı  isə  bir  stəkan  suyn  içərisinə  salınmışdır. 

Psixrometrik  cədvəldən  istifadə  edərək  quru  və  islanmış  termometrlərin 

göstəriciləri  arasındakı  fərqə  görə,  havadakı  nəmliyin  mütləq  və  nisbi  qiymətləri 

təyin edilir. 

Havanın  nisbi  nəmliyini  meteoroloji  stansiyada  psixrometrdən  başqa 

qiqrometrlə də təyin edirlər. Bu cihaz əsasən qış vaxtı temperatura -10

o

C-dən aşağı 



olduqda, havanın nəmliyini ölçmək üçün istifadə olunur ki, bu zamanda müşahidə 

bütün il boyu aparılır. 

Termoqraf və qiqroqraf temperaturanın fasiləsiz dəyişməsini və havanın nisbi 

nəmliyini  ölçmək  üçün  istifadə  olunur.  Lenta  üzərində  yaxşı  yazılar  almaq  üçün 

qliserinli  çernildən  istifadə  olunur  ki,  bu  da  gec  quruyur  və  donur.  Bu  cihazlarda 

müşahidənin  tam  yazılışı  13  saat  müddətində  alınır  və  bundan  sonra  da  lenta 

dəyişmir.  Termoqrafdan  fərqli  olaraq,  qiqroqrafdan  alınmış  yazılara  qrafikin 

köməyilə müəyyən dərəcədə düzəlişlər verilir. 

Meteoroloji  stansiyalarda  atmosfer  təzyiqinin  ölçülməsi  civəli  barometr 

vasitəsilə  aparılır  ki,  bu  halda  da  yazılar  baroqrafın  köməyilə  aparılır.  Bu  halda 

behruzmelikov.com



 

barometr  stansiyanın  elə  hissəsində  qoyulur  ki,  buraya  günəş  şüaları  düşmür  və 



kəskin  temperatur  dəyişikliyi  baş  vermir.  Barometr  üzrə  müşahidələr  aşağıdakı 

qayda üzrə aparılır: 

1.Barometrdəki termometrin göstəriciləri 0,1

o

 dəqiqliyi ilə hesablanır. 



2.Kiçik  zərbələrlə  barometrdəki  civə sütununu  normal,  yəni  qabarıq  formaya 

yaxınlaşdırmalı. 

3.Barometrin göstəricilərini 0,1 mm-ə qədər dəqiqliklə hesablamalı. 

Termometr və barometr üzrə hesablamalar müşahidəçinin kitabçasına yazılır. 

Baroqraf  atmosfer  təzyiqinin  dəyişməsinin  fasiləsiz  qeydiyyatını  aparır. 

Atmosfer  təzyiqi  ilə  yanaşı  stansiyalarda  müəyyən  müddətdə  atmosfer  təzyiqinin 

böyüklüyü və xarakteri də təyin edilir ki, buna da barik tendensiya deyilir. 

Meteoroloji müşahidələr zamanı həmçinin küləyin istiqaməti, sürəti ölçülür və 

onun  xarakteristikası  da  verilir.  Küləyin  sürəti  m/san-yə  ilə  ölçülür.  Stansiyada 

külək  üzrə  müşahidələr  Vulda  flyuqerin  köməyi  ilə  aparılır.  Əgər  meteoroloji 

stansiyada yüngül və ağır lövhələrdən ibarət olan iki flyuqer qoyulmuşdursa, onda 

yüngül  lövhəli  flyuqerdə  sürəti  3  m/san  olan  küləkləri,  ağır  lövhəli  flyuqerdə  isə 

bundan çox sürətli küləklərin qeydiyyatını aparırlar. 

İstiqamətinə  görə  daimi  və  dəyişən  külək  ayrılır.  Daimi  külək,  2  dəq. 

Müddətində bir rumb daxilində olur, dəyişən isə göstərilən müddətdə bir rumbdan 

çox dəyişilir. 

Meteoroloji müşahidə zamanı buludluqda qeyd olunur ki, bunlarda beynəlxalq 

təsnifatda 10 əsas formada olur. Yüksəklikdən asılı olaraq buludun aşağı sərhəddi 

üç mərtəbəyə bölünür və əsasən şaquli inkişafda olan buludlara ayrılır. Üst mərtəbə 

buludların aşağı sərhəddi 6000 m götürülür. Üst mərtəbə buludları 3 əsas formadan 

ibarətdir: lələkvari, lələkvari – topalı, lələkvari – laylı. Orta mərtəbə buludları 2000 

m-dən 6000 m-ə qədər olur. Bunlar əsasən iki formada, yüksək – topalı və yüksək 

– laylı olur. 

Aşağı mərtəbə buludları 2000 m-dən aşağı, həm də yer səthindən başlaya bilər 

ki,  bunlarda  üç  əsas  formada  olur:  laylı  –  topalı,  laylı  –  laylı-  yağışlı.  Buludların 

behruzmelikov.com




 

forması  onların  xarici  görünüşünə  görə  təyin  olunur  ki,  bu  da  buludların 



beynəlxalq təsnifatına müvafiq gəlir. 

behruzmelikov.com



Document Outline


Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə