1. FƏNNİn məQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ



Yüklə 286,23 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix07.04.2018
ölçüsü286,23 Kb.
#36305
  1   2   3   4   5   6   7   8   9   10   11


1.FƏNNİN MƏQSƏDİ, VƏZİFƏLƏRİ, ƏHƏMİYYƏTİ 

 

Coğrafiya  qədim  elmlərə  aid  olub,  tədqiqat  obyekti  Yer  kürəsidir.  Hal- 

hazırda coğrafiyanın konkret tədqiqat sahəsi bizi əhatə edən coğrafi mühit yaxud 

da coğrafi qat, fiziki – coğrafiyaçılar üçün isə landşaft qatı hesab olunur. 

Məlum  olduğu  kimi  coğrafi  qat  bir-birilə  daimi  qarşılıqlı  əlaqədə  olan 

litosfera, atmosfera, hidrosfera və biosfera qatlarından  əmələ gəlmişdir. 

Coğrafi mühit və xüsusən landşaft qatı müxtəlif coğrafi komplekslərə ayrılır. 

Onlardan  bəziləri  geniş  ərazini,(məsələn:  qurşaq,  zona,  ölkə,  vilayət  və  s.i.,) 

bəziləri  isə  ikinci  dərəcəli  olub,  həmin  ərazilərin  kiçik  hissələrini  təşkil  edirlər 

(məs: fasiya, mərz və s.). 

Fiziki  coğrafiyanın  tədqiqat  sahəsi,  coğrafi  mühitdə  baş  verən  ümumi 

qanunauyğunları,  tərkibini,  onun  inkişaf  dinamikasını  və  ərazi  üzrə 

differensiasiyasını öyrənməkdən ibarətdir. 

Çöl  tədqiqat  metodları  kursunun  keçirilməsində  əsas  məqsəd,  gələcək 

mütəxəssis olan coğrafiyaçının çöl tədqiqatları zamanı ayrı-ayrı komponentlərdən 

təşkil  olunmuş  kompleksləri  analiz  etməkdən  və  onların  sərhədlərini  ayırmaq 

qabiliyyətini izah etməkdə ibarətdir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlər 

qarşıya  qoyulur:  1.Çöl  şəraitində  öyrənilən  rayonu  dəqiq  ayırmalı.  2  Həmin 

rayonun  coğrafi  komplekslərinin  dərəcəsini  və  tədqiqat  üsullarını  bilməli.  3.  Çöl 

materiallarının  toplanma  qaydası.  4.Müxtəlif  təbii  şəraitdə  həmin  materialların 

işlənilməsi.  Bütün  başqa  elmlərdə  olduğu  kimi,  coğrafi  tədqiqatlarda    da 

özünəməxsus  üsullardan  istifadə  edilir.  Bunlardan  bəziləri  ümumi  olub,  elmin 

müxtəlif  sahələrində  istifadə  olunur.  Ancaq  elə  üsullarda  var  ki,  bunlar  əsasən 

fiziki  –  coğrafi  tədqiqatlarda  geniş  istifadə  olunur  ki,  bunlara  da  kartoqrafik, 

rayonlaşma və s. üsulları misal göstərmək olar. 

Diаlеktik  üsul  cəmiyyətdə  və  təbiətdə  baş  verən  bütün  proseslərin  və 

hadisələrin  dərk  olunmasında  əsas  rol  oynayır.  Bu  üsul  fiziki  –  coğrafi 

komplekslərdə  baş  verən  dəyişikləri,  həmin  komplekslərin  ardıcıl  inkişafını, 

onların  bir  haldan  digər  hala  keçməsi  qanunauyğunluqlarını  əvvəlcədən  görməyə 

behruzmelikov.com



 

imkan  verir.  Misal  üçün  kiçik  çayların,  yarğan  və  qobuların  gətirmə  konusları 



dağətəyi zonada tamamilə və yaxud bir hissəsi başqa fasiyaya – yəni, terrasa, dağ 

yamacına və s. keçə bilər ki, bu da çaydan öz konusun kəsilməsi nəticəsində yarana 

bilər. 

Müqayisə üsulu eyni fiziki – coğrafi şəraitdəki komponentin inkişafına başqa 

mərhələdəki  inkişafla  müqayisəsinə  əsaslanır.  Miss:  meşə  və  tundra  zonasının 

onların  landşaftı  ilə  müqayisəsi.  Nəticədə  həmin  zonaların  müqayisəli  xarakteri 

onların landşaftının genezisini, təsnifatını aydınlaşdırmağa imkan verir. Ona görə 

də  müqayisəni  komplekslər  üzrə  yaxud  da  komplekslərin  ayrı-ayrı 

komponentlərinə  (məs:  relyef  forması,  bitki  örtüyü,  iqlim  göstəriciləri,  torpaq  və 

s.) görə aparmaq olar. 

Stasionar  üsul.  Bu  üsuldan  vaxt  etibarilə  tez  dəyişən  amillər  öyrənilir  ki, 

burada temperatura, küləyin sürəti və istiqaməti, səth sularının axımı, həmçinin də 

fəsillər, illər üzrə komplekslərdə baş verən dəyişikliklər öyrənilir. Bu üsulla alınan 

məlumatlar  xüsusi  cihazlardan  və  texniki  quraşdırıcılardan  (meteostansiya,  su 

postları və s.) götürülür. Bu göstəricilər cədvəllər, qrafiklər şəklində hesabatlarda 

öz  əksini  tapır  ki,  bunlarında  coğrafi  tədqiqatlarda  həm  nəzəri,  həm  də  praktiki 

cəhətdən böyük əhəmiyyəti vardır. 

Ekspedisiya    üsulu.  Bu  üsulda  başqa  üsulların  (aerofoto,  xəritə  və  s.) 

nəticələrindən  geniş  istifadə  olunur  ki,  bu  da  müəyyən  dərəcədə  çöl  işlərinin 

keyfiyyətini artırır, çöl materiallarının toplanma müddətini azaldır. Toplanmış çöl 

materiallarının  məlumatı,  müxtəlif  komplekslərin  sərhədlərinin  aşkar  edilməsinə, 

həmin  kompleksləri  daxilində  mövcud  olan  komponentlərin  (misal:  landşaft, 

torpaq, 


bitki 

örtüyü)  müxtəlif  ərazidə  yerləşmə  qanunauyğunluğunu 

aydınlaşdırılması ilə əlaqədardır. 

Kartoqrafik  üsul.  Bu  üsulun  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  burada 

coğrafi  obyektlərin  yerləşmə  qanunauyğunluqlarını,  proses  və  təbii  hadisələrin, 

inkişafında qarşılıqlı əlaqə və asılılığı aydınlaşdırmaq mümkündür. Bir çox coğrafi 

qanunauyğunluqlar, ilk növbədə təbii landşaft zonallığı o vaxt aydın olur ki, həmin 

zonaların sərhədləri və onlarda baş verən regional proseslər xəritədə qeyd olunur. 

behruzmelikov.com




 

Bu üsuldan konstruktiv coğrafiyada, eyni zamanda coğrafiyanın tətbiqi sahələrində 



geniş istifadə olunur. 

Aerofotoqrafik  üsul.  Bu  müasir  dövrün ən  aktual  üsullarından  olub,  coğrafi 

mühitin inkişaf xüsusiyyətlərini, müasir mərhələdə landşaftın formalaşmasını dərk 

etməyə  imkan  verir.  Ərazinin  aerofotoşəkili  onun  əsas  kompleksləri  və  həmin 

komplekslər daxilində mövcud olan komponentlər  haqqında dəqiq məlumat verir. 

Bu üsulun coğrafiya elminin inkişafında olan əhəmiyyəti çox böyükdür. 

Kosmik  üsul.  Bu  üsul  coğrafiyada  ən  yeni  tədqiqat  üsuludur.  Aerofoto 

şəkildən fərqli olaraq, kosmik üsulda şəkillər geniş sahələri əhatə edir ki, bunları 

da  yer  səthinin  hər  hansı  bir  sahəsi  üçün  çox  tez  əldə  etmək  olar.  Müxtəlif 

informatik göstəricilərin alınması üçün bu iki üsulun coğrafiya elminin perspektiv 

inkişafında rolu misilsizdir. 

Riyazi üsul. Bu üsulun fiziki – coğrafiyanın müxtəlif sahələrinin inkişafında 

rolu  ildən  –  ilə  artır  ki,  bunun  da  meteorologiya,  hidrologiya  və  iqlimşünaslıqda 

nailiyyəti daha böyükdür. 

Paleocoğrafi  üsul  nəinki  coğrafiyada,  eyni  zamanda  geologiyada  da  istifadə 

olunur.  Bu  üsuldan  qədim  landşaft  komplekslərinin  və  onların  ayrı-ayrı 

komponentlərinin  inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq üçün istifadə olunur ki, 

bu da paleontoloji materiallara əsaslanır. 

Rayonlaşdırma  üsulu.  Bu  üsul  inkişafda  olub,  fiziki  coğrafiyanın  müxtəlif 

nəzəri və tətbiqi problemlərinin həllində geniş istifadə edilir. 

Hazırda  bu  üsul  iki  istiqamətdə  istifadə  olunur:    birincisi,  ərazinin  fiziki  – 

coğrafi  differensiasiyasının  təyinində  geniş  ərazinin  əsas  amillərə  görə  ardıcıl 

olaraq  daha  kiçik  hissələrə  parçalayaraq,  Məs:  tədqiqat  aparılan  rayonun  xüsusi 

xəritələrini  (geoloji,  geomorfoloji,  torpaq  və  s.)  müqayisə  etdikdə  konkret 

komplekslərin  xüsusiyyətini  aşkar  etmək  olur.  İkinci  istiqamət  –  sadə 

komplekslərin  landşaft  şəklində  qruplaşdırılmasından,  onların  siniflərə  və  s. 

ayrılmasından  ibarətdir.  Ümumiyyətlə,  rayonlaşdırma  üsulu  ərazidə  yayılmış 

müəyyən  təbii  göstəricilərin  sərhəddini,  ayrı-ayrı  komponentlər  üzrə  (geologiya, 

relyef, iqlim və s.) şəraiti təyin etməyə bizə imkan verir. 

behruzmelikov.com




Yüklə 286,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə